İnstrumental müayinə
Ultrases müayinəsində qaraciyərin alkoqol mənşəli steatozu
zamanı qaraciyərin böyüməsi, exogenliyinin artması müşahidə
olunur.
Qaraciyərin biopsiyası əksər hallarda qaraciyər asinusunun 2-ci
və 3-cü zonalarının hepatositlərində lokalizə olunan piy törəmələrini
aşkarlamağa imkan verir, daha ağır hallarda piy damlaları diffuz
yayılmış olur. Çox vaxt piy törəmələri böyük ölçüdə olur (böyük
damlalı piylənmə və ya makrovezikulyar steatoz). Kiçik damlalı
piylənmə (mikrovezikulyar steatoz) mitoxondrilərin zədələnməsi ilə
assosiasiya olunur və proqnozu pisdir.
Ultrasonoqrafiya metodu alkoqol hepatitini biliar obstruksiyadan
fərqləndirməyə imkan verir (sarılıq olan xəstələrdə KT və MRT
vasitəsi ilə qaraciyərin damar şəbəkəsi kollaterallarının inkişaf
səviyyəsini müəyyənləşdirmək olar).
Alkoqol mənşəli sirrozlarda ultrasonoqrafiya və başqa vizual
metodlar vasitəsi ilə (KT MRT) sirroz diaqnozunu təsdiqləmək,
qaraciyərin struktur dəyişikliyini və portal hipertenziyanın
səviyyəsini tam öyrənmək, subklinik assiti aşkara çıxarmaq,
qaraciyərin başqa növ zədələnmələrindən diferensiasiya etmək
mümkündür (B). Rəngli dupleks sonoqrafiya vasitəsi ilə qaraciyər
18
axarının istiqamətini, kollateral qan dövranının inkişaf səviyyəsini
müəyyənləşdirmək mümkündür. EQDS müayinəsinin əsas məqsədi
qida borusu və mədə venalarının varikoz genişlənməsini
müəyyənləşdirməkdən ibarətdir. Bu müayinə əks-göstərişlər
olmadıqda aparılır.
Dostları ilə paylaş: |