Hospitalizasiyaya göstərişlər
Dekompensasiyalı sirroz, qaraciyər çatışmazlığı, portal
hipertenziya ilə ağırlaşma və s.
Qeyri-medikamentoz müalicə
Qarışıq steatohepatit zamanı alkoqolun qəbulunun azaldılması və
ya tam kəsilməsi.
Fiziki hərəkətlərin gün ərzində 1 saatdan az olmaması (A).
Medikamentoz müalicə
Bu xəstəliyin yaranmasında insulinə rezistentliyin rolu tam
aydınlaşdığına görə müalicə zamanı hüceyrələrin insulinə qarşı
həssaslığını artırmaq üçün metformin və tiazolidindionlardan istifadə
olunur (B).
Həmçinin xəstələrə metabolizmə antioksidant kimi təsir göstərən
essensial fosfolipidlər (Essensiale), ademetionin, betain, lipoy
turşusu, vitamin E təyin olunur (B).
Xəstələrə ursodezoksixol turşusunun təyini məqsədəuyğundur.
Antiapoptoz və immunomodulyasiya təsirinə malik ursodezoksixol
turşusunun gündə 15 mq/kq dozada qəbulu biokimyəvi dəyişikliyə,
meydana çıxan steatoza müsbət təsir edir, həmçinin hepatositlərdə
nekrozun yaranmasına tormozlayıcı təsir göstərir.
İkincili QASH-nin müalicəsində həmçinin bağırsağın patogen
bakteriyalarına təsir göstərmək üçün metronidazol (750 mq/gün, 7-10
gün) təyin edilir.
QASH-li xəstələrdə çox vaxt öd çıxarıcı yollarda patologiyalar
(biliar durğunluq, xolesteromalar, öd kisəsinin daşı) yaranır. Litolitik
xüsusiyyətə malik olan ursodezoksixol turşusu ödün litogenliyini
aşağı salmaqla xolesterin molekullarından ibarət kristalların
formalaşmasının qarşısını alır.
15
Dinamikanı artırmaq, bədən kütləsini aşağı salmaq, pəhriz və
fiziki hərəkətlərlə kifayətlənmədikdə anoreksigen dərman vasitəsi
(sibutramin) və ya bağırsaq lipazasını ingibə edən dərman vasitəsi
(orlistat) təyin olunur (C).
Dostları ilə paylaş: |