pentoksifillin ilə qlükokortikoidlərin kombinasiyası.
sonra daxilə 1000 mq/gün, 3-6 ay ərzində.
v/d 400-800 mq/gün, 2-3 dəfə. Sonra 800-1600 mq/gündə daxilə, 1-6
ay.
Xolestatik formada:
20
Qaraciyər ensefalopatiyası zamanı – ornitin-aspartat 20-40
q/gündə, şüurun pozulma dərəcəsindən asılı olaraq, ensefalopatiyanın
səviyyəsini azaltmaq məqsədilə daxilə 5 q, 2-3 dəfə. Ornitin-aspartat
qaraciyər ensefalopatiyasına təsir etməklə yanaşı, hepatoprotektor
kimi də təsiri vardır.
Prekoma və koma mərhələsində laktuloza: 20-30 q toz halında və
ya 30-50 ml sirop halında, gündə 3 dəfə, daha sonra stulu
normallaşdırmaq məqsədilə saxlayıcı doza təyin olunur. Həmçinin
laktulozanı imalə şəklində (300 ml sirop – 700 ml su ilə) də istifadə
etmək olar. Ödem və assit zamanı əvəzedici terapiya: venadaxili
infuziya, 10% və ya 20% albumin. Doza və qəbul müddəti klinik
göstəricidən asılı olaraq müəyyənləşdirilir, orta doza – 200 ml.
Sidikqovucular fərdi (seçilmiş) doza ilə diurez əldə etmək üçün
daxilə qəbul olunur.
Spironolakton 100-400 mq/gün
Furosemid 40-160 mq/gün daxilə və ya venadaxilinə
Dostları ilə paylaş: