Nəriman Nağıyev:
Axırıncı kursda 150 tələbəmiz
təhsil alır. Onlardan 10 nəfəri aşağı
kurslarda kredit borcları olduğuna
görə dövlət imtahanına buraxılma-
yıb. Dövlət hesabına, eyni zamanda
ödənişli əsaslarla oxuyaraq təhsil
haqqını ödəyən və heç bir akade-
mik borcu qalmayan 140 tələbə isə
uşaq xəstəlikləri və uşaq cərrahlığı
fənlərindən dövlət imtahanlarını
müvəffəqiyyətlə veriblər.
Zöhrab Qarayev:
Stomatologiya fakültəsinin V kurs-
da təhsil alan 145 tələbədən 124
nəfəri bütün kreditlərini və müqavilə
şərtlərini yerinə yetirdikləri üçün
Dövlət imtahanlarına buraxılmışdır.
21 nəfər tələbənin aşağı kurslardan
kredit borcu olduğu üçün Dövlət im-
tahanlarına buraxılmamışdır. Bununla
yanaşı 2013/2014-cü il tədris ilindən
kredit borcu qalmış 11 tələbədən
3-ü kredit borclarını və təhsil haq-
larını tam ödədiyi üçün Dövlət imta-
hanlarına buraxılmışdır. 2014/15-ci
tədris ilindən kredit borcu olan 31
tələbədən 18-i kredit borclarını tam
ödədiyi üçün Dövlət imtahanlarına
buraxılmışdır. Beləliklə, 145 tələbə
2016-cı ilin Dövlət Attestasiya imta-
hanlarına buraxılmışdır.
Dostları ilə paylaş: |