(briqadanın) şəxsi heyətinin öz ixtisası üzrə hazırlığına; alayın (briqadanın) artilleriya
bölmələrinin döyüşə və səfərbərliyə hazırlığına, bölmələrin şəxsi heyətinin döyüş və
ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə;
bilavasitə tabeliyində olan bölmələrin artilleriya silahlarından, döyüş texnikasından və
digər texnikadan düzgün istifadə olunmasına və onların təmir edilməsinə cavabdehdir.
O, alay (briqada) komandirinə tabedir, alay (briqada) artilleriya bölmələri şəxsi
heyətinin birbaşa rəisidir.
79. Alay (briqada) artilleriya rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək, öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil etmək;
alay (briqada) artilleriya bölmələrinin döyüş və ictimai-siyasi, həmçinin tabor
artilleriya bölmələrinin öz ixtisası üzrə hazırlığına
rəhbərlik etmək;
alay (briqada) zabitlərinin və gizirlərinin artilleriyanın döyüş tətbiqi üzrə
hazırlığını aparmaq, həmçinin alay (briqada) artilleriya bölmələri ilə öz ixtisası üzrə
təlimlər və yoxlama
məşğələləri keçirmək;
alay (briqada) artilleriya bölmələrinin (heyət, manqa, top komandirləri də daxil
olmaqla) zabit, gizir və çavuşlarının işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
maddi-tədris bazasının öz ixtisası üzrə hazırlanmasına rəhbərlik etmək;
alayın (briqadanın) artilleriya bölmələrində silahların və döyüş sursatlarının
saxlanması və onlara qulluq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət
edilməsinə nəzarəti təmin etmək;
üç ayda bir dəfədən az olmayaraq, alayın (briqadanın) artilleriya bölmələrində
silahların və döyüş sursatlarının vəziyyətini, komplektliliyini, uçotunu və saxlanma
qaydasını yoxlamaq;
atışlar, təlimlər, məşğələlər aparılarkən, texnika, cihazlar və döyüş sursatları ilə
işləyərkən, tabeliyində olanları təhlükəsizlik tədbirləri ilə vaxtında tanış etmək və
onların yerinə yetirilməsini ciddi tələb etmək.
Dostları ilə paylaş: