17
nin artması qaraciyərin alkoqol mənşəli xəstəliyinin növbəti
mərhələsinin inkişafını göstərir. Alkoqoldan sui-istifadə zamanı
karbohidrat defisitli transferrinin aktivliyi də arta bilər.
Alkoqol hepatiti üçün makrositoz anemiya, leykositlərin sola
meylliliyi xarakterikdir. Çox az hallarda alkoqol qəbulunun
dayandırılması ilə itən leykopeniya müşahidə olunur.
Qaraciyərin alkoqol zədələnməsinin xarakterik əlamətinə α-QT-
nin yüksəlməsi aiddir. 60-90% xəstələrdə bilirubin yüksəlməsi,
protrombin indeksinin yüksəlməsi, sirroz olmadıqda belə, 50-75%
xəstələrdə zərdabda albuminlərin azalması, α-qlobulinlərin mülayim
artması müşahidə olunur.
Sitoliz fermentlərinin aktivliyi hepatitin inkişaf səviyyəsini və
qaraciyərin funksional səviyyəsini göstərir.
Qaraciyərin sintetik funksiyasının pozulması zərdabda albuminin,
xolinesterazanın azalması, protrombin vaxtının uzanması
(protrombin indeksinin azalması) ilə təzahür edir.
Dostları ilə paylaş: