Qeyd etmək lazımdır ki, sürətlə inkişaf edən yayılmış
ödemlər (xüsusilə bel və üz nahiyələrində) proqnostik cəhətdən
qənaətbəxş hesab olunmur (Royal College of Obstetricians and
Gynaecologists. THE MANAGEMENT OF SEVERE
PREECLAMPSIYA/ECLAMPSIYA. Guideline 10, RCOG Press,
March 2006).
Hamiləliklə bağlı fizioloji ödemlər müalicə tələb etmir.
Ödemləri azaltmaq məqsədilə sidikqovucu preparatlardan
istifadə etmək olmaz!
Preeklampsiyanın ağırlığının müəyyən edilməsi
Preeklampsiya – hamiləliyin 20-ci həftəsindən sonra inkişaf
edən hipertenziya və proteinuriya ± ödemlər ilə səciyyələnir.
Ağır preeklampsiya – proteinuriya ilə müşayiət olunan ağır
hipertenziya və ya istənilən dərəcəli hipertenziya, proteinuriya və
aşağıdakı ağırlaşdırıcı simptomlardan biri qeyd edildikdə:
► beyin simptomları (baş ağrısı, görmə pozğunluğu)
► epiqastral nahiyədə ağrı
► sağ qabırğaaltı nahiyədə ağrı
► ürəkbulanma və ya qusma
► qəflətən meydana çıxan və ya yayılmış ödemlər (üz və ya oma
nahiyəsində/kürəyin aşağı nahiyəsi)
► hiperrefleksiya
► proqressivləşən proteinuriya və hipoproteinemiya
► sidik ifrazının azalması (<400 ml/24 saat)
► hemoliz, sarılıq
► ağciyər ödemi
► trombositlərin sayı <100x10
P
9
P
/l
► dölün bətndaxili inkişafının ləngiməsi
100x10>400>
Dostları ilə paylaş: |