9
DİAQNOSTİKA
Hipertenziv vəziyyətlər
Hipertenziya
Hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥140 mm.c.süt.
və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 110 mm.c.süt.,
və ya iki ölçülmədə ≥ 90 mm.c.süt. olduqda qoyulur. (C)
Ağır hipertenziya
Ağır hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥160 mm.c.süt.
və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 120 mm.c.süt.,
və ya iki ölçülmədə ≥ 110 mm.c.süt. olduqda qoyulur. (C)
Proteinuriya
Normal inkişaf edən hamiləlik zamanı böyrəklər vasitəsilə zülalın
xaric olunması artır. Lakin proteinuriya, 24 saat müddətində və ya 4
saatlıq intervalla götürülmüş 2 sınaqda sidikdə zülalın miqdarı 300
mq-a bərabər, və ya ondan çox olduqda patoloji sayılır.
Bundan başqa, sidik-ifrazat sisteminin infeksiyalarını istisna
etmək lazımdır. Hamilə qadınlarda patoloji proteinuriya daxili
orqanların zədələnməsinin ilkin əlaməti sayılır.
9 Hər bir hamilə qadın proteinuriyanın müəyyən olunması
məqsədilə müayinə olunmalıdır. (C)
9 Preeklamsiyanın inkişaf riski aşağı olan qadınlarda
proteinuriyanı müəyyən etmək üçün zolaq testdən istifadə
oluna bilər. (C)
9 Test-zolaq üsulu ilə sidikdə zülalı təyin etdikdə +≥1 (+≥0,3q/l
sutkalıq sidikdə) nəticəsi proteinuriyanı təsdiq edir. (B)
9 Preeklampsiya riski yüksək olan qadınlarda proteinuriyanı
müəyyən etmək üçün daha dəqiq testlərin (sutkalıq sidikdə
zülalın səviyyəsi) aparılması məsləhətdir. (B)
Ödemlər
Orta dərəcəli ödemlər hamiləliyi fizioloji keçən hamilə qadınların
50-80%-də müşahidə olunur. Ödemlə müşayiət olunmayan
preeklampsiya ana və uşaq üçün ödemlə müşayiət olunan
preeklampsiyaya nisbətən daha təhlükəlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.