PREEKLAMPSİYALI HAMİLƏLƏRİN APARILMA
TAKTİKASI
Pasiyentdə preeklampsiya müəyyən etmiş həkim və ya mama onu
ətraflı müayinə olunmaq və hamiləliyin aparılma taktikasını
müəyyənləşdirmək üçün stasionara (gündüz stasionarına göndərmək
mümkündür) göndərməlidir. (B)
Ağır olmayan preeklampsiya – müalicə tələb etmir, yalnız
davamlı nəzarət aparılmalıdır.
Ağır preeklampsiya əlamətləri olan hamilə qadın intensiv
terapiya palatasına və ya III səviyyəli xəstəxananın doğum blokuna
yerləşdirilməlidir (D). Belə imkan olmadıqda ən yaxında yerləşən II
səviyyəli xəstəxanaya çatdırılmalıdır. Hamilənin vəziyyəti yerində
sabitləşdirildikdən sonra ixtisaslaşmış təcili yardım briqadasının
(reanimasiya) müşayiəti ilə onun başqa tibb müəssisəsinə
köçürülməsi həyata keçirilməlidir.
Maqnezium-sulfatla və hipotenziv preparatlarla intensiv müalicə
aparılmalıdır.
Dostları ilə paylaş: |