Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   24   25   26   27   28   29   30   31   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) rabitə rəisi 
 


96.  Alayın  (briqadanın)  rabitə  rəisi  sülh  və  müharibə  dövründə:  alayda 
(briqadada) rabitənin vaxtında təşkilinə və işinə; alayın (briqadanın) rabitə vasitələri ilə 
təmin edilməsinə, onlardan düzgün istifadə olunmasına, həmçinin bütün texniki rabitə 
vasitələri  ilə  danışıq  qayda  və  qanunlarına  riayət  edilməsinə;  alay  (briqada)  şəxsi 
heyətinin öz ixtisası üzrə hazırlığına; alayın (briqadanın) rabitə bölməsinin döyüşə və 
səfərbərliyə  hazırlığına,  bölmənin  şəxsi  heyətinin  döyüş  və  ictimai-siyasi  hazırlığına, 
tərbiyəsinə,  hərbi  intizamına  və  mənəvi  vəziyyətinə  cavabdehdir.  O,  alayın 
(briqadanın) qərargah rəisinə tabedir, alayın (briqadanın) rabitə bölməsi şəxsi heyətinin 
birbaşa rəisidir. 
97. Alayın (briqadanın) rabitə rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının, rabitə 
üzrə  məsələlərinin  işlənib  hazırlanmasında  iştirak  etmək  və  onların  öz  ixtisası  üzrə 
yerinə yetirilməsini təşkil etmək;  
alayın (briqadanın) zabitləri və gizirləri, həmçinin rabitə bölmələri ilə öz ixtisası 
üzrə məşğələlər keçirmək;  
alayın  (briqadanın)  rabitə  bölməsi  şəxsi  heyətinin  döyüş  və  ictimai-siyasi 
hazırlığına,  həmçinin  taborların  rabitə  bölmələrinin  öz  ixtisası  üzrə  hazırlığına 
rəhbərlik etmək;  
alayın  (briqadanın)  rabitə  bölməsi  şəxsi  heyətinin  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
alayda (briqadada) etibarlı və arasıkəsilməz rabitənin təşkilini təmin etmək;  
rabitə  üzrə  sənədləri  işləyib  hazırlamaq,  alayın  (briqadanın)  rabitə  bölmələrinin 
şəxsi  heyəti  tərəfindən  qoşunları  gizli  idarəetmə  və  rabitə  vasitələrində  işin 
təhlükəsizliyinin təmin edilməsi tələblərinin ciddi yerinə yetirilməsinə nəzarət etmək;  
alaydan  (briqadadan)  göndərilən  və  alaya  (briqadaya)  gətirilən  poçt 
göndərişlərini təşkil etmək;  
alayda (briqadada) olan rabitə vasitələrinin sayını və texniki vəziyyətini bilmək, 
onlardan  düzgün  istifadə  olunmasını,  onlara  vaxtında  qulluq  edilməsini,  onların 
qorunub  saxlanmasını,  təmir  edilməsini  təşkil  etmək;  üç  ayda  bir  dəfədən  az 
olmayaraq,  bu vasitələrin  alayın  (briqadanın)  bölmələrində  və  anbarlarında  sayını  və 
vəziyyətini yoxlamaq;  
öz ixtisası üzrə maddi-tədris bazasının hazırlanmasına rəhbərlik etmək;  
alayın  (briqadanın)  bölmələrini  rabitə  vasitələri  ilə  vaxtında  təmin  etmək  və 
onların uçotunu aparmaq;  
alayın  (briqadanın)  rabitə  vasitələrinin  vaxtında  və  keyfiyyətli  təmir  edilməsini 
təşkil etmək və ona nəzarət etmək;  
alaya  (briqadaya)  gətirilən  və  alaydan  (briqadadan)  aparılan  rabitə  vasitələrini 
yoxlamaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin