Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix02.01.2022
ölçüsü2,07 Mb.
#1820
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
Diferensial diaqnostika 

Alkoqol steatozunu qeyri-alkoqol steatozu, şəkərli diabet, 

piylənmə, hiperlipidemiya və s. fonunda yaranan steatohepatitdən 

fərqləndirmək lazımdır.  Əsas etioloji faktoru aydınlaşdırmaqla 

alkoqol mənşəli hepatiti fərqləndirmək olar. Lakin qarışıq 

etiologiyalı steatozun da olduğunu nəzərə almaq lazımdır. Alkoqol 

mənşəli hepatit müxtəlif formalı  və etiologiyalı xolestaz ilə dərman 

və virus mənşəli hepatitlərdən fərqləndirilməlidir. Bunun üçün 

anamnez toplanılmalı, xarakterik müayinə metodlarından istifadə 

edilməli və qaraciyərin alkoqol mənşəli xəstəliyi üçün xas olan 

seroloji markerlər (QQT, İgA, karbohidrat defisitli transferrin və s.) 

müəyyən olunmalıdır. Alkoqol mənşəli sirrozu müxtəlif etiologiyalı 

sirroz, fokal nodulyar hiperplaziya ilə diferensiasiya etmək lazımdır. 

Həmçinin hepatosellülar karsinoma və qaraciyərin ikincili xərçəngi 

istisna edilməlidir (α-fetoproteinin təyin edilməsi).  

Qaraciyərin ağır formalı alkoqol xəstəliyi zamanı narkoloqun, 

mərkəzi və periferik sinir sisteminin zədələnməsi zamanı 

nevroloqun, sirroz mərhələsində portal hipertenziya ilə  əlaqədar 

olaraq cərrahın, dekompensasiyalı sirroz zamanı isə  cərrah-

transplantoloqun məsləhəti vacibdir.  



Müalicə 

Müalicənin  əsas məqsədi həyati təhlükəni aradan qaldırmaq, 

qaraciyərin alkoqol mənşəli xəstəliyinin sirroza keçməsinin qarşısını 

almaq, sirroz diaqnozu qoyulduqda isə dekompensasiya mərhələsinə 

keçməsinin qarşısını almaqdan ibarətdir.  


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin