ATU rəqəmlərin dili ilə
ABŞ-da insan üzərində genetik
təcrübələrə icazə
verilib
Bəşəriyyətin so-
nuncu peyğəmbəri
Həzrət Məhəmməd
(səlləllahu əleyhi və
alihi və səlləm) bu-
yurmuşdur ki, Rama-
zan ayına əhəmiyyət
verməyən, bu ayda
üzünü qibləyə tut-
mayan, Allaha yalvar-
mayan və bu aydan
bəhrələnməyən
şəxslər bağışlanmayacaqlar.
Allah-təala Quranda belə
buyurmuşdur: “Məni çağı-
rın ki, Mən də sizin duanızı
qəbul edim.”
Orucluq Allahın iznilə bədəni-
mizin bütün sistemlərinə sağ-
lamlaşdırıcı təsir göstərmək qa-
bi liy yətinə malikdir. Ancaq tək
sağlamlıq üçün oruc tutmaq
məqbul sayılmır. Orucluq insan
psixikasına müsbət təsir göstərir
və nəticədə insan rahatlıq tapır.
Oruc tutan insanın beyni daha
güclü işləyir və daha qüvvətli olur.
Adi günlərdə insan daha çox qi-
dalandığı üçün orqanizmdə olan
bütün qan kütləsi qidanın həzm
olunmasına gedir. Burada məqsəd
maddələr mübadiləsinin və həzm
prosesinin yaxşı getməsidir. Qan
beyindən aşağı orqanlara axır və
həzm prosesində iştirak edir. Çox
yeməkdən sonra insanın yuxu-
sunun gəlməsi də bununla izah
edilir. Çox yeyən adamlar daha
çox yuxulu və tənbəl olurlar. An-
caq oruc tutan adamda mədə gün
ərzində boş qaldığı üçün beyin
orqanizmin öz daxili imkanları,
qanı hesabına təmizlənir. İnsanın
təfəkkürü daha açıq olur, yaddaşı
yaxşılaşır, daha sərrast hərəkət
edir və danışır. İnsan beyni qanla
yaxşı təmin olunur.
Orucluq
insan
iradəsinin
güc lən məsi üçün də vacib
şərtlərdəndir. İnsan oruc tutmaq-
la Allaha inamının güclü olduğu-
nu göstərir və gələcək çətinliklərə
də hazır olur. İnam çox mühüm
psixoloji faktordur. İnam sınanda
insan xəstələnir və psixi xəstəliyə
daha çox meyilli olur. İnanan
adamda güc və iradə olur. İnam
insanı həm güclü edir, həm də
təmizləyir.
Ümumiyyətlə, orucluq insan or-
qanizminin sağlamlığına müsbət
təsir göstərir. Bu fikrin əsası var.
Orucluq Allah tərəfindən insan-
lara məsləhət bilinibsə, şübhəsiz
ki, burada insan sağlamlığı da
əsas götürülüb. Söhbət insanın
gün ərzində bir dəfə, iki dəfə
yemək yeməsindən, yaxud heç
yeməməsindən getmir. Allah
orucu müəyyən etməklə insanları
yaxşı yola dəvət edib. Bu yollar-
dan biri də bədənin sağ-
lamlığını qorumaqdır.
Orucluğun bir ay da-
vam
etməsində
də
bir
qanunauyğunluq
var. Rəsmi təbabətdə,
xüsusilə mədə-bağırsaq
xəstəliklərində təsadüfi
deyil ki, 24-28 günlük
pəhriz təyin olunur. Oruc
dalaq, ürək, qan-damar
sisteminin
yeniləş-
məsinə, ifrazat sisteminə
də müsbət təsir göstərir.
İfrazatla bağlı əsas or-
qan böyrəkdir. Çox qida
qəbul edilməsi böyrəyin
yükünü artırır. Oruc tutan adamın
böyrəkləri dincəlir və bu, onun
normal fəaliyyətini gücləndirir.
Məhəmməd Peyğəmbər (s.ə.s.)
orucluğun sağlamlığa təsi ri ilə
bağlı buyurub: “Oruc tutun və siz
daha sağlam olacaqsınız.”
Həkimlərin rəyinə görə, oruc-
luq hüceyrələrin immunitet yara-
dan maddələrini artırmaqla, im-
mun sistemini möhkəmləndirir.
Piylənmənin, mədə yarasının
ya ran masına ən çox səbəb olan
turşuluğun artmasının qarşısını
alır. Ac qalmaq orqanizmin ener-
jisini artırır və onu təlimatlandırır,
həmçinin yaddaşı yaxşılaşdrır.
İslam dünyası üçün bö-
yük əhəmiyyət kəsb edən bu
müqəddəs
günlərdə
bütün
müsəlman qardaş və bacılarımıza
böyük əzm və fədakarlıq diləyir
və deyirik:
Allah orucunuzu qəbul etsin!
Hazırladı: Zoheir Mirzacani,
Azərbaycanda təhsil alan iranlı
tələbələrin Elmi - Mədəni və İdman
Birliyinin sədri
“Orucluq və sağlamlıq”