14. Alay (briqada) klubu, bir qayda olaraq, açıq səhnəni və onun qabağında
tamaşaçılar üçün yerləri və klub pavilyonlarını rahat yerləşdirməyə imkan verən yer
sahəsində yerləşdirilir.
15. Ərazi xüsusiyyətlərindən asılı olaraq düşərgə salınmada aşağıdakılara yol
verilə bilər:
a) düşərgənin önü düz xəttə yox, yer predmetlərinin yerləşməsinə uyğun ola
bilər;
b) bölmələr arasındakı məsafə artırıla, yaxud azaldıla bilər;
v) parklar düşərgə hüdudlarından kənarda yerləşdirilə bilər.
Düşərgənin ərazisi ildırımötürən qurğularla təchiz edilir.
Dostları ilə paylaş: