Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə11/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   7   8   9   10   11   12   13   14   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarnizon tibb 
xidməti rəisi  
39. Qarnizon tibb xidməti rəisi müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlərin 
təşkilinə və həyata keçirilməsinə cavabdehdir, həmçinin qarnizonda sanitariya-gigiyena 
tələblərinin yerinə yetirilməsinə nəzarət edir. 
Qarnizon tibb xidməti rəisinin vəzifəsidir: 
bütün qarnizon üçün ümumi olan sanitariya-
gigiyena, müalicə-profilaktika və epidemiya 
əleyhinə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;
qarnizon hərbi hissələrinin sanitariya vəziyyətini və onlarda şəxsi heyətin xəstələnməsini 
öyrənmək, həmçinin zəruri tədbirlərin həyata keçirilməsi üçün qarnizon rəisinə vaxtında təkliflər 
vermək;


qarnizonun sanitariya-
epidemioloji vəziyyətini, hərbi hissələrin yerləşdiyi ərazinin saxlanma 
şəraitini, suyun içmək və təsərrüfat məqsədləri üçün yararlılığını, qarnizon yeməkxanalarının, 
çörəkbişirmə müəssisələrinin, sallaqxanalarının, soyuducularının (buzxanalarının), ticarət-məişət 
müəssisələrinin, hamamlarının, camaşırxanalarının, dezinfeksiya kameralarının və qarnizon 
hərbi hissələrinin şəxsi heyətinin çimmək yerlərinin sanitariya vəziyyətini yoxlamaq, aşkar edilən 
çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
tərkibində tibbi heyət olmayan qarnizon hərbi hissələrinin, qarnizonda müvəqqəti yerləşən 
bölmələrin (komandaların) və ayrı-ayrı hərbi qulluqçuların, həmçinin qarnizon hərbi 
qulluqçularının ailə üzvlərinin tibbi təminatını təşkil etmək;
qarnizon rəisinin icazəsi ilə qarnizon hərbi hissələrinin tibb xidməti işçilərinin qarnizonda 
müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə cəlb etmək;
paradlara, nümayişlərə, idman yarışlarına, həmçinin yanğın və təbii fəlakətə qarşı 
mübarizəyə cəlb edilən hərbi hissələrin tibbi təminatını təşkil etmək;
qarnizonda səfərbərlik və həyəcan elan olunması halları üçün tibbi təminat planını, 
həmçinin düşmən tərəfindən kütləvi qırğın silahı tətbiqinin nəticələrini aradan qaldırmaq üçün 
tibbi xidmət tədbirlərini işləyib hazırlamaq;
qarnizonda yerli müdafiənin tibbi təminat tədbirlərini işləyib hazırlamaq və onların yerinə 
yetirilməsinə nəzarət etmək;
kütləvi qırğın silahından əhalinin mühafizəsi üçün tibbi tədbirlər görülməsində mülki müdafiə 
qərargahına zəruri yardım göstərmək;
qarnizon hərbi hissələrinin yerləşdiyi rayonların sanitariya vəziyyətini yaxşılaşdırmaq üçün 
yerli səhiyyə orqanları ilə birlikdə tədbirlər işlənib hazırlanmasında iştirak etmək;
qarnizon qospitallarında xəstələrin vəziyyətinə diqqət yetirmək və vaxtaşırı onlara baxış 
keçirmək;
mülki idarələrin və müəssisələrin, ambulatoriyaların, xəstəxanaların, çörəkbişirmə 
müəssisələrinin, sallaqxanaların və s. qarnizon hərbi hissələrinə göstərdikləri xidmətlərə, 
həmçinin mülki müalicə müəssisələrində yerləşdirilmiş xəstə hərbi qulluqçuların vəziyyətlərinə və 
onların vaxtında sağalıb çıxmasına nəzarət etmək;
qarnizon hərbi-tibbi idarələrinin işinə nəzarət etmək və qarnizon hərbi-həkim komissiyasının 
fəaliyyətinə rəhbərlik etmək;
qarnizon qarovullarının və hauptvaxt binalarının sanitar vəziyyətini ayda bir dəfədən az 
olmayaraq yoxlamaq; qarnizon hauptvax
tında saxlanan həbs edilənlərin tibbi müayinəsini və 
onlara tibbi yardım göstərilməsini təşkil etmək;
növbəti çağırışların tibbi təminat tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
ötüb keçən hərbi eşelonların sanitariya vəziyyətinin yoxlanmasını qarnizon rəisinin göstərişi 
ilə təşkil etmək, həmçinin vağzallarda hərbi qulluqçuların gözləmə salonlarının sanitariya 
vəziyyətini vaxtaşırı yoxlamaq;
qarnizon hərbi hissələrinin və idarələrinin tibbi heyətinin təcrübə mübadiləsi və əlavə təhsili 
tədbirlərini qarnizon rəisinin təsdiq etdiyi plan üzrə həyata keçirmək; 

Yüklə

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin