Səhiyyə Nazirliyinin
mətbuat xidməti
m
17 iyun - tibb işçilərinin peşə bayramı münasibəti
ilə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Səhiyyə
Nazirliyinin səlahiyyətli şəxsləri və respublikanın tanın-
mış tibb işçiləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını
ziyarət etmişdir.
Səhiyyə Nazirliyində Tibb
İşçiləri günü qeyd edildi
“Bu gün bizim üçün ikiqat bayram-
dır. Həm belə bir möhtəşəm tədbirin,
Formula 1-in ölkəmizdə keçirilməsinə
start verilib, həm də ənənəvi olaraq
tibb işçilərinin peşə bayramıdır. Məhz
bu münasibətlə sizləri və rəhbərlik
etdiyiniz kafedraların, şöbələrin
işçilərini təbrik edirəm. Bizim uni-
versitet tibb işçilərini və müəllimləri
birləşdirən yeganə müəssisədir. Bu
sırf bizim halal bayramımızdır”.
Azərbaycanda səhiyyə sahəsinin
ildən-ilə inkişaf etdiyini xatırladan
G.Gəraybəyli bunu ölkə rəhbərliyinin
səhiyyəyə, tibb işçilərinə daima bö-
yük diqqət və qayğıyla yanaşması ilə
əlaqələndirib: “Cənab Prezidentin səhiyyə işçiləri
haqqında söylədiyi xoş sözləri yəqin ki, eşitdi-
niz. Ölkə başçısı bildirdi ki, son 3 ildə 600-dən
çox səhiyyə müəssisəsində ya yenidənqurma işləri
aparılıb, ya da tam təmir olunub. Bu həddindən
artıq böyük bir rəqəmdir. Hətta indi ucqar rayon-
lardakı klinikalarda da böyük tibbi əməliyyatlar
aparılır. Tibb Universitetinin məsuliyyəti də hər
gün bir daha artır. Bizim müasir klinikalarımız var,
tibb avadanlıqları müntəzəm yenilənir. Lakin bun-
lar yetərli deyil, əlbəttə ki, əsas bu avadanlıqlarla
işləyən mütəxəssislərin olmasıdır. Bu istiqamətdə
də bizim işimiz çox önəmlidir”.
Xatırladaq
ki,
Azərbaycan
Prezidentinin
“Azərbaycanda tibb işçilərinin peşə bayramı gü-
nünün təsis edilməsi haqqında” 2001-ci il iyunun
4-də verdiyi sərəncama əsasən, hər il iyunun 17-
si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi
qeyd olunur.
Dostları ilə paylaş: |