Medikamentoz müalicə
Alkoqol steatozu:
essensial fosfolipid (Essensiale) 600 mq, gündə 3 dəfə, yemək
zamanı, 3-6 ay
ademetionin 400-800 mq, gündə 2 dəfə, 3-6 ay
ursodezoksixol turşusu 15 mq/kq x 3 dəfə, 3-6 ay
polivitaminlər
Alkoqol mənşəli hepatitlər:
Anoreksiya zamanı zond və ya parenteral yolla qidalandırmaq,
vitaminlərin, əsasən də fol turşusunun, B-qrup vitaminlərinin,
mikroelementlərin təyini vacibdir
(B).
Qlükokortikoidlər, qaraciyərin funksiyasının pozulması ilə gedən
ağır alkoqol mənşəli hepatitlərdə Maddrey indeksi > 32 olduqda
təyin olunur (Maddrey indeksi = 4,6 x (pasiyentin protrombin zamanı
– nəzarət protrombin zamanı) + zərdab bilirubini). Metilprednizolon
daxilə 32 mq/gün, 4-6 gün müddətində, dozanı tədricən azaltmaqla
təyin edilir (uzun müddətli təyinat məqsədəuyğun deyildir)
Dostları ilə paylaş: |