Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Mühəndis – proqramçının nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə312/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   308   309   310   311   312   313   314   315   ...   541
Mühəndis – proqramçının nümunəvi vəzifə

TƏLİMATI

I. Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı  mühəndis-proqramçının vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir.

2. 

Mühəndis-proqramçı vəzifəsinə “mühəndis” ixtisası üzrə ali təhsili olan 



şəxs, iş stajına tələb qoyulmadan, təyin edilir.

 

294



Mühəndis-proqramçı   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən 

azad edilir.

4. 

Mühəndis-proqramçı bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla, 



müəssisənin rəhbərinə tabe olur.

5. 


Mühəndis-proqramçı aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan Respublikasının  Konstitusiyasını;  alqoritm və proqramların 

işlənib   hazırlanmasına   və   məlumatın   emalı   zamanı    hesablama   texnikasının  istifadə 

metodlarına dair rəhbər və normativ sənədləri;

5.2.  struktur proqramlaşdırmasının əsas prinsiplərini;

5.3.  proqram təminatının növlərini;

5.4.  elektron  hesablayıcı   maşınların   texniki-istismar   xarakteristikasını, 

konstruktiv   xüsusiyyətlərini,   təyinatını   və  iş   rejimlərini,  onların  texniki   istismarı 

qaydalarını;

5.5.


məlumatın avtomatik emalı texnologiyasını;

5.6.  məlumatın texniki daşıyıcılarının növlərini;

5.7.  məlumatın təsnifatı və kodlaşdırma metodlarını;

5.8.   proqramlaşdırmanın formalaşmış dilini;

5.9.  qüvvədə olan standartları, say, şifr və kod sistemlərini; texniki sənədlərin 

rəsmiləşdirilməsi qaydasını; 

5.10. proqramlaşdırma və hesablama texnikasının istifadəsi üzrə qabaqcıl ölkə 

və xarici təcrübəni;

5.11.  iqtisadiyyatın və səhiyyənin təşkilinin əsaslarını;

5.12.  əmək   qanunvericiliyinin   əsaslarını,   əməyin   mühafizəsinin   qayda   və 

normalarını bilməlidir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin