alay (briqada) komandirinin arxa xidmət üzrə müavininə tabedir, ərzaq xidməti şəxsi
heyətinin birbaşa rəisidir.
105. Alay (briqada) ərzaq xidməti rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək və öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil
etmək;
tabeliyində olanlarla döyüş və ictimai-siyasi hazırlıq
məşğələləri aparmaq;
öz xidmətinin şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
yeməkxanaların, ərzaq anbarının və mətbəx təsərrüfatının işinə rəhbərlik etmək,
həmçinin çöl şəraitində yeməyin hazırlanması və nəql edilməsi üçün olan texniki
vasitələrin, qab-qacağının və ərzaq xidmətinin başqa ləvazimatının saz olmasına və
düzgün istismar edilməsinə nəzarət etmək;
lazımi ərzaq və əmlakın ehtiyatını vaxtında tələb edib almaq və saxlamaq,
anbarda olan ərzağın vaxtında təzələndirilməsinə diqqət yetirmək;
hər bir hərbi qulluqçunu keyfiyyətli qida və normayla ona düşən ərzaq payı ilə
təmin etmək, aşpazlarla ayda bir dəfədən az olmayaraq nümunəvi xörək
hazırlanmasını təşkil etmək;
kartof və tərəvəzi mövsümi tədarük etmək, onların seçilib saxlanmasını təşkil
etmək, həmçinin alaya (briqadaya) lazım olan buz,
küləş və ot tədarük etmək;
alayın (briqadanın) tibb xidməti rəisi, yeməkxana rəisi və təlimatçı aşpazla
birlikdə ərzaq
bölgüsünü tərtib etmək;
ayda bir dəfədən az olmayaraq alayın (briqadanın) anbarında ərzağın və əmlakın
miqdarını və keyfiyyətini yoxlamaq;
texniki vasitələrin, soyuducu və texnoloji avadanlığın istismarı zamanı
təhlükəsizlik tədbirlərinə riayət edilməsini və həmçinin ərzaq xidməti obyektlərində
yanğına qarşı tədbirlərin görülməsini təmin etmək;
ərzağın saxlanılması və emalı, xörəyin hazırlanması və qəbulu zamanı, ərzaq
anbarında, yeməkxana binalarında, eləcə də texnoloji, soyuducu və qeyri-mexaniki
avadanlığın və yeməkxana-mətbəx qablarının saxlanılmasında sanitar-gigiyena
tələblərinə riayət edilməsini təmin etmək;
ərzaq xidməti texniki vasitələrinin təmirini vaxtında
həyata keçirmək;
alayın (briqadanın) ərzaq xidməti üzrə uçot və hesabat aparmaq.
Dostları ilə paylaş: