29 iyun 2016-cı il
http://www.amu.edu.az
7
Azərbaycan xalqı ta-
rixi keçmişdə hərb
ənənələrinə malik ol-
maqla Cavanşirlərin,
Babəklərin, Xətai kimi
vətənpərvər oğullarının
qəhrəmanlıq şücaəti ilə
fəxr etmişdir. XX əsrdə
iki dəfə müstəqilliyimizin
əldə edilməsi, torpaqla-
rımızın qorunmasında
Azərbaycan ordusunun
böyük xidmətləri olmuş-
dur.
1918-ci il mayın 28-də yaradılmış AXC
İstiqlal Bəyannaməsində qeyd edirdi ki,
’’Azərbaycan özünü xarici müdaxiləçilərdən
qorumaq və daxili düşmən qüvvəlləri
zərərsizləşdirmək üçün nizami orduya ma-
lik olmalı, Silahlı Qüvvəllərini yaratmalıdır’’.
Elə həmin gün Xosrov bəy Sultanov Müdafiə
naziri təyin edilib. Amma həmin ilin oktyab-
rın 6-dan dekabrın 26-a qədər bu vəzifəni
İ.Ziyadxanov tutub. Sonrakı dövrlərdə isə
artilleriya general-leytenantı Səməd bəy
Mehmandarov hərbi nazir, general-leytenant
Əliağa Şıxlinski nazir müavini, general-ley-
tenant Süleyman Sulkeviç isə Baş Qərərgah
rəisi təyin ediliblər. AXC-nin hazırlanmış
ordu quruculuğu planına əsasən 1919-cu
il noyabrın 1-nə qədər ordunun ən mühüm
struktur bölmələri və hissələri – üç polkdan
ibarət iki piyada diviziyası, artilleriya divizi-
yası, teleqrafçı, atlı və pulemyotçu dəstələri,
suvari diviziyası, hava dəstəsi və dəmir yol
batalyonu yaradılmalı idi.
1918-ci ilin martında hərbi məktəb açıl-
dı və Poruçik Cahangir bəy Zeynalov onun
rəisi təyin edildi. Ölkədə vəziyyətin ağır
olmasına baxmayaraq iyunun 26- da ya-
radılan AXC Milli Ordusu iyunun 27-dən
- iyulun 1-dək Göyçay yaxınlığında daş-
nak Şaumyanın Bakı Sovetinə qarşı sı-
naq döyüşündən alnıaçıq və şərəflə çıxdı.
Çar Rusiyası dövründə azərbaycanlılar hərbi
məktəblərə qəbul edilmir, ordu sıralarına çağ-
rılmır, yalnız hərbi vergi ödəyirdilər. I Cahan
Müharibəsi dövründə Qafqaz atlı diviziyası-
nın tərkibinə daxil olan azərbaycanlılardan
ibarət atlı polku mövcud idi.
1918-ci ilin dəhşətli mart hadisələrindən
sonra Hərbi Məktəb Gəncəyə köçürüldü,
Nuru Paşanın 300 nəfərlik təlimatçı qru-
pu Osmanlı hərbçilərindən Arif bəy Hərbi
Məktəbin rəisi təyin olundu və bundan sonra
hərbi təhsil ocağı Praporşiklər Məktəbi ad-
landırıldı. Məktəbin qəbul norması 100 nəfər
olsa da, hərbiçi olmaq istəyənlərin sayı nor-
madan çox idi və onlar yunker adlanırdılar.
1918-ci ilin oktyabrında Gəncə Hərbi
Məktəbinin ilk buraxılışı oldu. Dekabrın 1-də
bu məktəbin statusu dəyişdirilərək yenidən
Praporşiklər Məktəbi adlandı. Sonralar bu
məktəbin bazasında hərbiyyə və istehkamçı-
lar məktəbi yaradılaraq Hacıkənddə fəaliyyət
göstərdi. Bundan başqa, hərbi dəmiryolçular
və hərbi feldşer hazırlayan məktəblər təşkil
olunmaqla hərbi zavodlar da fəaliyyətə
başladı. Bu məktəblər bütün Azərbaycanı
əhatə etməklə orada tam təhsilli hərbi kadr-
lar yetişdirilirdi. Bundan başqa dekabrın
5-dən Gəncə Dairə Məhkəməsi nəzdində
hərbi məhkəmə də fəaliyyət göstərirdi.
Xalq Cümhuriyyəti əsgərlərin döyüş ha-
zırlığı ilə bərabər tibbi hazırlığına da xü-
susi diqqət yetirirdi. 1918-ci il noyabrın
15-də ümumi qərərgahın tərkibində Hərbi
Tibbi İdarə fəaliyyətə başladı. Bakı, Gəncə və
Xankəndində hərbi xəstəxanalar təşkil edildi
və 1919- cu il yanvarın 22-dən başlayaraq
bütün hərbi hissələrin nəzdində iki aylıq sa-
nitar kursları yaradıldı. Belə ki, Hərbi Feldşer
Məktəbinə ilk hərbi hazırlıq keçən əsgərlər
və xidmətə yararlı 30 yaşadək gənclər qəbul
edilirdi. Ordu quruculuğuna mümkün qədər
vəsait ayrılırdı. 1919- cu ildə müdafiə xərcləri
üçün ümumi büdcənin 27,7 faizi ayrılmışdı.
Dövrünün çətinliklərinə baxmayaraq türk
zabitlərinin köməyi ilə sayı 40 minə çatan Mil-
li Ordu yaradılsa da, 1920- ci il aprel çevrilişi
azərbaycanlılara ordu quruculuğunu yüksək
səviyyədə həyata keçirməyə imkan vermədi.
1991- ci ildə Azərbaycan ikinci dəfə dövlət
müstəqilliyini qazandıqdan sonra mənfur
qonşularımızın torpaqlarımıza olan iddialları-
nın qarşısının alınması məqsədilə Milli Ordu-
nun yaradılması istiqamətində müəyyən işlər
görüldü. Amma Ulu Öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qaydışından sonra
bu sahədə irəliyə doğru ciddi addımlar atıldı.
Ötən əsrin 70- ci illərində Cəmşid Naxçıvans-
ki adına Hərbi Məktəbin fəaliyyətə başlaması,
Ulu Öndər tərəfindən azərbaycanlı gənclərin
SSRİ-nin müxtəlif hərbi məktəblərinə oxu-
mağa göndərilməsi, 1993-cü ildə yaradılan
Azərbaycan Ordusunun peşəkar kadrlar-
la təmin edilməsində mühüm rol oynadı.
Məhz Ulu Öndərin səyi nəticəsində 1994-cü
ildə Azərbaycan NATO–nun “Sülh naminə
tərəfdaşlıq” proqramına, 1996-cı ildən “Plan-
laşdırma və anailiz prosesi” proqramına,
1997-ci ildə Azərbaycanın bütün hərbi təhsil
müəssisələri NATO standartlarına keçmiş,
2004-cü ildə isə dövlətimiz NATO-nun
“Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı’’na
qoşulmuşdur.
Hazırda regionda güclü dövlətə və or-
duya malik olan Azərbaycan Respublika-
sı dünya dövlətləri içərisində özünə layiq
yer tutur. Azərbaycan ordusu 98 illik ağır
zəhmətin bəhrəsi olaraq arzuladığımız
səviyyəyə çatmış və bu gün o, torpaqları-
mızın azad edilməsi üçün Ali Baş koman-
danın əmrini yerinə yetirməyə hazırdı. Bunu
son aprel döyüşləri zamanı Milli Ordumuzun
qəhrəman əsgər və zabitlərinin düşmənlərə
verdiyi layiqli cavab da bir daha sübut etdi.
Təmas xəttində təxribat törətməyə cəhd
edən Ermənistan qüvvələrinə qarşı ordumu-
zun uğurlu əks-hücum əməliyyatı keçirməsi
nəticəsində işgal altında olan bir sıra strateji
yüksəkliklər geri qaytarıldı.
Bütün çıxışlarında ordumuzun qüdrətli
və döyüş əzminin yüksək olduğunu xüsusi
vurğulayan cənab Prezident İlham Əliyev
aprel döyüşlərində böyük şücaət göstərən
əsgər və zabitlərimizin mənəvi-psixoloji
vəziyyətinin çox müsbət, vətənpərvərlik ru-
hunun, nizam–intizamın yüksək səviyyədə
olduğunu, bütün bu amillərin hərbi gücümü-
zü daha da artırdığını qeyd edib.
Xalqımız da buna əmindir. Ona görə də hər
an xarici müdaxilələrdən bizi qoruyan, ərazi
bütövlüyümüzü hər an bərpa etməyə hazır
olan öz silahlı qüvvəlləri ilə fəxr edir. Xal-
qımız yaxşı bilir ki, güclü ordumuzun olması
ölkəmizin müstəqilliyinin və azərbaycançılıq
məfkurəsi nin zəmanətlərindən biridir.
Dostları ilə paylaş: