98. Alayın (briqadanın) zirehli tank xidməti rəisi sülh və müharibə dövründə:
alayın (briqadanın) tank texniki təminatına, zirehli tank texnikasının texniki
vəziyyətinə, ondan texniki cəhətdən düzgün istifadə olunmasına, ona xidmət
edilməsinə, onun saxlanmasına, təmirinə və təxliyəsinə; alay (briqada) şəxsi heyətinin
öz ixtisası üzrə hazırlığına; zirehli tank xidmətinin döyüşə və səfərbərliyə hazırlığına;
tabeliyində olan şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi
intizamına və mənəvi vəziyyətinə cavabdehdir. O, alay (briqada) komandirinin texniki
hissə üzrə müavininə tabedir, zirehli tank xidmətinin şəxsi heyətinin birbaşa rəisidir.
99. Alayın (briqadanın) zirehli tank xidməti rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək və öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil
etmək;
alayın (briqadanın) zabitləri və gizirləri ilə öz ixtisası üzrə məşğələlər aparmaq;
öz xidməti üzrə şəxsi heyətin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
zirehli tank texnikasının döyüş hazırlığına gətirilməsi və müəyyən edilmiş
müddətlərdə parklardan çıxarılması tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;
alayda (briqadada) olan zirehli tank texnikasının sayını və texniki vəziyyətini
bilmək, bu texnikadan texniki cəhətdən düzgün istifadə edilməsini, ona vaxtında
qulluq olunmasını, onun saxlanmasını, təmirini və təxliyəsini təşkil etmək;
alaya (briqadaya) gətirilən və alaydan göndərilən zirehli tank texnikasını
yoxlamaq;
zirehli tank texnikasının istismarını planlaşdırmaq və iki ayda bir dəfədən az
olmayaraq, onun texniki vəziyyətini yoxlamaq;
park avadanlığının və texniki hazırlıq üzrə maddi-tədris bazasının
təkmilləşdirilməsi işlərinə rəhbərlik etmək;
zirehli tank texnikası qəzasının, zədələnməsinin və sınmasının qarşısını almaq və
onun xidmət vaxtının uzadılması üzrə tədbirlər görmək; alayda (briqadada) zirehli
tank texnikasının zədələnmələrinin uçotunu aparmaq;
alayda (briqadada) olan zirehli tank texnikasının istismarı, təmiri və təxliyəsi
zamanı, həmçinin parkda və maşınlarda yanğına qarşı tədbirlər görərkən, təhlükəsizlik
qaydalarına riayət edilməsini təmin etmək;
zirehli tank texnikası əmlakını vaxtında tələb edib almaq və onun alay (briqada)
anbarlarında düzgün saxlanmasını təmin etmək; xidmət üzrə uçot və hesabat işləri
aparmaq.
Dostları ilə paylaş: