29 iyun 2016-cı il
http://www.amu.edu.az
3
Attestasiya Komissiyasının
sədrləri, I müalicə-profilaktika
fakültəsi üzrə Ə.Əliyev adı-
na Həkimləri Təkmilləşdirmə
İnstitutunun
prorektoru,
tibb elmləri doktoru Şahin
Əliyev, II müalicə-profilaktika
fakültəsi üzrə, Ə.Əliyev adı-
na Həkimləri Təkmilləşdirmə
İnstitutunun psixiatriya və
narkologiya kafedrasının mü-
diri, tibb elmləri doktoru,
Teymur Qafarov, pediatriya
fakültəsi üzrə Ə.Əliyev adına
Həkimləri Təkimilləşdirmə İns-
titutunun professoru Rəqsanə
Məmmədova, stomatologiya
fakültəsi üzrə Ə.Əliyev adına
Həkimləri Təkmilləşdirmə İnsti-
tutunun stomatologiya kafed-
rasının dosenti, t.ü.f.d. Həsən
Əsədov, əczaçılıq fakültəsi
üzrə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin İnnovasiya
və Təchizat Mərkəzinin direktor
müavini Rüstəm Rüstəmbəyov,
hərbi tibb fakültəsi və hərbi
tibb məktəbi üzrə Müdafiə
Nazirliyinin Hərbi Tibb Baş
İdarəsinin rəis müavini, t.x.p.
Famil Babayev dövlət imtahan-
larının yekunları və nəticələri
haqqında ətraflı məlumat ver-
dilər. Komissiya sədrləri hesa-
bat məruzələrində qeyd etdi-
lər ki, kredit sistemi ilə təhsil
alan bir sıra ixtisaslar üzrə
əczaçılıq fakültəsində bura-
xılış işinin müdafiəsi, I və II
müalicə-profilaktika, pediatri-
ya, stomatologiya və hərbi tibb
fakültələrində Yekun Dövlət
Attestasiyası yeni Əsasnaməyə
uyğun aparılıb. Bu Qaydalar
fakültə şuralarında, Mərkəzi
Metod Komissiyada və uni-
versitetin Böyük Elmi Şurası-
nın iclasında təsdiq olunmuş-
dur. Qaydalara uyğun olaraq
nəticələr 100 ballıq sistemlə
qiymətləndirilib. Bütün ixtisas-
larda 50 bal praktik bacarıq-
lardan, 50 bal isə kompyüter
vasitəsilə test üsulu ilə imta-
hanlardan, əczaçılıq ixtisasında
isə 50 bal buraxılş işinin hazır-
lanmasından, 50 bal isə onun
müdafiəsi zamanı əldə edil-
mişdir. Natiqlər nəzərə çatdır-
dılar ki, kompyuter vasitəsilə
test üsulu ilə aparılan imta-
hanlardan və buraxılş işinin
müdafiəsindən əldə olunan bal
minimum 17, keçid balı isə 51
hesab olunub.
İmtahanlarda
tələbələrin
bilik lərinin obyektiv qiymətlən-
di rildiyini, builki dövlət imta-
hanlarında kəmiyyət göstəri-
cisi nin 100 %, keyfiyyət
gös təricisinin isə 80-85 % ara-
sında təşkil etdiyini söylədilər.
Komissiya sədrləri bildirdilər
ki, bu il dövlət buraxılış im-
hanlarının yüksək səviyyədə
keçirilməsi üçün hər cür im-
kana malik geniş, işıqlı otaq-
larda tələbələr obyektivlik
şəraitində yüksək bilik nüma-
yiş etdirmişlər. İmtahanların
belə yüksək səviy yədə təşkil
edilməsinə görə univresi-
tet rəhbərliyinə, şəxsən ATU-
nun rektoru, professor Gəray
Gəraybəyliyə
minnətdarlıq
edən komissiya sədrləri, eyni
zamanda fakültə dekan-
la rı nın da bu kompaniya-
dakı fəaliyyətlərini yüksək
qiy mətləndirdilər. Onlar imta-
hanlar zamanı heç bir narazı-
lığın baş vermədiyini diqqətə
çatdırsalar da, gələcəkdə dövlət
buraxılış imtahanlarının daha
yüksək keçirilməsi üçün öz
təklif və rəylərini də bildirdilər.
Hesabat çıxışlarına yekun vu-
ran universitetin rektoru, pro-
fessor Gəray Gəraybəyli ko-
missiya sədrlərinə imtahanları
uğurla başa çatdırdıqları üçün
öz təşəkkürünü bildirdi və
onların hər birinin çalışdıqla-
rı sahədə mahir mütəxəssislər
olduğunu bir daha vurğula-
dı: “Həqiqətən də komissiya
sədrlərinin dediyi kimi, dövlət-
buraxılış imtahanları çox
yüksək səviyyədə təşkil olu-
nub. İmtahanların kompyuter
sistemi ilə keçirilməsi cəmiyyət
arasında bu kompaniya haqqın-
da müsbət fikir formalaşdırıb.
İndi sadə insanlar başa düşür
ki, tələbə imtahana hazırla-
şır və gəlib öz biliyini sərbəst
nümayiş etdirir. Kənardan
heç bir müdaxilə və qeyri adi
hadisə baş vermir. Məhz bu-
nun nəticəsidir ki, imtahanlar
zamanı elə bir neqativ hala rast
gəlinməyib. Bu il keçirilən im-
tahanların nəticələrinə gəldikdə
isə bütövlükdə elə bir narazılıq
qeydə alınmayıb”.
Sonra universitetin tədris
hissə müdiri, dosent Nəsimi Qa-
sımov və elmi katibi, professor
Hüseyn Qabulovun məruzələri
dinlənildikdən sonra şura üzv-
ləri tərəfindən 2016/2017-ci
tədris ili üçün universitet üzrə
tədris planı və 2016/2017-ci
tədris ili üçün ATU-nun iş planı
da təsdiqləndi.
Müxtəlif məsələlərdən də
söhbət açan rektor bildir-
di ki, müasir tibb təhsili heç
də donmuş deyil, əksinə bü-
tün ölkələrdə davamlı tibb
təhsili sistemi mövcuddur.
Tibb Universiteti isə bu da-
vamlı tibb təhsilinin bazası-
dır: “Bu il müalicə profilaktika
fakültələrində OSKİ sisteminin
ən sadə formasını tətbiq etdik.
Və tələbələrdən bir sıra ma-
raqlı təklif və rəylər aldıq. Mən
onların anonim rəylərini araş-
dıranda görürəm ki, fikirləri
müsbətdir. Lakin hesab edirəm
ki, burada həm texniki, həm də
digər problemlər mövcuddur.
Gələcəkdə bu sistemin istər
nəzəri, istər praktiki tərəfini
gücləndirmək lazımdır. Bildi-
yiniz kimi, universitetimizdə
uzun illər fəaliyyət göstərən
pediatriya fakültəsi bu il son
məzunlarını yola saldı. Bu bi-
zim istəyimizlə yox beynəlxalq
təcrübənin analizi nəticəsində
baş vermişdir. Ancaq bu pe-
diatriya elminin və yaxud
ixtisasının ləğv olunması
demək deyil, əksinə pediatriya
fakültəsində oxuyan tələbələr
əvvəllər diqqəti təkcə pedi-
atriya sahəsinə yönəldirdisə,
indi onların həkimliyin bütün
tərəflərindən xəbərdar olma-
sı vacibdir. Yeni tədris ilindən
etibarən müalicə fakültələrində
terapiya və cərrahiyyə möv-
zularında pediatriya saatları
yerləşdiriləcək. Bu fakültəyə
daxil olan kafedraların hansı
fakültəyə aid olmasını araşdırıb
bölgü aparacağıq. Daha bir
məsələyə toxunmaq istəyirəm.
Əvvəlki elmi şuranın iclasın-
da da demişəm yenə təkrar
edirəm. Bu, kadr problemidir.
Mən bu günlərdə 9 əməkdaşı
işdən azad etmişəm, 4 nəfər
isə yeni tədris ilinə kimi öz he-
sabına məzuniyyətə göndərilib.
İşdən çıxarılan əməkdaşların
adı buradadır. Özü isə xarici
ölkələrdədir, ya da başqa bir
müəssisənin rəhbəri şəklində
fəaliyyət göstərir. Mən kafed-
ra müdirlərinin nəzərinə bir
daha çatdırıram ki, o adamla-
rı axtarın, tapın və universi-
tet rəhbərinin tələbini onlara
çatdırın. Əks halda məsuliyyət
belələrini gizlədən kafedra
müdirlərinin üzərinə düşür və
onlara qarşı müvafiq tədbirlər
görüləcək”.
Daha bir məsələyə diqqət
yönəldən rektor sentyabr ayın-
dan başlayaraq I və II kurs
tələbələrinə ingilis dilindən
dərs deyən müəllimləri tək-
milləşdirmək məqsədi ilə uni-
versitetin xarici dillər kafed-
rasında ingilis dili kurslarının
təşkil olunacağını vurğuladı:
“Biz bu dili tədris edən 200-ə
qədər müəllimlə söhbət apa-
randa məlum oldu ki, onla-
rın hamısı heç də ingilis di-
lini müəllimlik səviyyəsində
bilmir. Hesab edirəm ki, biz
ya ingilis dili bölməsini ləğv
etməliyik, ya da bu sahəni
təkmilləşdirməliyik. Gəlin eti-
raf edək ki, müasir dövrdə bu
dili bilmədən nə yaxşı alim, nə
də tanınmış mütəxəssis olmaq
mümkün deyil.”
Bu və digər məsələlərin rek-
toryanı və metodik şuralarda
müzakirə olunacağını diqqətə
çatdıran universitetin rəhbəri
sonda professor-müəllim he-
yə ti nə mənalı istirahət arzuladı.
Professor Gəray Gəraybəyli
çıxışının sonunda şura üzvlərini
və eləcə də Dövlət Attestasiya
Komissiyasının sədrlərini iyu-
nun 29-da “Gülüstan sarayı”nda
keçiriləcək Azərbaycan Tibb
Universitetinin növbəti məzun
gününə dəvət etdi.
Dostları ilə paylaş: