Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli


Dərmanların həddindən artıq istifadəsi ilə bağlı baş



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix07.01.2017
ölçüsü1,4 Mb.
#4985
1   2   3   4

Dərmanların həddindən artıq istifadəsi ilə bağlı baş 

ağrılarının diaqnostikası zamanı insanda psixiatrik pozğunluğun 

və ya dərmandan asılılığın olduğu istisna edilməlidir (C).  

Dərmanların həddindən artıq istifadəsi ilə bağlı baş ağrıları və 

psixi pozğunluqları  və ya dərman asılılığı olan şəxslərdə  hər 

xəstəlik ayrıca müalicə olunmalıdır. Eyni zamanda onların psixiatr 

və ya psixoterapevtə göndərilməsi nəzərdən keçirilməlidir (C)

Servikogen baş ağrısı 

Xronik baş  ağrılarının 14-18%-i servikogen mənşəlidir, yəni 

onurğa sütununun boyun hissəsində skelet-əzələ disfunksiyası 

nəticəsində əmələ gəlir. 

SBA, adətən, başın bir yarısını əhatə edən, boyundan və ya ənsə 

nahiyəsindən başlayan və gücünə görə maksimal ağrının cəmləşdiyi 

başın alın və gicgah hissələrinə yayılan orta və ya mülayim 

intensivlikli ağrı tutmaları ilə səciyyələnir. 

Ağrı boyunun spesifik hərəkəti və ya uzunmüddətli fiksə edilmiş 

vəziyyəti ilə bağlı güclənə bilər.  

Manual müayinə oynaq hərəkətliliyini,  əzələlərin dartılma 

qabiliyyətini və bükülmə  və dartılma formasında hərəkət 

diapazonunu müəyyən edir və diaqnozun qoyulmasında yardım edə 

bilər.  Əgər vizual olaraq və/və ya laborator üsullarla onurğa 

sütununun boyun nahiyəsində  zədələnmələrin olduğu təsdiqlənirsə, 

baş ağrısı servikogen mənşəli ola bilər. 



Baş  ağrıları  şikayətləri olan bütün xəstələrdə  aşağıdakıların 

nəzərə alınması ilə boyun nahiyəsinin müayinəsini aparmaq 

lazımdır:  

 



boyunun vəziyyəti  

 



hərəkət həcmi 

 



əzələlərin tonusu 

 



əzələlərin ağrılı olması (D

Yüksək beyindaxili təzyiq 

Beyindaxili təzyiqin artması ilə bağlı BA, adətən, uzanıqlı 

vəziyyətdə artır və  xəstəni yuxudan oyada bilər. Ağrı Valsalva 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

22

sınaqları (öskürmə, gülmə, gərginlik) və fiziki gərginlik zamanı 



güclənir. Valsalva sınaqları və bədən vəziyyətinin dəyişməsi zamanı 

gözlərdə qaralma və görmənin keçici pozulması likvor təzyiqinin 

artması ehtimalını göstərir. Bu simptomlardan hər hansı biri 

müşahidə olunarsa, əlavə müayinə üçün mütəxəssisə müraciət etmək 

lazımdır.  

Böyük ölçüdə olmayan, xüsusilə alın payları kimi nevroloji 

olaraq “lal” nahiyələrdə yerləşən beyindaxili şişlər nadir hallarda baş 

ağrılarına səbəb olur. Hipofiz və arxa kəllə çuxuru şişləri istisna 

təşkil edir. 

Şişə olan qansızma qəfil güclü baş  ağrısı verə bilər, lakin belə 

xəstələrdə, qıcolmaların və ya ümumi (məsələn, koqnitiv dəyişiklər) 

və ya ocaqlı (məsələn, hemianopsiya, hemiparez) nevroloji 

simptomatikanın olması daha səciyyəvidir. Anamnezdə onkoloji 

xəstəlik likvor təzyiqinin yüksək olması ehtimalını artırır. 

İdiopatik beyindaxili hipertenziyanın  əhali arasında rastgəlinmə 

tezliyi hər 100 000 nəfərdən 1-3-də, 15-45 yaşlarında qadınlar 

arasında isə  hər 100 000 nəfərdən 21-də müşahidə edilir. İdiopatik 

beyindaxili hipertenziya özünü beyindaxili təzyiqin artmasını 

müşayiət edən  əlamət və simptomlarla göstərir. Xəstəlik zamanı 

neyrovizualizasiya müayinələri (o cümlədən KT və venoz sinusların 

trombozunun istisna edilməsi üçün maqnit-rezonans venoqrafiya) 

patologiyanın olmasını və onurğa beyini mayesi təzyiqinin artmasını 

aşkarlamır. 

Baş ağrısı ilkin olaraq epizodik olur, sonra bir neçə həftə ərzində 

yüksək beyindaxili təzyiqə xas əlamətlərlə gündəlik baş  ağrısına 

qədər inkişaf edir. 

Müşahidə edilən digər  əlamət və simptomlara daxildir: keçici 

görmə pozulması, qulaqlarda pulsasiya edən küylər, uzaqlaşdırıcı 

sinirin parezi, kor ləkələrin böyüməsi və papilloedema (görmə siniri 

disklərinin durğunluğu).  

Ən çox fertil yaşda və piylənməsi olan qadınlarda baş verir. 

Əksər hallarda etiologiya aydın deyil, lakin aşağıdakı ikincili 

səbəbləri nəzərdə saxlamaq lazımdır: venoz sinusun trombozu, 

müxtəlif dərmanlar (məsələn: tetrasiklinlər və retinoidlər), onurğa 

beyini mayesinin iltihabı dəyişiklikləri, infeksiyalar və ya törəmələr. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

23

Baş  ağrısı olan xəstədə titrətmə, boyunun rigidliyi, ocaqlı 



əlamətlər və ya qıcolmalar kimi əlamətlərin hamısı və ya bir neçəsi 

varsa, mərkəzi sinir sisteminin infeksiyası ehtimalını  nəzərdən 

keçirmək lazımdır. İnfeksiya ümumi (meningit və ya ensefalit) və ya 

lokal (beyin absesi) ola bilər. Anamnezdə  QİÇS olduğu halda 

şübhələr artır. 

Beyindaxili təzyiqin artmasına dəlalət edən əlamətlərlə baş ağrısı 

olan xəstələri təxirə salmadan mütəxəssisə göndərmək lazımdır (D)

MSS infeksiyası  əlamətləri ilə olan BA-lı  xəstələri təcili olaraq 

(həmin gün) mütəxəssisə göndərmək lazımdır (D)

Beyindaxili hipotenziya (spontan və ya yatrogen) 

Beyindaxili təzyiqin aşağı düşməsi ilə bağlı baş ağrıları bədənin 

vəziyyətinin dəyişməsi ilə  əlaqəli olur. Baş  ağrısı  şaquli vəziyyət 

aldıqdan bir qədər sonra əmələ  gəlir və ya güclənir və  xəstə 

uzandıqdan sonra tezliklə azalır. Xronikləşmə zamanı o, bu 

xüsusiyyətini itirir. Beyindaxili hipotenziya zamanı baş  ağrısının 

səbəbi onurğa beyini mayesinin azalmasıdır. Ən çox yayılmış səbəb 

– diaqnostik lümbal punksiyadır, yaxud çox vaxt aşkar olunmayan 

likvorun dural axması. 

Şaquli vəziyyətə gələrkən inkişaf edən və ya pisləşən baş ağrıları 

olan xəstələrdə beyindaxili hipotenziyalar istisna edilməlidir (D)

Giqant hüceyrəli arteriit 

Giqant hüceyrəli arteriit (GHA) baş  ağrısı yaşı 50-dən çox olan 

xəstələrdə  nəzərdən keçirilməlidir.  Ağrı gicgah nahiyəsində 

məhdudlaşmamaqla, daha çox diffuz xarakter daşıyır, daimidir və 

intensiv ola bilər.  Səciyyəvi, lakin həmişə rast gəlinməyən     

simptom – fasiləli çeynəmədir, yəni qida qəbulu zamanı ağrılara görə 

xəstə çeynəməni bir neçə saniyəlik dayandırmalı olur. GHA-nın 

olmasını proqnozlaşdıran növbəti etibarlı  əlamət – görmənin 

pozulmasıdır. Qabaran, təsbehvari, genişlənmiş gicgah arteriyaları 

diaqnoz baxımından GHA-nın  ən  əhəmiyyətli fiziki əlamətidir.    

EÇS-nin normal olması diaqnozun ehtimalını azaldır, lakin istisna 

etmir. 


GHA diaqnozuna şübhə yaradan əlamətləri olan xəstələri 

dərhal müayinə üçün mütəxəssisə göndərmək lazımdır.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

24

Yaşı 50-dən çox olan bütün xəstələrdə, xüsusilə yeni yaranmış və 



ya yeni növlü baş ağrısı olanlarda GHA nəzərdən keçirilməlidir (D)

GHA  şübhə olunan xəstələrdə EÇS və ya C-reaktiv zülalın 

müayinələrini aparmaq lazımdır, lakin maksimal həssaslığın və 

spesifikliyin əldə edilməsi üçün hər ikisinin aparılması tövsiyə edilir 



(D)

Qapalı bucaqlı qlaukoma 

QBQ orta yaşa qədər nadir hallarda baş verir. Risk amillərinə irsi 

faktor, qadın cinsi və hipermetropiya (uzaqgörmə) aiddir. Xəstəlik 

müxtəlif formalarda təzahür edir. Xəstədə  bəbəyin orta dərəcədə 

genişlənməsi, gözdaxili təzyiqin kəskin artmasına dəlalət edən 

görmənin pozulması,  gözlərin qızarması ola bilər. Qapalı bucaqlı 

qlaukoma sadalananlara alternativ olaraq qeyri-spesifik baş  ağrısı, 

göz ağrısı, işıq mənbəyi ətrafında halə və auralı miqren baş ağrısını 

imitasiya edən ağrılarla özünü birüzə verə bilər. Kəskin QBQ-dən 

öncə keçici QBQ baş verə bilər və gözlərdə hiperemiya olmaya da 

bilər.  

Baş  ağrıları gözlərin qızarması, işıq haləsi görüntü və görmənin 

birtərəfli pozulması  əlamətləri ilə müşayiət olunan xəstələrdə QBQ 

diaqnozunu nəzərdən keçirmək lazımdır (D) 

Kəskin qlaukoma tutması təxirəsalınmaz oftalmoloji vəziyyətdir. 

Karbon oksidi (dəm qazı) ilə zəhərlənmə 

Dəm qazı ilə  zəhərlənmə simptomlarına baş  ağrıları, 

ürəkbulanma, qusma, baş gicəllənmə,  əzələlərdə  zəiflik və tutqun 

görmə daxildir. 



Başın və/və ya boyunun travması ilə bağlı baş ağrıları 

Baş  ağrılarının  ən tez-tez baş verən səbəblərindən biri başın və 

boynun travmalarıdır. Travmaların  ən ciddi nəticəsi kəllə-beyin 

travmasıdır (KBT). KBT-nin təzahürləri sırasında baş ağrıları önəmli 

yer tutur. Baş  ağrılarının müxtəlif formaları  və  dərəcələri baş beyin 

zədələnmələrinin bütün dövrləri zamanı  ən çox təsadüf edilən 

simptomlarıdır. 

Baş ağrılarının beynəlxalq təsnifatında posttravmatik baş ağrıları 

(PTBA) kəskin və xronik formaya bölünür. Beynəlxalq Təsnifatın 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

25

meyarlarına görə  kəskin BA-lar KBT-dən sonra ilk 14 gün ərzində 



əmələ gəlir və travmadan sonra ən çox 8 həftə sürür, xronik PTBA-

lar da travmadan sonra 14 gün ərzində əmələ gəlir, lakin travmadan 

sonra 8 həftədən çox sürür. 

Kəskin posttravmatik baş ağrıları 

Başın travması ilə  əlaqəli kəskin BA-lar simptomatik xarakter 

daşıyır. Belə BA-nın səbəblərinin müəyyən edilməsi istənilən ixtisas 

həkiminin başlıca vəzifəsidir. KBT-dən sonra ilk 2 həftə  ərzində 

əmələ  gələn BA baş beyinin ciddi patologiyasının  əmələ  gəlməsinə 

işarə ola bilər.  İlk növbədə beyindaxili hematomaları, travmatik 

subaraxnoidal qansızmaları  və baş beyinin zədələnməsini istisna 

etmək lazımdır. 

Beləliklə, həkimə sinir sisteminin üzvi patologiyasının olduğunu 

şübhə etməyə  əsas verən  ən vacib narahatedici amillər üç qrupa 

bölünür: 

 



BA-nın vaxt xüsusiyyəti (travma ilə vaxt bağlılığı, başlanğıc 

dövrün xarakteri: qəfil baş verməsi və ya ləng inkişafı, ağrının 

davamiyyət müddəti, xəstəliyin gedişinin vaxt dinamikası); 

 



təhrik edən amillər (başın vəziyyətinin dəyişməsi, yuxu, öskürmə, 

başın perkussiyası və s.);  

 

yanaşı simptomlar (qusma, huşun pozulması, epileptik tutma



ocaqlı nevroloji simptomların əmələ gəlməsi, hərarət, meningeal 

sindrom). 



Şübhə olunan patologiyanın neyrovizualizasiya müayinələri 

vasitəsilə təsdiqi mütləq tələb olunan şərtdir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

26

Xronik posttravmatik baş ağrıları 

Simptomatik kəskin PTBA-lardan fərqli olaraq xronik hal 

müstəqil xarakter alır, travmanın ağırlığından və nevroloji statusun 

qüsurlarından asılı olmur. Ən tez-tez rast gəlinən xronik PTBA beyin 

strukturunda aydın dəyişikliklərə gətirməyən və morfoloji qüsurların 

geriyədönən olduğu BBT-dən sonra əmələ  gəlir. Xronik PTBA-lar 

travmadan sonra aylar və illər çəkə  və  hətta uzaq gələcəkdə belə, 

inkişaf edə bilər.  

Ağrı müxtəlif xarakterdə ola bilər. Adətən, o, küt, basıcı, deşici, 

döyəcləyici, nadir hallarda pulsasiya edən olur. Bir qayda olaraq ağrı 

diffuz, yayılmış olur, miqrasiya edə bilər və olduqca nadir hallarda 

sırf lokallaşmış olur (hemikraniya). Tutmalar saatlarla, hərdən 

günlərlə davam edir. Sefalgiya sindromu meteohəssasdır, fiziki, 

emosional gərginlik zamanı güclənir. Xronik PTBA-nın aşağıdakı 

formaları mövcuddur: gərginlik baş  ağrıları  (ən geniş yayılmış), 

miqrenəbənzər ağrılar, klaster baş ağrıları (nadir variantdır, kavernoz 

sinus nahiyəsində  zədələnmənin istisna edilməsini tələb edir), 

nevralgiya ağrıları, servikogen ağrılar. 

PTBA-nın xronikləşməsində psixososial amillər və 

analgetiklərdən sui-istifadə əsas rol oynayır. 

Qadınlarda baş ağrıları 

Qadınlarda baş  ağrıları, ginekoloji statusdan (hamiləlik, aybaşı, 

menopauza, oral kontraseptivlərin qəbulu) asılı olaraq, spesifik 

təzahürlərə malik ola bilər. 



Hamiləlik.  Hamiləlik zamanı müalicənin təyin edilməsindən 

mümkün qədər çəkinmək lazımdır, xüsusilə birinci 3 ayda. 



Menstrual miqren. Qadınların 50%-dən çoxunda aybaşı zamanı 

miqrenin baş verməsi tezliyi və ağırlığı artır. Bu, aybaşının son lütein 

fazasında estrogenin ifraz olunması ilə  əlaqəlidir. 10%-dən az 

qadınlarda miqren “sırf” aybaşı ilə bağlıdır və başqa vaxtlar 

müşahidə olunmur. 

Aybaşı ilə bağlı olmayan miqrendən fərqli olaraq menstrual 

miqrenin tutmaları daha ağır, daha uzun, daha böyük dezadaptasiya 

və standart terapiyaya davamlılıqla xarakterizə olunur. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

27

Baş  ağrıları  və oral kontraseptivlər. Miqrendən  əziyyət çəkən 

qadınlar tərəfindən oral kontraseptivlərdən istifadə edilməsi diqqət 

tələb edən xüsusiyyətlərə malikdir. 

Auralı miqrendən  əziyyət çəkən və kombinə edilmiş oral 

kontraseptivlərdən istifadə edən qadınlarda insult olmasının nisbi 

riski artır. Aurasız miqreni və yaşı 35-dən çox olan qadınlar kombinə 

edilmiş oral kontraseptivlərin istifadə edilməsi ilə  işemik insultun 

yüksək riski ilə qarşılaşır. Miqreni olan və oral kontraseptivlərin 

təyin edilməsini tələb edən qadınlarla insult təhlükəsinin müzakirə 

olunması  əhəmiyyətlidir. 24-44 yaşlarında qadınlar arasında insult 

riski çox aşağıdır. 



Auralı miqreni olan qadınlar kombinə edilmiş oral 

kontraseptivlərdən istifadə etməməlidirlər (В)

Aurasız miqrendən  əziyyət çəkən və yaşı 35-dən çox olan 

qadınlar kombinə edilmiş oral kontraseptivlərdən istifadə 

etməməlidirlər (D)



Menopauza. Miqren tutmalarının ikinci zirvəsi qadınlarda       

40-50 yaşlar arasında, bədəndə hormonal tarazlıq pozulanda və 

progesteronun səviyyəsinin kəskin şəkildə azalması hesabına “nisbi” 

hiperestrogeniyanın yaranması  və sikldən-siklə hormonların 

səviyyəsinin tərəddüd etdiyi zaman baş verir. Menopauzanın 

başlanması  və reproduktiv sistemdə dövrü proseslərin başa çatması 

miqrenin gedişatına müsbət təsir göstərir. Lakin bəzi qadınlarda 

vəziyyət pisləşə  də bilər, adətən, klimakterik sindrom və ya digər 

psixovegetativ pozğunluqlar baş verdiyi zaman. Cərrahi menopauza 

(yumurtalıqların alınması), xüsusilə  gənc yaşlarda, miqrenin klinik 

təzahürlərinə mənfi təsir edir: xəstəlik daha ağır gedişat alır. 

Miqrendən  əziyyət çəkən qadınlara menopauza və ya ondan 

öncəki dövrdə hormonəvəzedici terapiya təyin edilməlidir (D)

Hormonəvəzedici terapiya fonunda xəstədə miqren 

simptomlarının pisləşdiyi zaman həmin terapiyanı  xəstənin 

vəziyyətinin pisləşməsinin səbəbi kimi nəzərdən keçirmək     

lazımdır (D)

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

28

DİAQNOSTİKA 



(bax Əlavə 2

BA-nın diaqnostikası əsaslanır: 

 



anamnezin toplanılmasına 

 



ümumi klinik və nevroloji müayinələrə 

 



tələb olunduğu halda — mütəxəssislərin baxışlarına (nevroloq, 

otolarinqoloq və oftalmoloq) 

 

laborator və instrumental müayinə metodlarına 



Müayinənin vacib mərhələləri: 

1. Ətraflı anamnez  

Son üç ayda işdə, məktəbdə, ev işləri zamanı  və ya istirahət 

müddətində yaranan funksional pozğunluqlar haqqında dəqiq 

məlumat. 

Baş 

ağrısı xüsusiyyətlərinin dəyərləndirilməsi üçün 



aşağıdakıların

 

müəyyən edilməsi tələb olunur: 



Zamana görə xüsusiyyətlər: 

 



Tutmanın başlanmasından zirvəyə çatanadək olan müddət 

 



Adətən, nə vaxt tutur (mövsüm, ay, menstrual sikl, həftə, günün 

saatı) 


 

Tezliyi və davam etmə müddəti 



 

Həyatının son altı ayı ərzində sabitlik və ya dəyişikliklər 



Vegetativ sinir sisteminin disfunksiyasına aid olan əlamətlər: 

 



Burunun tutulması 

 



Rinoreya 

 



Göz yaşının axması 

 



Göz qapağının ptozu və ya ödemi 

Xarakterik xüsusiyyətlər: 

 



pulsasiyaedici (nəbzvari), sıxıcı, kəskin və s. 

Yerləşməsi: 

 



birtərəfli  

 



ikitərəfli 

 



tərəfini dəyişən 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

29

Ağırlığı: 

 

Baş ağrısını kəskinləşdirən və ya yüngülləşdirən amillər və 



xarakterik cəhətlər 

 



Baş ağrısını aradan götürən/yüngülləşdirən amillər 

 



Səhhətlə bağlı digər problemlər 

 



Effektiv və ya effekti olmayan müalicə tədbirləri (farmakoloji və 

qeyri-farmakoloji) 

 

Aura (miqren xəstələrinin təqribən 15%-də mövcuddur) 



2. Dəqiqləşdirilmiş fiziki müayinə 

 



Həyati göstəricilər (arterial təzyiq, nəbz, tənəffüsün sayı və hərarət) 

 



Yuxu arteriyaları, burunətrafı ciblər, kəllənin dəri örtüyü 

arteriyaları, servikal, paraspinal əzələlər kimi ekstrakranial 

strukturlar. 

 



Meningeal qışaların qıcıqlanmasını/həssaslığını yoxlamaq üçün 

boyunun lateral rotasiya vəziyyətində fleksiya hərəkətlərinin 

qiymətləndirilməsi (boyunda fleksiyanın cüzi məhdudlaşması 

belə pozğunluğa dəlalət edir). 



3. Dəqiqləşdirilmiş nevroloji müayinə 

Dəqiqləşdirilmiş nevroloji müayinə baş  ağrısı ilə müraciət edən 

xəstədə  xəstəlik və ya ikincili səbəbdən yaranan hər hansı bir 

anormal əlamətin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. 

Bu müayinə zamanı 

ən azı 


aşağıdakı amillər 

qiymətləndirilməlidir: 

 

Xəstənin huşunun aydınlığı/pozulması, yaddaşın pozulması  və 



onun dərəcəsi 

 



Oftalmoloji müayinə: göz bəbəklərinin simmetriyası  və 

reaktivliyi, göz dibi, görmə sahəsi və göz almasının hərəkətliliyi 

 

Kəllə sinirlərinin müayinəsi korneal reflekslərin, üzdə hissiyyatın 



və üzün simmetriyasının qiymətləndirilməsini daxil etməlidir 

 



Əzələ tonusu və gücünün simmetriyası (özünü əl və ayağın 

normal pozasının cüzi dəyişməsi ilə göstərə bilər) 

 

Hissiyyat  



 

Plantar (pəncə) cavab  



 

Yeriş, əllərin və ayaqların hərəkətlərinin koordinasiyası 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

30

Anamnez vasitəsi ilə baş ağrısı növünün diferensiasiyası zamanı 



soruşulan sualların siyahısı: bax Əlavə 1. 

İkincili baş  ağrılarına təhlükə  əlamətləri olmayan və normal 

nevroloji müayinə zamanı anamnezində aydın miqren olan xəstələrdə 

neyrovizuallaşdırma tələb olunmur (D)

Qeyd etmək lazımdır ki, MRT-nin və KT-nin aparılması zamanı 

əsas xəstəliklə  əlaqəli olmayan və tanışlıq zamanı  xəstədə 

narahatçılıq hissini yaradan və müalicə  həkimlərini yanlış 

istiqamətləndirən müxtəlif vizual normadan kənarlaşmaların 

müəyyən edilməsi mümkündür.  


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin