Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Qarnizon rəisinin arxa xidmət üzrə müavini


səhifə6/95
tarix16.11.2022
ölçüsü
#69383
1   2   3   4   5   6   7   8   9   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarnizon rəisinin arxa xidmət üzrə müavini  
24. Qarnizon rəisinin arxa xidmət üzrə müavini qarnizon hərbi hissələrinin arxa xidmət üzrə 
təminatı tədbirlərinin vaxtında görülməsinə cavabdehdir. 
Qarnizon rəisinin arxa xidmət üzrə müavininin vəzifəsidir: 
qarnizon 
hərbi 
hissələrinin 
çörəkbişirmə 
müəssisələrindən, 
soyuduculardan, 
sallaqxanalardan, hamamlardan, camaşırxanalardan, tikiş emalatxanalarından və s. istifadə 
etməsi, hərbi yüklərin avtomobil nəqliyyatı ilə mərkəzləşdirilmiş qaydada gətirilməsi planlarını, 
hərbi hissələrdən avtomobil nəqliyyatının və ekspeditorların ayrılması qrafikini, həmçinin 
müəyyən edilmiş qaydada otlaqlar, biçənəklər və yardımçı (mətbəxyanı) təsərrüfatlar üçün 
müvəqqəti istifadə edilməsinə icazə verilmiş torpaq sahələrinin qarnizon hərbi hissələri arasında 
bölüşdürülməsi planını qarnizon rəisinin təsdiqinə vermək;
qarnizon hərbi hissələri üçün maddi vəsaitlərin mərkəzləşdirilmiş qaydada gətirilməsini 
təşkil etmək;
qarnizon hərbi hissələri üçün gəlmiş dəmiryol vaqonlarının və gəmilərin (barjların) vaxtında 
boşaldılmasına nəzarət etmək, zərurət olduqda isə onun sürətləndirilməsi üçün tədbirlər görmək;
səfərbərlik və qarnizonda həyəcan elan olunması halları üçün təsərrüfat tədbirləri planlarını 
işləyib hazırlamaq;
hərbi ticarət orqanlarını qarnizonun ticarət-məişət xidməti müəssisələri üçün bina ilə, 
yeməkxanalar üçün mebellə və qeyri-istehsal təyinatlı mexaniki avadanlıqla təmin etmək, 
həmçinin onların qızdırılmasını, işıqlandırılmasını və su təchizatını təmin etmək; malların 
gətirilməsi üçün lazımi nəqliyyat ayırmaq;
qarn
izonda yanğından mühafizə xidmətinin təşkilinə və qarnizon hərbi hissələrinin 
yanğından mühafizə komandalarının daimi hazırlığına nəzarət etmək;
hərbi qulluqçulara və onların ailələrinə daha yaxşı xidmət etmək üçün qarnizon ticarət-
məişət xidməti müəssisələrinin işinə nəzarət təşkil etmək, həmçinin qarnizonun tikiş 
emalatxanalarında rəsmi geyimlərin və ayaqqabıların tikilməsinin təşkilinə və keyfiyyətinə 
nəzarət etmək;
qarnizon hərbi hissələrini çörəklə təmin edən qarnizon və mülki çörəkbişirmə 
müəssisələrində bişirilən çörəyin keyfiyyətinə nəzarət etmək;
arxa xidmətin və qarnizonun nümunəvi hərbi hissələrinin hərbi təsərrüfatının iş təcrübəsini 
öyrənmək üçün qarnizon hərbi hissələrinin arxa xidmət zabitləri ilə iş aparmaq;
yerli ehtiyatlardan səmərəli istifadə edilməsi üçün qarnizon hərbi hissələrinin yerləşdiyi 
rayonun iqtisadi vəziyyətini öyrənmək.

Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin