Cərrahi müalicə
Qaraciyər çatışmazlığı
əmələ
gələrsə, qaraciyərin
transplantasiyasına ehtiyac yaranır.
Proqnoz
Xəstələrin 27-30%-də adekvat müalicə aparılmasına baxmayaraq
iltihab və nekrozun proqressivləşməsi baş verir.
QARACİYƏRİN ALKOQOL XƏSTƏLİYİ
Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun
zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin
alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa
xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi
ilə müqayisə edilə bilər.
Təsnifat
Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu)
Alkoqol mənşəli hepatit
Alkoqol mənşəli sirroz
Bəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə
ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə
fərqlənmirlər.
Etiologiya
Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol
xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün
ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun
yaranması ilə nəticələnə bilər (C).
Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının
yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri
ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji
amillər əhəmiyyətlidir.
Dostları ilə paylaş: |