*
Böyrəklərin normal funksiyası zamanı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
87
DİGƏR QRUPDAN OLAN PREPARATLAR
Dioksidin
Dioksidin - geniş təsir spektrli sintetik AMDV-dir. Sistem təsir məqsədilə
(v/d) yalnız həyati göstərişlərə görə digər AMDV-lər qeyri-effektiv və ya mümkün
olmadıqda polirezistent ştamlarla törədilən anaerob və ya qarışıq aerob-anaerob
infeksiyaların ağır formalarının müalicəsində istifadə olunur.
Təsir mexanizmi
Dioksidin bakterisid təsir göstərir.
Aktivlik spektri
►
Stafilokoklara (bəzi MRSA daxil olmaqla), streptokoklara, meninqokoklara,
qrammənfi bakteriyalara ( Е.coli, Proteus spp., K.pneumoniae, S.marcescens,
P.aeruginosa, Shigella spp., Salmonella spp., P.multocida, M.tuberculosis)
qarşı aktivdir
►
Dioksidinə Clostridium spp., Bacteroides spp. ( B.fragili daxil olması iləs),
P.acnes, Lactobacterium spp., Bifidobacterium spp., Veilonella spp.,
Peptostreptococcus spp. kimi bir çox anaeroblar, həmçinin aktinomisetlər
həssasdırlar
►
DV-i digər AMDV-ə davamlı ştamlara qarşı aktivliyini saxlayır
►
Dioksidinlə digər AMDV arasında çarpaz rezistentlik təyin edilməmişdir
Göstərişlər
►
İrinli bakterial infeksiyaların ağır formaları
►
ATY-nın infeksiyaları (irinli plevrit, plevranın empiyeması, ağciyər absesi)
►
İntraabdominal infeksiyalar
►
Dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları (abses,
fleqmona, irinli posttravmatik, əməliyyatdan sonrakı və yanıq yaraları)
►
MSS-in infeksiyaları (beyin absesi, ikincili irinli meningit)
►
Sistem təsir məqsədilə (v/d infuziya) yalnız stasionarda ehtiyat vasitəsi kimi
infeksiyaların ağır formalarında və ya digər AMDV qeyri-effektiv/mümkün
olmadıqda istifadə edilir
►
Cərrahi (neyrocərrahi), uroloji və stomatoloji praktikada irinli infeksiyaların
müxtəlif formalarında yerli və boşluqlara məhlul və ya məlhəm şəklində tətbiq
olunur
Əks göstərişlər
►
Dioksidinə allergik reaksiya
►
Böyrəküstü vəzinin qabıq maddəsinin funksiyasının çatışmazlığı
►
Hamiləlik
►
Döşlə əmizdirmə
►
Uşaq yaşları
Əlavə təsirlər
►
MBT: qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, diareya
►
Sinir sistemi: baş ağrısı, baldır əzələlərinin qıcolması
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
88
►
V/d yeritmə zamanı: titrəmə, qızdırma
►
Allergik reaksiyalar: səpgi, övrə, anafilaktik şok
►
Böyrəküstü vəzinin qabıq maddəsi: doza çox olduqda distrofiya, destruksiya,
kəskin böyrəküstü vəzi çatışmazlığının inkişaf etməsi mümkündür.
Ehtiyat tələb edən hallar
►
Pediatriya: Dioksidinin uşaqlarda tətbiq edilməsinə yol verilmir.
►
Heriatriya: Yaşlı adamlarda böyrəklərin funksiyasının yaşla əlaqədar aşağı
düşməsini nəzərə almaq lazımdır, preparatın dozasının azaldılması lazım gəlir.
►
Böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı: Anamnezdə böyrəküstü
vəzinin çatışmazlığı göstərildikdə, tətbiq etməmək. Əgər müalicə vaxtı
böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı əlamətləri meydana gəlirsə,
dioksidini dərhal kəsmək və əvəzləyici hormonal terapiya təyin etmək
lazımdır.
Tətbiq qaydaları. Dioksidin v/d tədricən infuziya yolu ilə (damcı üsulu ilə)
həkimin ciddi nəzarəti altında yeridilir. Şırnaq üsulu ilə v/d yeridilməsi
yolverilməzdir.
Allergik reaksiyanı yoxlamaq üçün əvvəlcədən sınaq qoymaq lazımdır. 3-6
saat ərzində arzu edilməyən reaksiyalar olmadıqda, müalicə kursu başlanır, əks
halda preparat tətbiq edilmir.
Yeritmə zamanı baş verə bilən reaksiyaların profilaktikası üçün antihistamin
preparatlar istifadə etmək məsləhət görülür.
Pasiyent üçün məlumat
Müalicə vaxtı əhvalın dəyişməsi, yeni əlamətlərin əmələ gəlməsi haqqında
həkimə məlumat vermək lazımdır.
Cədvəl 17. Dioksidin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri
DV-nin adı DV-nin
forması Dozalanma
rejimi DV-nin xüsusiyyətləri
Dioksidin
İny./üçün. məh.
0,5% və 1,0% 5ml
və 10ml amp.-da
5% məlhəm
V/d:
Böyüklər: 0,6-0,9 q/gün
dozada 2-3 dəfə yeridilir
(lakin 10mq/kq/gün-dən çox
olmayaraq)
Yeritmədən əvvəl 0,5%
dioksidin məhlulunu 5%
qlükoza məhlulu və ya 0,9%
natrium xlorid məhlulunda
0,1-0,2% konsentrasiyaya
qədər durulaşdırırlar.
Boşluqlara və endobronxial:
Böyüklər: 10-50 ml 1% məh.
Maksimal birdəfəlik doza -
0,5q; gün ərzində -0,7q
Yaraları uzun müddət
yuduqda 0,1-0,2% məh.
istifadə olunur.
Digər daha təhlükəsiz
AMDV qeyri-effektiv
və ya mümkün
olmadıqda
polirezistent bakteriya
ştamları ilə törədilən
irinli infeksiyaların
müalicəsində ehtiyat
DV-dir. Uşaqlara
tətbiq edilmir.
Yerli tətbiq üçün
göstərişlər: yara və
yanıq infeksiyaları;
dərinin irinli
xəstəlikləri
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
89
Yerli:
Məlhəm gündə 1 dəfə
zədələnmiş nahiyəyə sürtülür.
Dioksidin/
Trimekain/
Metilurasil
1%-li məlhəm
*
Zədələnmiş səthə 1-2 gündə 1
dəfə sürtülür.
Antimikrob təsir ilə
yanaşı yerli
keyləşdirici və iltihab
əleyhinə təsir göstərir.
Göstərişlər: yara
infeksiyaları, dəri
xoraları
Nitroksolin
Nitroksolin 8-oksixinolin törəmələri qrupuna aiddir. Ağır arzu edilməyən
reaksiyaların inkişaf etmə hallarının təsvir edilməsi ilə əlaqədar olaraq əksəriyyət
ölkələrdə istifadə edilmir. Nitroksolin II sıra vasitə qismində SÇY-ın
infeksiyalarında istifadə edilir.
Təsir mexanizmi
Bakteriostatik təsir göstərir.
Aktivlik spektri
Enterobacteriaceae ailəsinin ( E.coli, Salmonella spp., Shigella spp., Proteus
spp.) qrammənfi bakteriyalarına və Candida cinsindən olan göbələklərə qarşı
aktivliyi əsas əhəmiyyət kəsb edir.
Göstərişlər
►
Kəskin ağırlaşmamış sistit – müalicə, profilaktika (II sıra DV-i kimi).
Əks göstərişlər
►
Periferik sinir sisteminin xəstəlikləri
►
Görmə sinirinin xəstəlikləri
►
Qaraciyərin ağır xəstəlikləri
►
Böyrək çatışmazlığı
►
Qlükoza-6-fosfatdehidrogenazanın defisiti
►
Hamiləlik
►
Döşlə əmizdirmə
►
Yarımçıq doğulmuş və yenidoğulmuş uşaqlar
Əlavə təsirlər
►
Sinir sistemi: baş ağrı, başgicəllənmə, paresteziyalar, polineyropatiya.
Yarımkəskin mielooptik neyropatiyanın (SMON sindrom adlanan) inkişaf
etməsi mümkündür, hansı ki, əvvəlcə qarın nahiyəsində ağrı və diareya ilə
təzahür edir, sonra isə ağır periferik polinevrit və görmə sinirinin atrofiyası
inkişaf edir. Bəzən serebral pozğunluqları olan tormozlanma, retroqrad
amneziya ilə birgə təsadüf edə bilər
►
MBT: ürəkbulanma, qusma, iştahanın itməsi
*
Dioksidinin konsentrasiyası
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
90
►
Qaraciyər: transaminazaların aktivliyinin artması
►
Allergik reaksiyalar: səpgi, övrə və s.
►
Ürək: taxikardiya
Ehtiyat tələb edən hallar
►
Allergiya: Digər oksixinolin törəmələrinə çarpaz allergik reaksiyalar
mümkündür
►
Hamiləlik: Hamiləlik zamanı istifadə etmək məsləhət deyil
►
Döşlə əmizdirmə: Əmizdirən qadınlara tətbiq etmək olmaz
►
Pediatriya: Nitroksolin yarımçıq doğulmuş və yenidoğulmuş uşaqlara əks
göstərişdir. Farmakokinetikası haqqında məlumatların olmamasını nəzərə
alaraq, uşaqlara təyin edilməsi məsləhət deyil
►
Heriatriya: Nitroksolini yaşlı adamlara ehtiyatla təyin etmək lazımdır
►
Böyrəklərin funksiyasının pozulması: Böyrək çatışmazlığı zamanı vasitə əks
göstərişdir
►
Qaraciyərin funksiyasının pozulması: Qaraciyərin ağır xəstəlikləri zamanı
vasitə əks göstərişdir
►
Periferik sinir sisteminin xəstəlikləri: Yarımkəskin mielooptik neyropatiyanın
inkişaf etməsinə görə nitroksolin əks göstərişdir
►
Görmə sinirinin xəstəlikləri: görmə sinirinin zədələnmə riskinə görə
nitroksolin əks göstərişdir
►
Qlükoza-6-fosfatdehidrogenazanın defisiti: Hemolitik anemiyanın inkişaf etmə
mümkünlüyünə görə nitroksolin əks göstərişdir.
Pasiyent üçün məlumat
Nitroksolini yeməkdən 1 saat əvvəl dolu su stəkanı içməklə qəbul etmək
lazımdır.
Bütün terapiya kursu ərzində müalicə rejiminə və sxeminə ciddi riayət etmək,
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı
ötürdükdə onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq.
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana
gəldikdə həkimlə məsləhətləşmək lazımdır.
Nitroksolinlə müalicə vaxtı dilin, sidiyin və nəcisin zəfəran-sarı rəngdə
boyanması mümkündür.
Cədvəl 18. Nitroksolin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri.
DV-nin adı DV-nin
forması
Dozalanma rejimi
DV-nin xüsusiyyətləri
Nitroksolin
Tab. 0,05 q
Daxilə:
Böyüklər: 0,1-0,2 q hər
6 saatdan bir, yeməkdən
1 saat əvvəl
1 aydan böyük uşaqlar:
5 -8 mq/kq/gün dozada
2-3 qəbula
Antimikrob aktivliyi və
farmakokinetikası az
öyrənilmişdir.
Effektivliyini və
təhlükəsizliyini nəzarət
edən kliniki tədqiqatlar
aparılmamışdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
91
Spektinomisin
Aminoqlikozidlərlə quruluş oxşarlığı olan, aminosiklitollara aid təbii AMDV-
dir. Dar antimikrob aktivlik spektrinə malikdir.
Təsir mexanizmi
Bakteriostatik təsir göstərir.
Aktivlik spektri
Qonokoklara, o cümlədən, penisillinə rezistent ştamlara təsir edir. Bəzi
enterobakteriya və ureoplazmalara qarşı mötədil aktivdir.
Göstərişlər
►
Endoservikal qonoreya
►
Rektal qonoreya
►
Qonoreya uretriti
►
β-laktamlara qarşı allergiyası olan pasiyentlərdə yayılmış (disseminə olunmuş,
metastatik) qonoreya.
►
Spektinomisin qonoreya faringiti zamanı qeyri-effektivdir, belə ki, o, ağız
suyunda yüksək konsentrasiya yaratmır.
Əks göstərişlər
►
Spektinomisinə qarşı allergik reaksiyalar
►
1 yaşa qədər uşaqlar
Əlavə təsirlər
►
Allergik reaksiyalar: titrətmə, qızdırma, dərinin qaşınması və ya qızarması
►
MSS: başgicəllənmə
►
MBT: qarın nahiyəsində spastik ağrılar, ürəkbulanma, qusma
►
Yerli reaksiyalar: inyeksiya yerində infiltrat
Ehtiyat tələb edən hallar
►
Hamiləlik: Spektinomisin penisillin və sefalosporinlərə allergiyası olan hamilə
qadınlara qonokok infeksiyalarının müalicəsi üçün məsləhət görülür.
►
Döşlə əmizdirmə: Döşlə əmizdirilən uşaqlarda fəsadlar qeyd edilməmişdir.
►
Pediatriya: Spektinomisin penisillin və ya sefalosporinlərə qarşı allergiyası
olan uşaqlarda qonokok infeksiyalarının müalicəsi üçün istifadə edilə bilər.
Lakin əlavə edilən həlledicinin tərkibində benzil spirti var. Uşaqların
həyatlarının ilk ilində ölümcül asfiksiyanın inkişaf etməsini onun tətbiqi ilə
əlaqələndirirlər. Buna görə də spektinomisini bu yaş qrupunda istifadə etmək
olmaz.
►
Başgicəllənmə meydana gəldikdə ehtiyatlı olmaq lazımdır.
Pasiyent üçün məlumat
İnfeksiyanın qarşısını almaq üçün prezervativdən istifadə etmək lazımdır.
Reinfeksiyanın profilaktikası məqsədilə hər iki partnyoru müalicə etmək tövsiyə
olunur. Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana
gəldikdə həkimlə məsləhətləşmək lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
92
Cədvəl 19. Spektinomisin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri.
DV-nin adı DV-nin
forması
Dozalanma rejimi
DV-nin xüsusiyyətləri
Spektinomisin
İny./üçün. toz 2,0
q flakonda
Ə/d:
Böyüklər: qonoreya
uretriti, servisiti,
proktiti zamanı-2,0 q
bir dəfə;
Disseminə olunmuş
qonoreya zamanı-2,0 q
hər 12 saatdan bir, 3
gün ərzində
Uşaqlar: 45 kq qədər
bədən kütləsi olanlar -
40 mq/kq bir dəfə;
45 kq çox bədən kütləsi
olanlar-2,0 q birdəfə
β-laktamlara qarşı
allergiya olduqda
qonoreyanın müalicəsi
üçün alternativ vasitə.
Qonoreya faringitində
tətbiq etmək məsləhət
görülmür. 1 yaşa qədər
uşaqlara təyin etmək
olmaz.
Fosfomisin
Fosfomisin təbii AMDV-dir. Fosfomisin trometamol peroral preparat olub,
SÇY-ın aşağı şöbələrinin ağırlaşmamış infeksiyalarında tətbiq edilir.
Təsir mexanizmi
Fosfomisin bakterisid təsir göstərir.
Aktivlik spektri
►
Fosfomisin başlıca olaraq, qrammənfi mikroorqanizmlərə qarşı aktivliyə
malikdir. Bağırsaq cöpləri, salmonellalar, şigellalar, protey və digər AMDV-ə
rezistent olan ştamlar daxil olmaqla fosfomisinə həssasdırlar.
►
Qrammüsbət floradan preparata qarşı stafilokoklar mötədil həssasdırlar.
Streptokok və enterokoklara qarşı az aktivdir.
Göstərişlər
►
Sistit (kəskin və residivləşən)
►
Hamilələrdə simptomsuz bakteruriya
►
Transuretral uroloji müdaxilələr zamanı SÇY-ın infeksiyalarının profilaktikası
Əks göstərişlər
►
Fosfomisinə qarşı allergik reaksiyalar
Əlavə təsirlər
►
Qaraciyər: transamilazaların aktivliyinin tranzitor artması
►
MSS: baş ağrı, başgicəllənmə
►
MBT: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı və ya diskomfort, diareya
►
Allergik reaksiyalar: səpgi, övrə, dəri qaşınması
Ehtiyat tələb edən hallar
►
Allergiya: Fosfomisini bronxial astma, səpgi, övrə kimi allergik təzahürlərə
irsi və ya qazanılmış meylli olan pasiyentlərə ehtiyatla tətbiq etmək lazımdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
93
►
Hamiləlik: Hamilələrin bakteriuryasında fosfomisinlə aparılan müalicə zamanı
aparılan kliniki tədqiqatlada dölə mənfi təsir halları qeyd edilməmişdir
►
Döşlə əmizdirmə: Fosfomisin ana südünə keçə bilər. Ehtiyatla tətbiq etmək
lazımdır
►
Pediatriya: Fosfomisin trimetamolu 5 yaşa qədər uşaqlara tətbiq etmək
məsləhət görülmür, belə ki, bu yaş qrupunda onun effektivliyi və təhlükəsizliyi
öyrənilməmişdir
►
Heriatriya: 75 yaşdan böyük adamlarda fosfomisinin hepatotoksik təsir riski
artır
►
Böyrəklərin funksiyasının pozulması: Böyrək çatışmazlığı zamanı fosfomisinin
klirensinin azalması mümkündür, bu isə dozanın azaldılmasını lazım edə bilər
►
Qaraciyərin funksiyasının pozulması: Qaraciyər xəstəlikləri olan pasiyentlərdə
qaraciyərin disfunksiyasının güclənməsi mümkündür
Dərmanlarla qarşılıqlı təsiri
Metoklopramid qan zərdabında fosfomisinin konsentrasiyasını azalda bilər.
Pasiyent üçün məlumat
Bütün terapiya kursu ərzində təyinat rejiminə ciddi riayət etmək, dozanı
ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı ötürdükdə
onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma vaxtı çatdıqda
qəbul etməmək; dozanı artırmamaq.
Fosfomisin trometamolun birdəfəlik dozası bilavasitə qəbuldan əvəl 50-75 ml
suda həll edilir. Acqarına, yaxşı olardı axşam sidik kisəsini boşaltdıqdan sonra
qəbul edilsin.
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana
gəldikdə həkimlə məsləhətləşmək lazımdır.
Cədvəl 20. Fosfomisin trometamol. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri.
DV-nin adı DV-nin
forması Dozalanma
rejimi
*
DV-nin
xüsusiyyətləri
Fosfomisin
trometamol
Qran. 2,0 q və
3,0 q
Daxilə:
Böyüklər: kəskin sistit və
simptomsuz bakteriuriya
zamanı -3,0 q bir dəfə;
Residivləşən sistit zamanı -
3,0 q hər 10 gündən bir, 3
ay ərzində;
Profilaktika üçün -3,0 q
manipulyasiyadan 3 saat
əvvəl, sonra 3,0 q 24
saatdan sonra
5 yaşdan böyük uşaqlar: 2,0
q bir dəfə
SÇY-ın aşağı
şöbələrinin
infeksiyalarının
müalicə və
profilaktikası üçün
olan DV-dir.
*
Böyrəklərin normal funksiyası zamanı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
94
Fuzidin turşusu
Fuzidin turşusu dar aktivlik spektri olan təbii antibiotikdir. β-laktamlara
davamlılıq və ya onlara qarşı allergiya zamanı istifadə olunan, ehtiyat
antistafilokok vasitə kmi əsas əhəmiyyət kəsb edir. Ağır sistem stafilokok
infeksiyaları zamanı fuzidin turşusu yaxşı olar ki, digər antistafilokok vasitələrlə
birgə təyin edilsin.
Təsir mexanizmi
Fuzidin turşusu bakteriostatik təsir göstərir.
Aktivlik spektri
►
Başlıca olaraq stafilokoklara qarşı aktivliyə malikdir. S.aureus (o cümlədən
MRSA) və S.epidermidis-in (metisillinorezistentlər daxil olmaqla) əksəriyyət
ştamları fuzidinə həssasdırlar. Digər stafilokokl və streptokoklara qarşı in vitro
aktivlik aşağıdır
►
Korinebakteriyalar, anaerob kokklar (P.niger, Peptostreptococcus spp.),
klostridilər (o cümlədən C.difficile) kifayət qədər yüksək həssaslıqla
səciyyələnirlər
►
Fuzidin turşusu neysseriyalar istisna olmaqla, əksəriyyət qrammənfi
mikroorqanizmlərə qarşı təsir etmir
Göstərişlər
►
S.aureus (o cümlədən MRSA) törədilən infeksiyaların terapiyasında alternativ
vasitə
►
Dəri və yumşaq toxumaların infeksiyaları (karbunkul, absses, yara infeksiyası,
infeksiyalaşmış yanıqlar və s.)
►
Sümüklərin və oynaqların infeksiyaları ( kəskin və xroniki osteomielit, irinli
artrit);
►
endokardit
►
Sepsis
►
Göz infeksiyaları (konyunktivit, keratit, blefarit, endoftalmit)
►
Stafilokok pnevmoniyası, o cümlədən mukovissidozlu pasiyentlərdə
►
C.difficile-assosiasiya olunmuş diareya və psevdomembranoz kolit (alternativ
vasitə)
Əks göstərişlər
Fuzidin turşusuna qarşı allergik reaksiyalar
Əlavə təsirlər
►
MBT: epiqastral nahiyədə ağırlıq, qarında ağrı, ürəkbulanma, diareya
►
Allergik reaksiyalar: səpgi, eozinofiliya
►
Qaraciyər: transaminazaların aktivliyinin artması, qanda bilirubinin
səviyyəsinin artması, sarılıq. Risk amilləri: uzunmüddətli terapiya (xüsusilə
v/d yeridilmə), qaraciyərin yanaşı xəstəlikləri
►
Yerli reaksiyalar: venaların spazmı, v/d yeritmə zamanı tromboflebit
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
95
Ehtiyat tələb edən hallar
►
Allergiya: Fuzidin turşusunun bütün vasitələrinə qarşı çarpazdır
►
Hamiləlik: Antibiotikin steroidəbənzər quruluşunu və bilirubin
ensefalopatiyasının inkişaf etmə riskini nəzərə alaraq, yalnız son dərəcə zəruri
olduğu hallarda tətbiq etmək
►
Döşlə əmizdirmə: Fuzidin turşusu ana südünə keçir. Əmizdirən qadınlara
yalnız son dərəcə zəruri olduğu hallarda təyin etmək
►
Pediatriya: Yenidoğulmuşlara, xüsusilə yarımçıq doğulmuşlara antibiotikin
steroidəbənzər quruluşu və bilirubin ensefalopatiyasının inkişaf etmə riski ilə
əlaqədar olaraq, ehtiyatla təyin etmək
►
Qaraciyərin funksiyalarının pozulması: Fuzidin turşusunu qaraciyərin kəskin
xəstəlikləri və ağır qaraciyər çatışmazlığı zamanı tətbiq etməmək.
Dərmanlarla qarşılıqlı təsiri
Antasidlər və xolestiramin daxilə qəbul etdikdə fuzidin turşusu vasitələrinin
biomənimsənilməsini azaldırlar
Ağır sistem infeksiyalar zamanı yaxşı olar ki, digər antistafilokok vasitələrlə
birgə təyin edilsin
Pasiyent üçün məlumat
Bütün terapiya kursu ərzində müalicə rejiminə və sxeminə ciddi riayət etmək,
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı
ötürdükdə onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə
müddətinə riayət etmək.
MBT əlamətləri meydana gəldikdə DV-ni daxilə qida ilə eyni vaxtda qəbul
etmək lazımdır.
Antasidlər təyin edildikdə fuzidin turşusu və antasid vasitə qəbul etmək
arasında 2 saat intervala əməl etmək lazımdır.
Epiqastral nahiyədə ağrı, ürəkbulanma baş verdikdə onlar itənə qədər üfüqi
vəziyyət almaq lazımdır.
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana
gəldikdə həkimlə məsləhətləşmək lazımdır.
Göz damcılarının tətbiqi zamanı kontakt linzalar taxmaq lazım deyil.
Cədvəl 21. Fuzidin turşusu DV-i. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri.
Dostları ilə paylaş: |