Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 aprel 2013-cü il tarixli


Varikoz dəyişilmiş şaxələrin çıxarılması



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix06.02.2017
ölçüsü4,51 Mb.
#7842
1   2   3   4   5

 

Varikoz dəyişilmiş şaxələrin çıxarılması 

Səthi venanın varikoz prosesə 

uğramış 

şaxələrinin 

eliminasiyasında onların dəri deşiklərindən miniflebektomiya 

alətlərinin köməyi ilə  çıxarılmasına üstünlük verilir. Bütün digər 

cərrahi üsullar daha travmatikdir və pis kosmetik nəticələrə  gətirib 

çıxarır. Diffuz varikoz dəyişilmiş venoz şaxələri saxlamaq olar ki, 

onları da gələcəkdə skleroterapiyanın köməyilə  ləğv etmək 

mümkündür.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 23

Perforant venaların disseksiyası 

Varikoz xəstəliklərdə  dərialtı venalar üzrə vertikal reflüks əsas 

rola malikdir. Perforantın çatışmazlığı isə  səthi venoz sistemdən 

dərin venoz sistemə qanın reflüksü nəticəsində onlarda artan 

yüklənmə ilə əlaqədardır. Nəticədə perforant venaların diametri artır 

və ikiistiqamətli qan axınına malik olurlar. Qeyd etmək lazımdır ki, 

perforant vena üzrə qanın ikiistiqamətli axını VXX əlamətləri 

olmayan sağlam şəxslərdə də müşahidə olunur.  

Trofik pozğunluqları olan xəstələrdə 25,5%-dən 40%-ə  qədər 

yararsız perforantlar qalırlar və onların xəstəliyin sonrakı gedişinə 

təsiri məlum deyil. C4-C6 sinifləri varikoz xəstəlikləri zamanı 

vertikal reflyuksun ləğv edilməsindən sonra perforant venalar üzrə 

normal hemodinamikanın bərpa olunma imkanları  məhduddur. 

Dərialtı  və/və ya dərin venaların patoloji reflüksünun uzunmüddətli 

təsiri nəticəsində perforant damarların müəyyən hissəsində 

geridönməyən dəyişikliklər baş verir və bu zaman qanın geriyə axını 

artıq patoloji əhəmiyyət daşıyır.    

Beləliklə, hazırda yararsız perforant venaların bağlanması yalnız 

varikoz xəstəliyi trofik pozulmalarla müşayət olunan xəstələrdə 

mütləq göstərişdir (C4-C6 sinifləri).  

C2-C3 klinik siniflərində perforantların bağlanması haqqında 

cərrah klinik mənzərədən və instrumental müayinələrin 

məlumatlarından asılı olaraq qərar qəbul etməlidir. Bu zaman 

disseksiya onların yararsız olmasının dürüst təsdiqindən sonra 

aparılmalıdır. 

Əgər trofik pozğunluqlar səbəbindən dəridə  kəsik aparmaq 

mümkün deyilsə o zaman perforant venaların endoskopik subfassial 

disseksiyası (PVESD) icra edilir. Çoxsaylı  tədqiqatlar bu üsulun 

əvvəllər geniş istifadə olunan perforantların açıq subtotal subfassial 

bağlanması əməliyyatı (Linton əməliyyatı) ilə müqayisədə danılmaz 

üstünlüklərini göstərir. PVESD zamanı xora ağırlaşmalarının tezliyi 

6-7% olduğu halda, bu göstərici açıq müdaxilələrdən sonra 53%-ə 

çatır.  

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 24

Şərhlər. Çoxsaylı tədqiqatlar göstərir ki, PVESD VXX–nin gedişinə, 

xüsusən də trofik pozğunluqların reqresiyasına müsbət təsir göstərir. 

Lakin, müşahidə olunan effektlərdən hansılarının disseksiya ilə, 

hansılarının pasiyentlərin  əksəriyyətində  dərialtı venalarda eyni 

zamanda aparılan cərrahi müdaxilələrlə  şərtlənməsi aydın deyil. 

Bununla belə, C4-C6 olan pasiyentlərin (yalnız flebektomiya yerinə 

yetirilənlərin) uzaq nəticələrinin öyrənilməsinə aid tətqiqatların 

olmaması  hələlik cərrahi müalicə üsullarının bu və ya digər nisbi 

tətbiqi haqda yekun nəticələrə gəlməyə imkan vermir. 

Mövcud ziddiyyətlərə baxmayaraq, tədqiqatçıların  əksəriyyəti 

yenə də hesab edirlər ki, varikoz xəstəlik fonunda trofik pozulmalar 

və açıq trofik xoraları olan pasiyentlərdə  səthi venalarda ənənəvi 

müdaxilələri PVESD ilə birləşdirmək lazımdır. PVESD ilə kombinə 

olunmuş flebektomiyadan sonra xora residivlərinin tezliyi 4%-dən 

18%-ə qədər (müşahidə müddəti 5-9 ildir) təşkil edir. Bu zaman ilk 

10 ay ərzində təqribən pasiyentlərin 90%-də tam sağalma qeyd edilir. 

Perforant venaların çıxarılmasında mikroköpüklü 

skleroobliterasiya, endovazal radiotezlikli və lazer obliterasiyası kimi 

digər az invaziv üsulların istifadəsi zamanı da yaxşı  nəticələr 

alınmışdır. Bununla belə, bu üsulların tətbiqi zamanı  uğurlu olması 

ehtimalı bilavasitə həkimin ixtisaslaşmasından və təcrübəsindən asılı 

olduqundan onların geniş tətbiqi hələlik məsləhət deyil.  

C2-C3 klinik sinifləri xəstələrinə PVESD istifadə etmək vacib 

deyil, belə ki, onlarda perforant reflüksün aradan götürülməsini kiçik 

kəsiklərlə (1 sm-ə  qədər) və  hətta miniflebektomiya alətlərinin 

köməyi ilə dəri deşiklərindən həyata keçirmək olar.  



 

Dərin vena qapaqlarının korreksiyası 

Dərin venalarda birincili reflüksünü cərrahi müalicə üsullarını iki 

qrupa bölmək olar: 

Birinci qrup – flebotomiyadan sonra daxili valvuloplastika, 

transpozisiya və autotransplantasiyanı, yeni qapaqların yaradılması 

və kriokonservləşdirilmiş allotransplantatların tətbiqini nəzərdə tutur. 

İkinci qrup – flebotomiya tələb etmir və ekstravazal 

müdaxilələri, xarici valvuloplastikanı (transmural və ya 

transkommissural), angioskopik köməkçi ekstravazal 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 25

valvuloplastikanı, eləcə  də  dəridə korreksiya edici qurğuların 

yerləşdirilməsini əhatə edir.  

Dərin vena qapaqlarının korreksiyasını residivləsən və ya 

sağalmayan trofik xoralar (C6 sinfi) və Kistner təsnifatı ilə  dərin 

venalarda 3-4-cü dərəcəli reflükslar (diz oynağı  səviyyəsinə  qədər) 

olan xəstələrdə yerinə yetirmək lazımdır. Konservativ müalicənin 

qeyri-effektivliyi zamanı ömürlük kompression trikotaj geyinməkdən 

imtina edən cavan şəxslərdə dayanıqlı ödem və C4b olduqda da 

aparıla bilər.  Əməliyyat barədə  qərar xüsusi müayinələrin nəticələri 

əsasında yox, klinik statusa əsasən qoyulmalıdır. Bu müdaxilələr 

xüsusi təcrübəsi olan mütəxəssislər tərəfindən ixtisaslaşdırılmış 

mərkəzlərdə yerinə yetirilməlidir.  

 

POSTTROMBOTİK SİNDROMUN CƏRRAHİ MÜALİCƏSİ 

PTS olan xəstələrdə  cərrahi müalicənin nəticələri varikoz 

xəstəliyi olan pasiyentlərə nisbətən pisdir. PVESD-dan sonra trofik 

xora residivlərinin tezliyi ilk 3 il ərzində 60%-ə çatır. Bu kateqoriya 

pasiyentlərə perforant venalarda aparılan müdaxilələrin 

əsaslandırılması bir çox tədqiqatlarda öz təsdiqini tapmayıb.  

Bu kateqoriya pasiyentlər məlumatlandırılmalıdır ki, PTS-nin 

cərrahi müalicəsində uğursuz nəticələrin ehtimalı yüksəkdir.  

 

Dərialtı venoz sistemdə müdaxilələr 

PTS zamanı  dərialtı venalar kollateral funksiya yerinə 

yetirildiyindən onların çıxarılması xəstəliyin gedişini pisləşdirə bilər. 

Bununla əlaqədar olaraq, PTS-də flebektomiya (həmçinin lazer və ya 

radiotezlikli obliterasiya) rutin əməliyyat kimi istifadə oluna bilməz. 

Dərialtı venaların bu və ya digər həcmdə  çıxarılmasının 

mümkünlüyü və  zəruriliyi haqda qərar klinik və anamnestik 

məlumatların dəqiq analizi, instrumental diaqnostik testlərin 

nəticələri əsasında qəbul olunmalıdır.  

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 26

Dərin vena qapaqlarının korreksiyası 

Qapaq aparatının posttrombotik zədələnməsi  əksər hallarda 

birbaşa cərrahi müalicəyə tabe olmur. PTS zamanı  dərin venalarda 

qapaqların korreksiyası  əməliyyatlarının çox saylı variantları klinik 

eksperimentlər çərçivəsindən kənara çıxa bilməmişdir. 

 

Şuntlama əməliyyatları 

Keçən əsrin ikinci yarısında dərin venaların okklüziyası üzrə iki 

şuntlama  əməliyyatları  təklif edildi. Onlardan biri bud venasının 

okklüziyası zamanı qanın dizaltı venadan BDV-yə (Uorren-Tayr 

üsulu), digəri isə qalça venasının okklüziyası zamanı bud venasından 

digər (sağlam)  ətrafa (Palma-Esperon üsulu) aparılması  məqsədi 

daşıyır. Yalnız ikinci üsul klinik effekt göstərdi. Bu əməliyyat 

forması effektlidir və ona görə də hazırda venoz qan axınının əlavə 

yollarının yaradılmasında geniş klinik tətbiqi tövsiyə oluna bilən 

yeganə üsul hesab olunur. Autogen venoz şuntlar süni protezlərlə 

müqayisədə az trombogenliyi və yaxşı keçirmə qabiliyyəti ilə 

fərqlənir. Lakin bu məsələ üzrə tədqiqatlar müxtəlif müddətli klinik 

və fleboqrafik müşahidələr aparılan pasiyentlərin az bir qismini əhatə 

edir.  


Palma-Esperon  əməliyyatına göstərişlər qalça venalarının 

birtərəfli okklüziyası hesab olunur. Əks tərəf  ətrafda venoz axınına 

maneənin olmaması mütləq  şərt hesab olunur. Bundan başqa 

əməliyyata funksional göstərişlər bir neçə il müddətində (3-5 il) 

adekvat konservativ müalicə aparılmasına baxmayaraq, XVÇ-nin 

(C4-C6 klinik siniflərinə  qədər) proqressivləşməsi zamanı meydana 

çıxır. 

 

Venaların transplantasiyası və transpozisiyası 



Venaların qapaqlar olan seqmentlərinin transplantasiyası 

əməliyyatdan sonrakı yaxın aylarda yaxşı effekt nümayiş etdirir. 

Adətən yuxarı  ətrafların səthi venalarını bud venası pozisiyasına 

transplantasiya edirlər. Üsulun imkanlarının məhdudlaşması vena 

damarlarının diametrlərinin fərqli olması ilə əlaqədardır. Müdaxilələr 

patofizioloji cəhətdən az əsaslandırılmışdır. Müşahidələrin sayının 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 27

azlığı  və uzaq nəticələrin olmaması  hər hansı bir nəticəyə  gəlməyə 

imkan vermir.  

Dərin venaların stenoz və okklüziyaları zamanı endovazal 

müdaxilələrin  əsas məqsədi okklüziyanın ləğvi və ya venoz axının 

əlavə yollarla təmin edilməsidir.  



Göstərişlər:  Təəssüf ki, venoz sistemdə etibarlı “kritik stenoz” 

meyarları yoxdur. Bu onun nəticələrinin interpretasiyası və müalicəsi 

üçün göstərişlərin müəyyənləşdirilməsi zamanı  əsas maneədir. 

Rentgenokontrast fleboqrafiya venoz axının vizualizasiyasında 

standart üsul olub, okklüziya, stenoz sahələrini və kollateralların 

mövcudluğunu müəyyənləşdirmək imkanı verir. Intravaskulyar 

ultrasəs sonoqrafiya (İVUS) qalça venasının stenozunun və morfoloji 

xüsusiyyətlərinin qiymətləndirilməsi məsələsində fleboqrafiyadan 

üstündür. Iliokaval seqmentin okklüziyası  və onunla bağlı 

anomaliyalara MRT və spiral KT venoqrafiya ilə diaqnoz qoymaq 

mümkündür. 

 

Bud-qalça stentlənməsi 

Qalça venasının transkutan balon dilatasiyasının və 

stentlənməsinin klinik praktikaya daxil olması müalicə imkanlarını 

xeyli genişləndirdi. Bu, onun yüksək effektivliyi (50-100% hallarda 

seqmentin keçiriciliyinin bərpası), ağırlaşmaların az olması  və letal 

nəticələrin olmaması ilə əlaqəlidir. Posttrombotik sindrom (xəstəlik) 

olan pasiyentlərdə stentləmə zonasında tromboz və ya restenoza 

səbəb olan amillər arasında trombofiliya və stentin uzunluğunun 

böyük olması  əsas yer tutur. Bu amillər mövcud olduqda 24 aydan 

sonra restenoz tezliyi 60%-ə çatır, əks halda isə stenoz inkişaf etmir. 

Qalça venasının stentlənməsi və balon dilatasiyasından sonra trofik 

xoraların sağalma tezliyi 68% təşkil etmişdir, müdaxilədən 2 il sonra 

residivlərin olmaması 62% hallarda qeyd olunmuşdur. Ödem və 

ağrıların təzahür etməsi əhəmiyyətli dərəcədə azalmışdır. Ətraflarda 

ödemlər 88%-dən 53%-ə  qədər, ağrılar 93%-dən 29%-ə  qədər 

azalmışdır. Venoz stentləmədən sonra xəstələrin sorğu analizi həyat 

keyfiyyətinin bütün əsas aspektlərinin yaxşılaşmasını göstərir.  

Venaların stentləmə metodikası nisbətən yaxın zamanlarda 

meydana gəlmişdir və prosedurun uzaq nəticələri hələlik məlum 

deyil. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 28

Flebodisplaziyaların cərrahi müalicəsi 

Flebodisplaziyalı pasiyentlərdə hemodinamikanın effektiv radikal 

korreksiya üsulları mövcud deyil. Trofik xoralardan, genişlənmiş və 

nazikləşmiş  dərialtı venalardan qanaxma cərrahi müalicəni zəruri 

edir. Bu vəziyyətlərdə lokal venoz durğunluğun azaldılması 

məqsədilə venoz konqlomeratlar kəsilib götürülür. 

 

VXX üzrə  əməliyyatları damar və ya ümumi cərrahiyyə  şöbələrində 

flebologiya üzrə ixtisaslaşma kursu keçmiş mütəxəssislər yerinə 

yetirə bilərlər. Müdaxilələrin bəzi növləri (rekonstruktiv: 

valvuloplastika,  şuntlama, transpozisiya, transplantasiya) ciddi 

göstərişlər üzrə yalnız ixtisaslaşmış mərkəzlərdə aparıla bilər.  

VENALARIN XRONİK XƏSTƏLİKLƏRİNİN 

FARMAKOTERAPİYASI 

Farmakoterapiya aşağı  ətrafların venoz sisteminin xronik 

xəstəlikləri və onların ağırlaşmalarının kompleks müalicəsində  əsas 

yerlərdən birini tutur. Bu məqsədlə müxtəlif ümumi və yerli təsirə 

malik dərman vasitələrindən istifadə olunur. VXX-nin patogenetik 

əsaslandırılmış medikamentoz terapiyasında flebotrop dərman 

vasitələri əsas rol oynayır.  

Flebotrop dərman vasitələri 

Flebotrop dərman vasitələri (FDV, sinonimləri: venoaktiv 

dərman vasitələri, fleboprotektorlar) xronik venoz və limfatik ödemi, 

həmçinin VXX-nin digər təzahürlərini (baldırlarda ağırlıq hissi, ağrı, 

hərarət hissi, artan yorğunluq, statik yüklənməyə tolerantlığın 

azalması, narahat ayaq sindromu və s.) azaltmaq qabiliyyətinə malik 

çoxsaylı heterogen dərman qrupunu özündə əks etdirir. 

FDV-nin kapillyar sistemə, limfatik drenaja, leykositar-endotelial 

reaksiyaya, iltihab prosesinə  və qan dövranına təsiri  Cədvəl 3-də 

göstərilmişdir. 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 29

Cədvəl 3. FDV-nin mikrosirkulyator effektləri 

4,10 


Maddə 

Kapillyar 

axın 

Limfatik

axına 

təsiri 

İltihab nahiyəsinə 

təsir 

Hemoreo-

logi 

parametrlər 

MFF 


(detraleks) 

Kapillyarla-

rın 

keçiriciliyini 



və 

leykositlərin 

endotelə 

adheziyasını 

azaldır.  

Mikroniza-

siya 

kapillyarlara 



münasibətdə 

protektiv 

effekti 

gücləndirir 

Limfa 

cərəyanı-



nı 

yaxşılaş-

dırır, 

miqdarı-


nı artırır 

İltihab 


mediatorlarının 

sekresiyasını 

zəiflədir 

Hemokon-


sentrasiyanı 

azaldır və 

hərəkətliliyi 

artırır 


Rutin və 

HER


*

 

Kapillyarla-



rın 

keçiriciliyini 

azaldır 

 

Sərbəst 

radikalların əmələ 

gəlməsini zəiflədir 

 

– 



At 

şabalıdının 

ekstraktı 

(Aesculus 

hippocast-

anum L) 


Kapillyar 

filtrasiyanı 

azaldır 

 

Sərbəst radikalları, 

elastazanı və 

hialuronidazanı 

inaktivləşdirir 

 

 



Yabanı 

quşqon- 


maz 

ekstraktı 

Keçiriciliyi 

azaldır 

 

 



 

 

 

 



Üzüm 

çəyirdəyi 

ekstraktı 

Keçiriciliyi 

azaldır 

 

 



Sərbəst radikalları 

inaktivləşdirir 

 

 



                                                 

*

 



Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 30

Ginqko-


biloba 

 

 

 

Qan 

reologiya-



sını 

yaxşılaşdırır 

KDB Kapillyarla-

rın 


rezistentli-

yini artırır. 

Limfo-

drenajı 


yaxşılaş-

dırır 

Antioksidant və 

angioprotektiv 

effekti var. 

Endotelial 

hüceyrələrdə NO-

sintetazanın 

aktivliyini artırır 

Qanın 


özlülüyü 

azalır 


Sintetik 

diosmin 


– – 

– 

– 



Peroral FDV-nin tətbiqinə göstərişlər 

1.

 



VXX ilə əlaqəli simptomların: ağırlıq və hərarət hissi, ağrılar, 

artan yorğunluq, narahat ayaqlar və s. olması 

2.

 

Xroniki venoz ödem. 



3.

 

Skleroterapiya, cərrahiyyə və kompressiya üsullarının 



nəticələrinin gücləndirilməsi. 

4.

 



Venoz xoraların sağalmasının sürətlənməsi (yalnız MFF üçün) 

(A)

4

 



 

Qeyd 1.  FDV-ni 3 ay müddətindən az olmamaqla təyin etmək 

tövsiyə olunur.  

Onların qəbulunun prolonqasiyasına göstərişlər müalicənin 

dayandırılmasından sonra VXX-nin simptomlarının tez 

residivləşməsi hesab olunur. 

Qeyd 2.  Eyni vaxtda bir neçə FDV-nı təyin etmək məsləhət deyil. 

Qeyd 3. FDV-dən imtina edilməsi və ya onun əvəz edilməsinə 

göstəriş arzuolunmaz yanaşı reaksiyaların (ürək bulanma, 

qusma, allergik səpki, qastroirritiv sindrom və s.) meydana 

çıxması, həmçinin, 2 ay ərzində aparılan müalicənin 

effektsiz olmasının obyektiv təsdiqi hesab olunur. 

 

 



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 31

FDV-nın terapevtik effektivliyi 

FDV-nin tətbiqinə  əsas göstərişlər VXX ilə  əlaqəli olan 

simptomlar: ayaqlarda ağırlıq, “diskomfort”, göynəmə, varikoz 

venaların gedişi boyunca ağrı, paresteziyalar, gecə qıcolmaları və ya 

narahat ayaqlar sindromu, həmçinin ödemlər hesab olunur. Bu 

zaman, təsir mexanizmlərinin bəzi oxşarlıqlarına baxmayaraq, 

müxtəlif FDV-nin VXX-nin ayrıca simptomlarına münasibətdə 

effektivliyi bərabər deyil (Cədvəl 4). 



Cədvəl 4. VXX-nin müxtəlif simptomlarına münasibətdə FDV-

nin effektivliyi 

4,10 


Maddə 

Aşağıdakı göstərişlər zamanı 

müsbət nəticələr 

Tövsiyələrin 

səviyyəsi 

MFF 


(detraleks) 

Ağrı, qıcolmalar, ağırlıq, 

şişkinlik hissi, ödem, trofik 

pozğunluqlar və xoralar   



KDB Qıcolmalar, “narahat ayaq” 

sindromu, şişkinlik hissi, ödem 

HER


*

 Qaşınma, ödem 



At şabalıdın 

ekstraktı 

Ağrı, ödem 



Yabanı quşqon- 

maz ekstraktı 

Ağrı, ödem 



Trokserutin + 

qinkqo biloba+ 

heptaminol 

Yox 



Üzüm 


çəyirdəyinin 

ekstraktı 

Ağrı  

Sintetik 

diosmin 

Yox 




Trofik xoraların farmakoterapiyası 

MFF (detraleks) istifadə olunması kompression terapiyanın 

effektini gücləndirir və trofik xoraların (A)

4,10


 daha tez sağalmasına 

                                                 

*

 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 32

imkan yaradır. Digər FDV-nin venoz xoraların sağalmasına təsiri 

barədə məlumat yoxdur. 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin