Arterial təzyiqə nəzarət
Arterial təzyiq qadının vəziyyəti stabilləşənə qədər hər 15
dəqiqədən bir ölçülməlidir.
Qadının vəziyyəti stabilləşdikdən sonra arterial təzyiqin
ölçülməsi hər 30 dəqiqədən bir aparılmalıdır. Stasionar şəraitində
qadının vəziyyəti stabildirsə və qadında patoloji simptomlar qeyd
olunmursa, arterial təzyiq hər 4 saatdan bir ölçülməlidir.
Müayinələr
Qəbul şöbəsində (Təcili!)
►
arterial təzyiqin ölçülməsi
►
sidiyin ümumi analizi (zülalın təyini)
►
qanın klinik analizi (hemoqlobin, trombositlərin miqdarı, qanın
laxtalanma müddəti)
Stasionarda
►
sidiyin ümumi analizi (ayrı-ayrı sidik nümunələrində və sutkalıq
sidikdə zülalın təyini, 4 saatdan sonra təkrar sidikdə zülalı təyin
etmək olar)
►
qanın biokimyəvi analizi (kreatinin, ALT, AST, ümumi zülal,
sidik cövhəri, bilirubin)
►
koaquloqramma
►
qan qrupu və Rh-faktor
►
KTQ, USM, dopplerometriya
►
qadının vəziyyətini sabitləşdirdikdən sonra doğuşun vaxtını və
aparılma taktikasını müəyyənləşdirmək üçün daxili müayinə
aparılır.
►
diurezə ciddi nəzarət
Dostları ilə paylaş: |