Preeklampsiyaya kim məruz qala bilər?
Hamiləlik zamanı arterial təzyiqi yüksək olan hər 10 qadından
birində preeklampsiya inkişaf edə bilər. İlk dəfə hamilə olan
qadınlarda, yaşı 40-dan artıq olan qadınlarda, BÇİ 35-dən artıq olan
qadınlarda, ailə üzvlərinin və özünün anamnezində preeklampsiya
olan qadınlarda, hamiləliklər arası interval 10 ildən artıq olduqda,
arterial təzyiqi yüksək olan, şəkərli diabeti, böyrək xəstəliyi olan
qadınlarda, çoxdöllü hamiləlik zamanı preeklampsiyanın inkişaf
etmək təhlükəsi böyükdür.
Dostları ilə paylaş: |