Ağazadə Əfsanə Qüdrət qızı
1995-ci ildə Qəbələ
rayonunda anadan
olub. 2012-ci ildə
Nəsimi rayonu Na-
miq Məmmədov adına
9 saylı orta məktəbi
bitirib.Elə həmin il 606
balla Azərbaycan Tibb
Universitetinin Əczaçılıq
fakültəsinə daxil olub.
2016-cı ildə universiteti
fərqlənmə diplomu ilə
bitirir.
Qafarlı Səmra Qafar qızı
1993-cü ildə ziya-
lı ailəsində anadan olub.
2010- cu ildə təhsil aldığı
Azərbaycan Dövlət Dəmir
Yolu Liseyini fərqlənmə ilə
başa vurub. Orta məktəbi
bitirdikdən sonra 665 bal
toplayaraq Azərbaycan
Tibb Universitetinin II
müalicə-profilaktika
fakültəsinə daxil olub.
Məktəb illərində dəfələrlə
müxtəlif olimpiadalarda
iştirak edərək, rayon və
şəhər turnirlərinin qalibi olub və diplomla təltif olu-
nubdur . 2009-cu ildə British Council və Junior Ac-
hievement tərəfindən Bakıda təşkil olunmuş “Skills@
Work Challenge” proyektində təqdim etdiyi layihəyə
görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin
direktoru xanım Nicole la Hausse de Lalouviere
tərəfindən sertifikatla təltif edilib. 2001-2008-ci
illərdə Ə.Bədəlbəyli adına 23 saylı Musiqi Kollecində
əla qiymətlərlə piano ixtisası üzrə təhsil alıbdır.
Aşağı kurslardan etibarən universitetin elmi-
ictimai fəaliyyətində, universitetdaxili müxtəlif
tədbirlərin təşkilində yaxından iştirak edib. 2015-ci
ilin noyabrında keçirilən Tələbə və Gənc Həkimlər
üçün II Beynəlxalq Tibb Konqresinin Təşkilat
Komitəsində Elmi İşlər üzrə koordinator vəzifəsində
çalışıb. Müxtəlif beynəlxalq konqres və simpozium-
ların həm təşkili, həm də referent qismində iştirak
edib. 2015-ci il dekabrın 11-də Kolumbiya Uni-
versitetinin Azərbaycan Tibb Universitetində təşkil
etdiyi “OMI Satellite Symposium in Diabetes”–in
təşkilində iştirakına görə beynəlxalq sertifikatla
təltif olunub.2016-cı il aprel ayında Bakıda keçirilən
II AGTMC çərçivəsində Beynəlxalq Tələbə və Gənc
Həkimlərin Formunda elmi mövzu ilə çıxış edib. Elə
həmin il TEC-də “Robotic vs Laparoscopic surgery”
mövzusunda elmi çıxışına görə diplomla təltif olu-
nub.
2015-ci ildən bu günə qədər Azərbaycan Tibb
Universitetini İFMSA –Beynəlxalq Tibb Tələbələri As-
sosiasiyası Federasiyasında Azərbaycan təmsilçiliyi
üzrə Tədqiqat Mübadiləsi Koordinatoru kimi təmsil
edir.
2015-ci ildə Almanyanın Heidelberg Tibb
Universitetində yay təcrübə proqramında iştirak
edərək dünya miqyaslı professor və alim heyətinin
təcrübələri ilə yaxından tanış olub.
2016-cu ilin iyununda ATU-nu fərqlənmə diplomu
ilə bitirib.
İngilis, alman, türk və rus dillərini bilir.
Gələcək hədəflərindən ən birincisi təhsilini
xaricdə davam etdirmək, elmi-praktiki biliklərini
mükəmməlləşdirərək Azərbaycan səhiyyəsinin inki-
şafında öhdəsinə düşən vəzifəni yerinə yetirmək və
xalqına layiqincə xidmət etməkdir.
Dostları ilə paylaş: |