Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alay (briqada) komandirinin müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   8   9   10   11   12   13   14   15   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alay (briqada) komandirinin müavini 
 
66. Alay (briqada) komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə 
və  keyfiyyətlə  aparılmasına,  maddi  tədris  bazasının  yaradılmasına,  daim 
təkmilləşdirilməsinə  və  həmişə  saz  saxlanmasına,  kütləvi  idman  işlərinə,  həmçinin 
alayda  (briqadada)  daxili  qayda-qanunun  və  hərbi  intizamın  yüksək  səviyyədə 
saxlanmasına  cavabdehdir.  O,  alay  (briqada)  komandirinə  tabedir,  onun  birinci 
müavinidir,  bütün  şəxsi  heyətin  birbaşa  rəisidir.  Alay  (briqada)  komandiri  yerində 
olmayanda, onun vəzifələrini yerinə yetirməlidir. 
67. Alay (briqada) komandiri müavininin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında iştirak etmək;  
zabitlərlə  və  gizirlərlə  məşğələlər,  həmçinin  alayın  (briqadanın)  bölmələri  ilə 
təlim və yoxlama məşğələləri keçirmək;  
zabitlərin,  gizirlərin  və  bölmə  baş  çavuşlarının  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
alayda (briqadada) fiziki hazırlıq və idman işlərinə rəhbərlik etmək;  
alay (briqada) bölmələrində döyüş hazırlığının təşkilini və vəziyyətini yoxlamaq, 
aşkar  edilən  çatışmazlıqları  aradan  qaldırmaq,  bölmə  komandirlərinə  məşğələlərin 
təşkilində və aparılmasında kömək etmək;  
məşğələlər,  təlimlər,  atışlar  və  uçuşlar  zamanı  təhlükəsizlik  tədbirlərinə  riayət 
edilməsini yoxlamaq;  
maddi  tədris  bazası  obyektlərinin  hazırlanması  və  təkmilləşdirilməsi  işlərinə 
rəhbərlik etmək;  
alay  (briqada)  bölmələrinin  döyüş  hazırlığının  maddi  vasitələr,  tədris  və  əyani 
vasitələrlə  vaxtında  təmin  olunmasına  və  onların  uçota  alınıb  saxlanmasına  nəzarət 
etmək;  
gizir və müddətindən artıq xidmət çavuşu vəzifələrinə hərbi xidmətə götürülmək, 
eləcə  də  hərbi  təhsil  müəssisələrinə  göndərilmək  üçün  namizədlərin  seçilməsinə 
rəhbərlik etmək;  
alayda (briqadada) səmərələşdirmə və ixtiraçılıq işlərinə rəhbərlik etmək;  
sutkalıq  naryadın  hazırlanmasını  və  onun  öz  xidmətini  yerinə  yetirməsini, 
həmçinin alay (briqada) və onun bölmələrində qayda-qanuna riayət edilməsini həftədə 
bir dəfədən az olmayaraq yoxlamaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin