Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə8/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

ii
[2]
Belə şəxslərin uçotu qarnizon hərbi komendantlığında tutulmuş hərbi qulluqçuların uçotu 
kitabında (6 saylı əlavə), hauptvaxtda isə hauptvaxtda saxlananların kitabında (4 saylı əlavə) 
aparılır. 
30. Qarnizon hissələrində, yaxud obyektlərində yanğın və təbii fəlakət, həmçinin qarnizon 
qarovullarında hər hansı bir hadisə baş verdikdə, qarnizon hərbi komendantı bu barədə dərhal 
qarnizon rəisinə məlumat verməli və hadisə yerinə gələrək lazımi tədbirlər görməlidir. 
31. Məzuniyyətdə və ya ezamiyyətdə olduğu zaman hərbi qulluqçu, nəqliyyatdakı nasazlıq 
və ya xəstəliklə əlaqədar öz xidmət yerinə vaxtında gəlib çıxa bilmirsə, qarnizon hərbi 
komendantı hərbi qulluqçunun ləngiməsi səbəbini onun gəldiyi hərbi hissə komandirinə xəbər 
verir. Hərbi qulluqçu xəstələndikdə qarnizon hərbi komendantının sərəncamı ilə o, həkim 
müayinəsindən keçirilir. 
Başqa qarnizondan məzuniyyətə gəlmiş hərbi qulluqçunun ailə üzvləri (atası, anası, arvadı, 
uşaqları, qardaşları və ya bacıları) vəfat etdikdə və ya ağır xəstələndikdə, həmçinin hərbi 
qulluqçunun ailəsinin başına hər hansı bir fəlakət gəldikdə, qarnizon hərbi komendantı hərbi 
qulluqçunun gəldiyi hərbi hissə komandirini dərhal xəbərdar etməklə, onun məzuniyyətini yeddi 
sutkadan çox olmayaraq artıra bilər. 


Qarnizon hərbi komendantı hərbi qulluqçunun xidmət yerinə yola düşməsi vaxtı, onun 
ləngiməsi müddəti və səbəbi haqqında hərbi qulluqçunun sənədlərində və uçot kitabında (5 saylı 
əlavə) müvafiq qeydlər edir. 
Müddətli xidmət hərbi qulluqçusu məzuniyyətdə və ya ezamiyyətdə olarkən, hərbi intizamı 
pozarsa, bütün hərbi komendantlara, həmçinin hərbi qulluqçunun məzuniyyətdə və ezamiyyətdə 
olduğu yerlərin hərbi komissarlarına belə hərbi qulluqçunun məzuniyyətini (ezamiyyətini) 
dayandırmaq və onu öz hərbi hissəsinə qaytarmaq hüququ verilir. Eyni zamanda məzuniyyətin 
(ezamiyyətin) dayandırılması səbəbləri barədə hərbi hissə komandirinə xəbər verilir. 
32. Qarnizon hərbi komendantlığının yeri qarnizonun bütün hərbi hissələrinə, idarələrinə və 
müəssisələrinə yaxşı məlum olmalı və onun qapısı bütün şəxslərin üzünə açıq olmalıdır. 
Qarnizon hərbi komendantlığı yerli inzibati idarələrdə və ictimai yerlərdə (teatrlarda, mədəniyyət 
evlərində, kinoteatrlarda, klublarda, mehmanxanalarda) öz telefon nömrələri və ünvanının 
olmasını təmin etməlidir. 
Qarn
izon hərbi komendantlığının yerləşdirilməsi və avadanlığı haqqında göstərişlər 7 saylı 
əlavədə şərh edilmişdir. 
Qarnizon hərbi komendantlığı, ştat üzrə nəqliyyat vasitələri olmadıqda, nəqliyyatla qarnizon 
rəisinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin (təşkilatların, idarələrin) hesabına təmin 
olunur.  

Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin