dölün sağlamlığına ciddi təsir göstərmir. Preeklampsiyanın ağır
7
Eklampsiya – preeklampsiyası olan hamilələrdə digər beyin
pozğunluqlarının təzahürləri (epilepsiya və ya beyindaxili qansızma)
ilə əlaqəli olmayan, bir və daha artıq qıcolmanın meydana
çıxmasıdır.
Epidemiologiya
Hamiləlik zamanı hipertenziv vəziyyətlər ana ölümünün aparıcı
səbəbləri arasında ikinci yerdə qalmaqdadır. Hər il dünyada 63000-ə
yaxın hamilə qadın preeklampsiya və eklampsiyadan dünyasını
dəyişir ki, bu da ÜST-nün (2006) məlumatına əsasən ana ölümünün
strukturunda 16% təşkil edir (UNDP/UNFPA/WHO/World Bank
Special Programme, 2006).
Amerika Mama Ginekoloqlar Cəmiyyətinin məlumatına (2002)
əsasən hamiləlik zamanı hipertenziv vəziyyətlər 12-22% hallarda
hamiləliyin gedişini ağırlaşdırır və ana ölümü səbəblərinin
strukturunda 17,6% təşkil edir.
Etiologiya
Hamiləlik zamanı hipertenziv vəziyyətlərin yaranmasını izah
edən bir sıra nəzəriyyələr mövcuddur (endotelial, neyrogen,
tromboksan-prostasiklin, hormonal, immunoloji, plasentar, genetik).
Müəyyən olunmuşdur ki, preeklampsiyanın inkişafı üçün zəmin artıq
hamiləliyin ilkin mərhələlərində yaranır. Lakin hipertenziv
vəziyyətlərin yaranmasının dəqiq səbəbi məlum deyil.
Dostları ilə paylaş: