Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alay (briqada) komandirinin arxa xidmət üzrə müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   13   14   15   16   17   18   19   20   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alay (briqada) komandirinin arxa xidmət üzrə müavini 
 
76.  Alay  (briqada)  komandirinin  arxa  xidmət  üzrə  müavini  sülh  və  müharibə 
dövründə:  tabeliyində  olan  xidmətlər  üzrə  alay  (briqada)  bölmələrinin  maddi 
təminatına;  maddi  vasitələrin  bütün  növlərinin  və  suyun  daşınıb  gətirilməsinə;  alay 
(briqada)  şəxsi  heyətinin  ticarət-məişət  təminatına;  kazarma-yaşayış  fondunun 
qorunub  saxlanmasına  və  yanğın  əleyhinə  mühafizəsinə,  bilavasitə  tabeliyində  olan 
bölmələrin və xidmətlərin şəxsi heyətinin döyüşə və səfərbərliyə hazırlığına, döyüş və 
ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə,  hərbi  intizamına  və  mənəvi  vəziyyətinə 
cavabdehdir.  O,  alay  (briqada)  komandirinə  tabedir,  alayın  (briqadanın)  bütün  şəxsi 
heyətinin birbaşa rəisidir. 
77. Alay (briqada) komandirinin arxa xidmət üzrə müavininin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında iştirak etmək, öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil etmək;  


tabeliyində  olan  bölmələrin  və  xidmətlərin  döyüş  və  ictimai-siyasi  hazırlığına 
rəhbərlik etmək, arxa xidməti təminatının təşkili üçün alayın (briqadanın) zabitləri və 
gizirləri  ilə,  qoşun  təsərrüfatının  aparılması  üzrə  isə  bölmələrin  baş  çavuşları  ilə 
məşğələlər aparmaq;  
tabeliyində olan xidmətlər vasitəsilə alay (briqada) bölmələrinin maddi vasitələrlə 
və  şəxsi  heyətin  keyfiyyətli  qida  ilə  təmin  olunmasını  vaxtında  təşkil  etmək;  maddi 
vasitələrin  hər  bir  hərbi  qulluqçuya  düşən  normasının  ona  çatdırılmasına  nəzarət 
etmək;  
bilavasitə tabeliyində olan bölmələrin və xidmətlərin zabit, gizir və çavuşlarının 
işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
alayın (briqadanın) bölmələrinə maddi vasitələrin bütün növlərinin gətirilməsini, 
həmçinin  su  təchizatını  təşkil  etmək;  avtomobil  nəqliyyatının  daşıma  işlərini 
planlaşdırmaq, ondan düzgün və səmərəli istifadə olunmasına nəzarət etmək;  
üç  ayda  bir  dəfədən  az  olmayaraq  alayın  (briqadanın)  bölmələrində  və 
anbarlarında  maddi  vasitələrin  miqdarını  və  vəziyyətini  yoxlamaq;  bütün  əmlakın  v 
əvə texnikanın xidmətlər üzrə illik inventarlaşdırılmasını təşkil etmək;  
yanacağın, sürtkü yağlarının və xüsusi mayelərin keyfiyyətinə və düzgün tətbiq 
edilməsinə,  onlarla  işlədikdə  təhlükəsizlik  tədbirlərinin  yerinə  yetirilməsinə  nəzarəti 
həyata keçirmək;  
alayın  (briqadanın)  şəxsi  heyətinin  zahiri  görkəminə  həmişə  qayğı  göstərmək; 
geyimlərin  vaxtında  verilməsini,  onların  şəxsi  heyətin  əyninə  uyğunlaşdırılmasını  və 
təmirini təşkil etmək;  
tabeliyində olan bölmələrdə və xidmətlərdə texnikanın sayını və onun vəziyyətini 
bilmək, ondan düzgün istifadə olunmasını, vaxtında təmir və təxliyəsini təmin etmək;  
alayın (briqadanın) yerləşdirilməsi üçün ayrılmış ərazinin təmiz saxlanmasını, bu 
ərazidə olan yaşayış və qeyri-yaşayış binalarının, qurğuların, kazarma inventarının və 
mebelin  düzgün  istismarını  və  vaxtında  təmir  olunmasını,  həmçinin  bütün  binaların, 
qurğuların,  anbarların,  digər  obyektlərin  yanğından  mühafizəsini  təşkil  etmək  və 
yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsini yoxlamaq (5 saylı əlavə).  
iqtisadi  işlər  üzrə  tədbirlər  işləyib  hazırlamaq  və  onların  həyata  keçirilməsini 
təşkil etmək;  
alay (briqada) bölmələrinin hamam-camaşırxana xidmətini təşkil etmək;  
alayın (briqadanın) köməkçi təsərrüfatına rəhbərlik etmək;  
tabeliyindəki  xidmətlərlə  təmir-tikinti  və  təsərrüfat  işləri  görülərkən  və 
texnikanın  istismarı  zamanı  təhlükəsizliyi  təmin  edən  tədbirlər  işləyib  hazırlamaq  və 
onları həyata keçirmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin