Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix07.01.2017
ölçüsü1,4 Mb.
#4985
1   2   3   4

Xronik miqren üç ay ərzində ayda 15 və daha çox dəfə baş 

verən miqren kimi təsnifatlanır. Xronik miqren zamanı daha çox 

gərginlik BA-ya səciyyəvi olan əlamətlər müşahidə oluna bilər. 

Miqrendən  əziyyət çəkən xəstələrin 50%-nə yanlış olaraq başqa 

BA diaqnozu qoyulur. Ən çox yol verilən səhv diaqnoz 

– epizodik 

gərginlik diaqnozudur. 

Əksər hallarda xəstələrdə tipik miqren əlamətləri müşahidə 

olunmur (40%-də bilateral (iki tərəfli) ağrı müşahidə olunur, 

xəstələrin 50%-i isə ağrını pulsasiya etməyən kimi təsvir edir, qusma 

halları isə 33%-dən az hallarda təsadüf olunur). 

Aurasız miqren ilə epizodik GBA diferensiasiyasının çətin 

olmasını  nəzərə alaraq, İCHD-II (Baş  Ağrılarının Beynəlxalq 2-ci 

Təsnifatı) kriteriyalarına  əsasən, miqren diaqnozunun dəqiq-

ləşdirilməsi üçün ən azı 5 xəstəlik tutmasının olması  tələb olunur. 

Auralı miqren diaqnozunun qoyulması üçün iki tutmanın olması tələb 

olunur. Birdən çox BA növü olan xəstələrdə IHS (Baş  Ağrılarının 

Beynəlxalq Assosiasiyası) diaqnozun ən ağır baş  ağrısı formasına 

əsaslanması ilə səviyyəli diaqnostika strategiyasını təklif edir. 

Miqreni digər baş  ağrıları formalarından ayırd etməyə imkan 

verən anamnestik məlumatların  xüsusiyyətləri (diaqnozun 

qoyulması üçün aşağıda verilən simptomların hamısının olması 

zəruri deyil): 

 



fəaliyyətin məhdudlaşmasına gətirən epizodik kəskin baş ağrıları 

 



ürəkbulanma 

 



baş ağrıları zamanı işığa qarşı həssaslıq 

 



ağrı tutmalarıarası işığa həssaslıq 

 



səs-küyə qarşı həssaslıq 

 



tipik aura (xəstələrin 15-33%-də) 

 



fiziki fəaliyyət zamanı kəskinləşmə 

 



ailə anamnezində miqrenin olması 

Funksional pozuntuların qiymətləndirilməsi ilə birgə, miqrenin 

diaqnostikasında ən həssas və spesifik olan əlamətlərə ürək bulanma 

və işığa qarşı həssaslıq aiddir. 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13

Ürəkbulanma və  işığa qarşı artmış  həssaslıq ilə müşahidə 



olunan,  əmək qabiliyyətinin məhdudlaşdırılmasına gətirən 

təkrarlanan kəskin baş  ağrıları ilə nevroloji müayinələrin 

nəticələri normal olan pasiyentlər miqren xəstəliyi olan xəstələr 

kimi qəbul olunmalıdırlar (С). 

Gərginlik baş ağrısı 

Gərginlik baş ağrısı (GBA) geniş yayılmış baş ağrısı formasıdır. 

Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA 

miqrenlə müqayisədə mülayimdir. Adi hallarda GBA zamanı BA 

aşağıdakı xüsusiyyətlərə malikdir: 

 



ikitərəfli lokalizasiya 

 



sıxıcı və ya təzyiqedici xarakter 

 



ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər  

 



ürəkbulanma və ya qusma yoxdur 

 



adi fiziki gərginlik zamanı artmır  

 



perikranial  əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış 

həssaslıqla müşahidə oluna bilər  



Epizodik  (EGBA) (müxtəlif davamiyyət və başvermə tezliyinə 

malik və ayda 15 gün ərzində baş verən) və  xronik (3 ay ərzində 

ayda 15 gündən çox müddət  ərzində baş verən) GBA formaları 

mövcuddur.  

EGBA nadir hallarda əmək qabiliyyətinin itirilməsinə  gətirir və 

xəstələr hər zaman həkimə müraciət etmirlər.  İlkin müayinə zamanı 

miqren, adətən, səhv olaraq GBA kimi təyin edilir. 

GBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə 

gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar 

aiddir: 


 

emosional (həyəcan, depressiya, ailədə  və  həyatda stress və 



münaqişə vəziyyətləri) 

 



əmək və asudə vaxt rejiminin pozulması (işdə  və ya təhsildə 

monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərli 

olmaması) 

 



cinsi problemlər 

 



yuxunun pozulması 

 



havanın dəyişməsi 

 



gicgah-çənə oynağının disfunksiyası 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14



 

ənsə-alın və  ənsəaltı  əzələlərin spastik yığılması,  əzələ 

gərginliyinə anadangəlmə meyililik 

 

Gərginlik baş  ağrısı diaqnozu nevroloji müayinələrin 



nəticələrinin normal olması ilə yanaşı  əmək qabiliyyətinin 

itirilməsinə  gətirməyən ikitərəfli baş  ağrısı olan xəstələrə 

qoyulmalıdır (С). 

Trigeminal vegetativ sefalgiyalar  

TVS nadir hallarda baş verir və üçlü sinir nahiyəsində güclü 

birtərəfli ağrı tutmaları ilə  səciyyələnir. Bu ağrılar ipsilateral kəllə 

vegetativ xüsusiyyətlərdən asılıdır. 

Klaster baş  ağrıları (KBA) TVS-nin ən geniş yayılmış   

formasıdır – əhali arasında yayılma dərəcəsi 1:1000 təşkil edir.  

Paroksizmal hemikraniya – ehtimal olunan yayılma dərəcəsi  

1:50 000 təşkil edir.  

Konyuktivanın qızarması və göz yaşının axması ilə qısa müddətli 

birtərəfli baş  ağrıları (KQNBA) və kranial vegetativ simptomlarla 

müşayiət olunan qısa müddətli birtərəfli nevralgik baş  ağrıları 

(KVBA) nadir hallarda baş verir. 



Klaster baş ağrısı 

KBA-nın xüsusiyyətlərinə orbital, supraorbital, gicgah 

nahiyələrində  və ya onların bir neçəsində  cəmləşən intensiv, yalnız 

birtərəfli baş  ağrıları aiddir. KBA-nın  ən səciyyəvi  əlamətlərinə 

aşağıdakılar aiddir:  

 



həddindən artıq dözülməz olması  

 



gündüz və gecə ərzində dəfələrlə təkrarlanması  

 



üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi   

 



xəstəliyin özünəməxsus formada getməsi   

 



ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi. 

Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət 

olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun 

tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, 

mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən 

başlayır və tamamlanır15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15

dəfədən gün ərzində  səkkiz dəfəyə  qədər təkrarlana bilər.  Xəstə 



tutmalar zamanı həyəcanlı olur. 

Bəzi xəstələrdə klaster tutmaları arasında  ənənəvi və miqrenoz 

xüsusiyyətli baş ağrıları davam edə bilər. BA sirkad ritmə tabe olaraq 

ilin eyni fəslində  və ilin eyni vaxtında inkişaf edir. Xəstələrin         

80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu 

zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən 

xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla 

müşahidə olunur, xəstələrin  10-20%-də isə daha nadir hallarda baş 

verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya 

müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.  



Paroksizmal hemikraniya 

Paroksizmal hemikraniyanın klaster baş  ağrısına bənzər 

xüsusiyyətləri var, lakin hücumlar daha qısa müddətli  olur              

(2-45 dəqiqə) və onlar daha tez-tez – gün ərzində 40 dəfəyə  qədər 

baş verir, adətən, qadınlarda daha çox müşahidə olunur. Xəstələrin 

əksəriyyəti xəstəliyin epizodik deyil, Xronik formasından  əziyyət 

çəkir. Hücumların  əksəriyyəti öz-özünə baş verir, lakin 10% halda 

mexaniki səbəblərdən (başın bükülməsi və ya fırlanması) baş verə 

bilər. Diaqnozun təsdiqlənməsi üçün istifadə edilən  İCHD-II (Baş 

Ağrılarının Beynəlxalq 2-ci Təsnifatı) meyarları indometasinlə tam 

müalicəvi cavab (indometasinin terapevtik dozada təyin edildiyi 

zaman hücumların qarşısı tam olaraq alınır) və ağrı tutmaları zamanı 

ipsilateral vegetativ simptomların olmasıdır. Yəni ağrı  tərəfində 

aşağıdakı simptomlardan birinin olması  nəzərdə tutulur: 

konyuktivanın qızarması  və/və ya göz yaşının axması; burunun 

tutulması  və/və ya rinoreya; göz qapaqlarının  şişkinliyi; alının və 

üzün tərləməsi; mioz və/və ya ptoz. 

Konyuktivanın qızarması və göz yaşının axması ilə  

qısamüddətli birtərəfli nevralgik baş ağrıları (KQNBA) və kranial 

vegetativ simptomlarla qısamüddətli nevralgik baş ağrıları (KVBA) 

KQNBA paroksizlmal hemikraniya və klaster baş  ağrıları ilə 

oxşar xüsusiyyətlərə malikdir. Hücumların müddəti qısadır             

(2-250 saniyə), lakin tezliyi daha çoxdur – saatda 30-dək. Onlar bir 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

zərbə, zərbələr qrupu və ya üst-üstə düşən hücumlar kimi («mişar 



dişləri») baş verir. Tutmalar toplusu 1-3 saat davam edə bilər. 

Konyuktivanın qızarması  və/və ya göz yaşının axması diaqnozun 

təsdiqi üçün tələb olunan simptomlardır. 

Hücumlar kortəbii və ya üçlü sinirin qıcıqlanması (məsələn, üzə 

toxunma) nəticəsində  və ya ekstra-trigeminal təsirdən (məsələn, 

idman hərəkətləri) baş verə bilər. Residivlər və remissiyaları öncədən 

müəyyən etmək mümkün deyil. Kranial vegetativ simptomlarla 

qısamüddətli nevralgik baş  ağrıları KQNBA əlamətlərinə malikdir, 

lakin digər beyin vegetativ xüsusiyyətləri ilə müşahidə olunur. 

TVS-ni miqrendən diferensiasiya edən xüsusiyyətlər cədvəl l-də 

verilmişdir . 

Cədvəl 1Trigeminal vegetativ sefalgiyaları miqrendən 

fərqləndirən xüsusiyyətlər 

 

Baş ağrısının növü 



Xüsusiyyətlər KQNBA PH 

KBA 

Miqren 

Müddət 

2-250 


saniyə 

2-45 


dəqiqə 

15 dəqiqə-3 

saat 

4-72 saat 



Başlanğıc 

Sürətli Sürətli Sürətli Tədricən 



Tezlik 

 

Gündə 1 


dəfədən 

saatda 


30 dəfəyə 

qədər 


Gündə 

1-40 


dəfə 

Günaşırı bir 

dəfədən gündə 

8 dəfəyə qədər 

İldə 1 dəfədən 

gündə 1 


dəfəyə qədər 

(orta hesabla 

ayda 1-2 dəfə) 

Tutma zamanı 

narahatlıq 

50% 50% 100% 



İpsilateral 

avtonom 

simptomlar 

Qabarıq Qabarıq Qabarıq Nadir 

hallarda 

təsadüf edilir 

Vegetativ klinik təzahürləri olan, bir tərəfdə lokallaşan, tez-tez, 

qısamüddətli baş  ağrılarının olması trigeminal vegetativ sefalgiya 

sayılmalıdır (D) 

Trigeminal avtonom sefalgiyalı  xəstənin ilk gəlişində onu 

müvafiq dar mütəxəssisə göndərmək lazımdır (D)

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

Digər birincili baş ağrıları 



Davamlı birtərəfli baş ağrıları (Hemicrania continua

Hemikraniya continua (HC) sırf birtərəfli davamlı baş ağrıları ilə 

səciyyələnir, onların intensivliyi artır və azalır, lakin tam itmir. Qısa 

deşici ağrılar davamlı baş ağrılarının üstünə gələ bilər və ipsilateral 

vegetativ əlamətlərlə müşayiət oluna bilər (konyuktivanın qızarması 

və/və ya göz yaşının axması, burunun tutulması  və/və ya rinoreya, 

ptoz və/və ya mioz

)

. Nadir hallarda baş verməsinə baxmayaraq, HC 



indometasinə mütləq müsbət effekt verdiyi üçün baş  ağrılarının 

diferensial diaqnostikasında indometasindən istifadə olunmalıdır. 

Baxmayaraq ki, indometasinlə müalicəyə mütləq müsbət cavab 

ikincili baş ağrısını istisna etmir. 

Sırf bir tərəfli xronik baş  ağrıları  hemikraniya continua kimi 

qəbul olunmalıdır (D)



Hemikraniya continua diaqnozuna şübhəli bilinən yeni xəstələri 

mütəxəssis müayinəsinə göndərmək lazımdır (D)



Yeni gündəlik davamlı baş ağrısı 

Gündəlik və başlanğıcından davamlı xarakterdə olan baş ağrıları 

yeni gündəlik davamlı baş  ağrıları kimi təsnifatlanır. Üç ay ərzində 

ikincili baş ağrılarını nəzərdə saxlamaq vacibdir, bu müddətdən sonra 

diaqnoz qoyula bilər. Yeni gündəlik davamlı BA-nın istənilən 

fenotipi ola bilər. Bu müddət ərzində ikincili baş ağrılarının səbəbləri 

kimi subaraxnoidal qansızmaları (SАQ), meningit, yüksək 

beyindaxili təzyiq, onurğa beyni mayesi (likvorun) təzyiqinin aşağı 

olması, giqant hüceyrəli arteriit və posttravmatik BA-nı  nəzərdən 

keçirtmək lazımdır. 

Yeni gündəlik davamlı BA olan xəstələri mütəxəssis müayinəsinə 

göndərmək lazımdır. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

İkincili baş ağrıları 



İkincili baş  ağrısı – əsas xəstəliyin olması  nəticəsində  əmələ 

gələn baş  ağrısıdır, ilk dəfə baş  ağrıları  və ya əvvəllər rast gəlinən 

BA-dan fərqli olan baş  ağrıları simptomları olan xəstələrdə onu 

ehtimal etmək lazımdır. Potensial ikincili baş  ağrılarının  əlavə 

müayinələr tələb edən xəbərverici əlamətləri (“təhlükə əlamətləri”) 

mövcuddur. 



Təhlükə əlamətləri:  

 



İlk dəfə baş verən və ya 50 yaşdan sonra əlamətləri dəyişmiş baş 

ağrısı 


 

İldırım sürətli baş ağrısı: qısa müddətdə (bir neçə saniyədən 5 



dəqiqəyədək) intensivlik zirvəyə çatır  

 



Fokal nevroloji əlamətlər (məs: ətraflarda zəiflik, 5 dəqiqədən az 

və ya 1 saatdan artıq çəkən aura) 

 

Qeyri-fokal nevroloji əlamətlər (məs: koqnitiv funksiyaların 



pozulması əlamətləri) 

 



Baş ağrısının tezliyinin, əlamətlərinin və ya yanaşı simptomların 

dəyişməsi 

 

Nevroloji müayinədə patoloji simptomların aşkarlanması 



 

Bədən vəziyyətinin dəyişməsi ilə bağlı  ağrının xarakterinin 



dəyişməsi  

 



Yuxudan ayılmağa məcbur edən baş ağrısı (diqqət: miqren səhər 

baş ağrılarının ən çox rast gəlinən səbəbidir!) 

 

BA-nın fiziki aktivlik və ya Valsalva sınağı (məs: öskürək, 



gülmə, gücənmə) zamanı güclənməsi 

 



Beyinin venoz ciblərinin trombozuna aid risk faktorlarının olması 

 



Çeynəmə vaxtı çənədə fasiləli ağrı və ya görmə pozğunluğu 

 



Ənsə əzələlərinin rigidliyi 

 



Qızdırma 

 



İİV yoluxmuşlarda ilk dəfə meydana çıxan BA 

 



Onkoloji xəstələrdə ilk dəfə meydana çıxan BA 

Baş  ağrıları  və yuxarıda qeyd edilmiş simptomları olan ikincili 

baş  ağrısı diaqnozu ehtimal edilən  şəxsləri müayinələrinin davam 

etdirilməsi üçün mütəxəssisə göndərmək lazımdır (D)

Davamlı baş  ağrısı olan xəstələrdə, klaster ağrısı zamanı  əmələ 

gələn və sonralar qalan ptoz istisna olmaqla, nevroloji müayinələr 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

normal olur. Ocaqlı  və qeyri-ocaqlı nevroloji və/və ya patoloji 



simptomların olması patologiya ehtimalını  əhəmiyyətli dərəcədə 

artırır. 

Göz dibinin müayinəsini və arterial təzyiqin ölçülməsini  əhatə 

edən müvafiq klinik və nevroloji müayinə xəstənin ilk gəlişi zamanı 

çox əhəmiyyətlidir (D). 

İldırım sürətli baş ağrısı 

İldırım sürətli BA birincili və ya ikincili ola bilər. İldırım sürətli 

baş  ağrısı – yüksək intensivliyi olan, sürətlə inkişaf edən və              

1 dəqiqədən az müddətə maksimal intensivliyə çatan baş  ağrısıdır. 

Əksər xəstələrdə baş ağrısı ani olaraq zirvəyə çatır. 19% halda SAQ 

olan xəstələrdə ağrı tədricən (5 dəqiqəyə qədər) maksimal səviyyəyə 

çatır. 

Gözlənilmədən bərk baş ağrıları cinsi aktivlik və ya məşq zamanı 



baş verə bilər. Digər səbəblər beyindaxili qansızma, beyinin venoz 

sinuslarının trombozu, arteriyanın laylanması  və hipofizar 

apopleksiya ola bilər. 

İldırım sürətli  birincili və ikincili baş  ağrılarının etibarlı 

fərqləndirici əlamətləri yoxdur və SAQ zamanı qəfləti baş ağrısının 

meydana çıxması daha mülayim xarakterdə ola bilər.  

İldırım sürətli BA içərisində ikincili BA əhəmiyyətli azlıq təşkil 

edir. Birinci dəfə  təyin edilmiş  ildırım sürətli güclü BA ilə  xəstə 

dərhal ikincili səbəbi, xüsusilə SAQ-ni, istisna etmək üçün 

mütəxəssisin yanına göndərilməlidir.  

İldırım sürətli BA-nın baş verməsindən sonrakı 2 həftə  ərzində 

KT və onurğa beyini mayesinin lümbal punksiyası vasitəsi ilə 

aparılan müayinə mənfi olduqda SAQ diaqnozu istisna edilə bilər. 

İlk dəfə  ildırım sürətli baş  ağrısı hadisəsi olan xəstə 

təxirəsalınmadan (həmin gün) müayinə edilməsi üçün xəstəxanaya 

göndərilməlidir (D)

İldırım sürətli baş  ağrısı olan xəstədə mümkün qədər tez (ilk 

hadisədən sonra 12 saat ərzində) beyinin kompüter tomoqrafiyası 

aparılmalıdır (D)

İldırım sürətli  baş  ağrısı olan xəstədə normal KT müayinəsi 

nəticələri olduqda lümbal punksiya aparılmalıdır (C). 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

Lümbal punksiya təyin edilmiş  xəstələrdə, onurğa beyini 



mayesinin müayinəsi keçirilərkən oksihemoqlobin və bilirubin 

yoxlanılmalıdır (D)

Normal kompüter tomoqrafiyası  və subaraxnoidal qanaxma 

şübhəsi olan xəstələrdə lümbal punksiya mümkün qədər tez ilk 

simptomların əmələ gəlməsindən 12 saat sonra aparılmalıdır.  

Həkimə gec müraciət edildiyi zaman lümbal punksiya ilk 

simptomların əmələ gəlməsindən sonra iki həftə ərzində aparıla bilər. 

Dərman vasitələrinin artıq miqdarda istifadə edilməsi 

nəticəsində yaranan baş ağrıları (abuzus baş ağrıları) 

Dərmanların həddindən artıq istifadəsi nəticəsində  əmələ  gələn 

baş  ağrısı ayın 15 və daha çox günü ərzində olan və  dərmanların 

müntəzəm qəbulu zamanı başlayan və ya ağırlaşan ağrı kimi 

müəyyən olunur. 

Dərmanların həddindən artıq istifadəsinə görə baş  ağrıları 

miqren, GBA, hemikraniya continua, yeni gündəlik davamlı BA, 

KBA və KQNBA zamanı müşahidə olunur. KBA və KQNBA olan 

xəstələrin şəxsi və ya ailə anamnezində, adətən, miqren olur. 

ICHD-II meyarlarına  əsasən təklif edilir ki, dərmanların 

həddindən artıq istifadəsinə görə BA hesab olunması üçün: triptan, 

erqot, opioid və kombinə edilmiş analgetiklər qrupuna aid dərmanlar 

üçün onların ayda 10 gün ərzində, sadə analgetiklər üçün isə  ayda    

15 gün ərzində qəbul edilməsi tələb olunur. 

Tez-tez baş  ağrıları olan xəstələrdə xronik baş  ağrısının olması 

riski artır. Baş  ağrıları  nə  qədər tez-tez baş versə, risk bir o qədər 

yüksəkdir. 

Artıq miqdarda dərman qəbulunun dayandırılması baş ağrılarının 

tutma tezliyinin və ağrıların kəskinliyinin azalması ilə nəticələnir. 

Dərmanların həddindən artıq qəbulu ilə bağlı baş  ağrısı xronik 

baş  ağrıları (baş  ağrıları  ≥15 gün/ay, 3 ay ərzində) olan bütün 

xəstələrdə istisna edilməlidir (D) 

Həkim nəzərə almalıdır ki, baş  ağrılarının təxirəsalınmaz və ya 

simptomatik müalicəsi üçün dərmanlardan istifadə edən  şəxslərdə 

dərmanların həddindən artıq qəbulu ilə bağlı baş  ağrılarının  əmələ 

gəlməsi riski mövcuddur. Ən yüksək risk qrupuna miqrenli, tez-tez 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21

baş  ağrıları olan şəxslər və opioid tərkibli preparatlardan və ya 



triptanlardan artıq dərəcədə istifadə edən pasiyentlər daxildir (D)


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin