20
Mamalıq vəziyyətinin idarə edilməsi
Preeklampsiyalı qadınlarda doğuşun vaxtının təyin edilməsi:
► Hamilə qadının və dölün vəziyyətinə ciddi monitor nəzarəti
(uzunmüddətli və ya daimi KTQ) vacibdir. (D)
► Preeklampsiyanın yüngül və ya ağır dərəcəli olmasından asılı
olmayaraq, hamiləliyin müddəti 34 həftədən az olarsa,
hamiləliyin davam etdirilə bilməsinin mümkünlüyü məsələsi həll
olunmalıdır. Vaxtından əvvəl doğulmuş uşağa perinatal
mərkəzdə qulluq göstərilməlidir. (C)
► Hamiləliyin müddəti 34-36 həftə arasında olduqda, hamiləliyin
davam etdirilməsinin xeyri və zərəri barədə inandırıcı dəlillər
yoxdur. (D)
► Hamiləliyin müddəti 37 həftə və artıq olduğu hallarda
preeklampsiyanın ağırlıq dərəcəsindən asılı olmayaraq
hamiləliyi təcili başa çatdırmaq qərarı verilməlidir. (D)
Dostları ilə paylaş: