Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə101/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   97   98   99   100   101   102   103   104   ...   541
III. Hüquqlar

15. 


Həkim-metodistin ağağıdakı hüquqları vardır:

15.1.  təşkilati-metodik   işin   və   müalicə-diaqnostika   prosesinin 

təkmilləşdirilməsi,   o   cümlədən   özünün   əmək   fəaliyyətinin   təşkilinin   və   şərtlərinin 

yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

15.2.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək, sərəncamlar vermək  və onların rəhbərliyə həvəsləndirmək və tənbeh etmək 

üzrə təkliflər vermək;

15.3.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

15.4.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

15.5.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

101



16. 

Həkim-metodist Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV. Məsuliyyət

17. 


Həkim-metodist aşağıdakılara görə məsuliyyət daşıyır:

17.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

17.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

17.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

17.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

17.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

17.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

17.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

18. 


Həkim-metodist   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

102




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin