Preeklampsiya necə müalicə olunur?
Preeklampsiyalı qadınlar ciddi nəzarət altında olmalıdırlar
(xəstəxanada və ya gündüz stasionarında)
və arterial təzyiqi
sabitləşdirmək məqsədilə dərman preparatları qəbul etməlidirlər.
Preeklampsiyalı qadının tam sağalması mümkündürmü?
Preeklampsiya yalnız uşaq doğulduqdan sonra keçə bilər, çünki
əsas səbəb – plasentanın patologiyasıdır.
Ona görə də
preeklampsiyalı qadınlarda süni olaraq sürətləndirilmiş vaxtından
əvvəl doğuşlar daha çox rast gəlinir.
Bu hal təkrar oluna bilərmi?
Bəli, bəzi qadınlarda bu hal təkrar olunur.
Bu vəziyyəti daha erkən aşkar etmək mümkündürmü?
Hamilə qadın müntəzəm surətdə, həkimin təyin etdiyi vaxt tibb
müəssisəsinə gəldikdə, hipertenziv pozğunluqların vaxtında aşkar
olunması ehtimalı böyükdür.
Özünə kömək etmək üçün qadın nə edə bilər?
Hamilə qadın həkimin məsləhətlərinə riayət etməli, həkimin
təyin etdiyi vaxtda qəbula gəlməli və narahat
edən bütün simptomlar
və hallar barədə həkimə və ya mamaya məlumat verməlidir.
Əlaqə telefonu:
Mama (telefon nömrəsi)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.