Nəcəfova Günel Firudin qızı
1993-cü ildə Gür-
custa Respublikasının
Marneuli rayonunda
anadan olub. 1999-cu
ildə Binəqədi rayo-
nu 102 saylı orta
məktəbin 1-ci sinfinə
gedib. Təhsil aldığı
müddətdə məktəbin
ictimai işlərində və
tədbirlərində fəal
iştirak edib, rayon və
respublika olimpia-
dalarında, inşa müsabiqəsində uğurlu nəticələr
əldə edib. 2010-cu ildə məktəbi əla qiymətlərlə
bitirərək, 655 balla Azərbaycan Tibb Universi-
tetinin II müalicə-profilaktika fakültəsinə qəbul
olub. Tələbə olduğu dövrdə bir sıra konqres və
seminarlarda iştirak edib .2012-ci ildə Nəsimi
Rayon YAP-ın təşkil etdiyi “Xocalıya Ədalət” inşa
müsabiqəsində diplomla təltif olunub. 2013 və
2014-cü illərdə İstanbulda Okmeydanı EAH- da
yay praktikası keçib.
Məqsədi peşəkar həkim olub, xalqının sağ-
lamlığının keşiyində dayanmaqdır.
Dostları ilə paylaş: |