Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqada) komandirinin texniki hissə üzrə müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   11   12   13   14   15   16   17   18   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqada) komandirinin texniki hissə üzrə müavini 
 
72.  Alay  (briqada)  komandirinin  texniki  hissə  üzrə  müavini  sülh  və  müharibə 
dövründə:  alayın  (briqadanın)  texniki  təminatına;  zirehli  tank  və  avtomobil 
texnikasının  sazlığına;  texniki  baxımdan  düzgün  istifadə  edilməsinə,  qulluq 
edilməsinə, saxlanmasına, təmirinə və təxliyəsinə; parkların vəziyyətinə və orada daxili 
xidmətin təşkilinə; alay (briqada) şəxsi heyətinin öz ixtisası üzrə hazırlığına; bilavasitə 
tabeliyində  olan  bölmə  və  xidmətlərin  döyüşə  və  səfərbərliyə  hazırlığına;  döyüş  və 
ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi  intizamına cavabdehdir. O, alay (briqada) 
komandirinə tabedir, alayın (briqadanın) bütün şəxsi heyətinin birbaşa rəisidir. 
73. Alay (briqada) komandirinin texniki hissə üzrə müavininin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
tabeliyində  olan  bölmələrin  döyüş  və  ictimai-siyasi  hazırlığına  və  alayın 
(briqadanın)  şəxsi  heyətinin  texniki  hazırlığına  rəhbərlik  etmək;  alayın  (briqadanın) 
zabit  və  gizirləri  ilə  texnikanı  sürmək,  öyrənmək,  texniki  təminatın  təşkili  və  həyata 
keçirilməsi üzrə məşğələlər aparmaq;  
zirehli  tank,  avtomobil  və  digər  texnikanın  texniki  baxımdan  düzgün  istifadə 
edilməsini,  material  hissəsinin  daimi  texniki  sazlığını  təmin  etməklə,  onun  texniki 
qulluğu, təmiri və təxliyəsi üzrə işlərin vaxtında keçirilməsini təşkil etmək; üç ayda bir 
dəfədən az olmayaraq, zirehli tank və avtomobil texnikasının baxışını keçirmək;  
parkların,  tankodromların  və  avtodromların  hazırlanması  işlərinə  rəhbərlik 
etmək;  texniki  hazırlığın  təlim  bazasına  qulluq  edilməsi,  qorunması  və 
təkmilləşdirilməsi  üçün  tədbirlər  görmək;  parklarda  daxili  xidmətin  yerinə 
yetirilməsini və ona nəzarəti təşkil etmək;  
şəxsi heyətin zirehli tank və avtomobil texnikasının istismarı, təmiri və təxliyəsi 
qaydalarını bilməsini müntəzəm surətdə yoxlamaq;  
alayın  (briqadanın)  zabitlərinin,  gizirlərinin  və  sürücü-mexaniklərinin  ixtisas 
dərəcələrinin artırılması üçün tədbirlər görmək;  
bilavasitə  tabeliyində  olan  bölmə  və  xidmət  zabitlərinin,  gizirlərinin  və 
çavuşlarının işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
park növbətçisinə növbəyə getməzdən əvvəl təlimat vermək;  
bölmələrdə  yanacaqdan,  sürtgü  yağlarından  və  xüsusi  mayelərdən  düzgün 
istifadə edilməsinə nəzarət etmək;  


ehtiyat hissələrini, park avadanlığını və digər zirehli tank və avtomobil əmlakını 
vaxtında tələb etmək, onların alınmasını, saxlanmasını, alayın (briqadanın) bölmələrinə 
verilməsini və onlardan düzgün istifadə olunmasını təşkil etmək;  
zirehli tank və avtomobil texnikasını fəlakətlərdən, qəzalardan, sınıb-qırılmaqdan 
və digər hadisələrdən qorumaq, bunların səbəblərini aşkarlamaq və təhlil etmək; döyüş 
texnikası  və  digər  texnikanın  işə  hazırlığı  və  istismarı  zamanı  təhlükəsizliyi  təmin 
etmək və yanğına qarşı tədbirlər həyata keçirmək;  
alayda (briqadada) olan zirehli tank və avtomobil texnikasının sayını və texniki 
vəziyyətini  bilmək,  müəyyən  edilmiş  uçot  və  hesabatın  aparılmasını  təşkil  edib  ona 
nəzarət etmək;  
Ştatla komandirin texniki hissə üzrə müavini vəzifəsi nəzərdə tutulmayan hərbi 
hissələrdə  bu  vəzifəni  hərbi  hissənin  avtomobil  xidməti  rəisi  yerinə  yetirməlidir.  O, 
hərbi  hissə  komandirinə  tabedir,  tabeliyində  olan  bölmələrin  və  xidmətlərin  birbaşa 
rəisidir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin