Tətbiqdən sonra oyanma, özünə gəlmə.
Tətbiqdən sonra tamamilə özünüzə gələnə qədər şöbənin tibb bacısı Sizə nəzarət edəcək. Baş ağrısı, ürək
bulanması və ya qusma kimi anesteziya ilə bağlı hər hansı bir problem yaranarsa tibb bacısına söyləyin.
Ümumi anesteziyadan sonra qadağandır!
Ümumi anesteziya 24 saat ərzində qiymətləndirmə və ayırd etmə qabiliyyətinizə təsir göstərəcəkdir. Bu
müddət ərzində;
Nəqliyyat vasitəsindən heç istifadə etməyin.
Mühüm qərarlar qəbul etməyin və hüquqi sənəd imzalamayın.
Spirtli içki qəbul etməyin, şüur vəziyyətinizə təsir göstərəcək digər dərmanlardan istifadə etməyin və
siqaret çəkməyin. Çünki bunlar anesteziya dərmanları ilə bir birinə təsir göstərə bilər.
Dostları ilə paylaş: |