Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar



Yüklə 273,35 Kb.
səhifə25/166
tarix04.06.2022
ölçüsü273,35 Kb.
#60635
1   ...   21   22   23   24   25   26   27   28   ...   166
Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar

Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:


yaşı 18-dən az olan şəxslərlə;
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. 76


Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası

1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.


2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.




Səkkizinci fəsil


Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları
Maddə 54. Əmək şəraitinin təmin edilməsi

1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:


peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; 77
əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; 78
işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; 79
əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. 80
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.



Yüklə 273,35 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin