Hamiləlik hipertenziyasının profilaktikası
► Risk faktorlarının təsirinə məruz qalan qadınların erkən
diaqnostikası və adekvat müalicəsi hamiləlik hipertenziyasının
və onun ağırlaşmalarının qarşısının alınmasında mühüm yer
tutur.
► Maye və duz qəbulunun azaldılması hamiləlik hipertenziyasının
qarşısını almır. (B)
► Preeklampsiyanın inkişafı üzrə yüksək risk qrupuna aid olan
qadınlarda kiçik dozada aspirinin istifadəsinin faydası qeyd
olunur. (A)
► Sutkada 1 qram dozada kalsium qəbulu preeklampsiya riskini
azaldır. (A)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|