Babayeva Gülşən Gülməmməd qızı
1992–ci ildə Bakı
şəhərində anadan olub.
2010–cu ildə Nərimanov
rayonu BMLK–nın
43 saylı liseyini əla
qiymətlərlə bitirib. Orta
məktəbdə kimya fənni
üzrə olimpiadalarda iş-
tirak edərək I yerə layiq
görülüb.
2010-cu ildə TQDK-nın keçirdiyi qəbul im-
tahanında 695 bal toplayaraq Azərbaycan
Tibb Universitetinin II müalicə-profilaktika
fakültəsinə daxil olub. Prezident təqaüdünə
layiq görülən Gülşən 6 il müddətində bütün
imtahanlardan əla qiymətlər alaraq bu adı qo-
rumağı bacarıb.
Universitetdə oxuduğu illər ərzində Türkiyənin
İstanbul şəhərində tibbi təcrübə keçib.
Arzusu bacarıqlı mütəxəssis kimi yetişmək və
Azərbaycan səhiyyəsinin inkişafında öz üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirməkdir.
Dostları ilə paylaş: |