III.
Hüquqlar
13.
Xadimənin aşağıdakı hüquqları vardır:
13.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
13.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya
materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək;
13.3. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
14.
Xadimə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
15.
Xadimə aşağıdakılara məsuliyyət daşıyır:
15.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
15.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
15.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
15.4. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
410
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
16.
Xadimə əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: |