Əliyeva Ülkər Arzu qızı
1992-ci ildə Bakı şəhərində
anadan olub. Anası və bacısı
həkimdirlər.
2010-cu ildə Binəqədi rayon
102 saylı orta məktəbi bitirərək
məktəb 1-cisi olub və həmin ildə
691 balla ATU-nun II müalicə-
profilaktika fakültəsinə daxil
olub. Topladığı yüksək bala görə
prezident təqaüdünə layiq görü-
lüb və 6 il ərzində bütün imta-
hanlardan “əla” qiymətlər alaraq
bu adı qorumağı bacarıb.
Universitetdə təhsil aldığı
illərdə İstanbul Eğitim ve Araş-
tırma Hastanesi, Haseki Eğitim ve Araştırma Hastanele-
rinde tibbi təcrübə keçib.
Rus, ingilis və fransız dillərini bilir.
Bu il rezidentura üzrə keçirilən imtahanlarda iştirak
edərək birinci mərhələdən müvəffəqiyyət əldə edib.
Arzusu daim öz üzərində işləyib, bilik və bacarıqlarını
daha da təkmilləşdirmək və xalqın sağlamlığı naminə
istifadə etməkdir.
Universitet xatirələrini unutmayacağını deyən Ülkər,
hər zaman ona dəstək olan II MPF dekanı Tariel müəllimə
və dekan müavini Zabit müəllimə öz təşəkkürünü bildi-
rir.
ATU-nu fərqlənmə diplomu ilə bitirir.
Dostları ilə paylaş: |