Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Qarnizon hərbi komendantının köməkçisi


səhifə9/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   5   6   7   8   9   10   11   12   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarnizon hərbi komendantının köməkçisi  
33. Qarnizon hərbi komendantının köməkçisi qarnizon komendantına tabedir və onun 
qarnizon və qarovul xidmətlərinə aid bütün tapşırıqlarını yerinə yetirir. 
34. Qar
nizon hərbi komendantının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri, 
həmçinin Sərhəd Qoşunları və Daxili Qoşunlar üzrə köməkçiləri öz fəaliyyətində bu 
Nizamnamənin 26-cı maddəsini və qarnizon hərbi komendantının göstərişlərini rəhbər tuturlar.
Qarnizon hərbi avtomobil müfəttişliyi (HAM) rəisi
35. Qarnizon hərbi avtomobil müfəttişliyi rəisi qarnizonda və qarnizona bitişik yollarda hərbi 
hissələrin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin qarşısını almaq üçün tədbirlərin təşkilinə 
və həyata keçirilməsinə cavabdehdir. 
Qarnizon hərbi avtomobil müfəttişliyi rəisinin vəzifəsidir: 
qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin səbəblərini 
müntəzəm təhlil etmək, onların qarşısının alınması üzrə tədbirlər planını hazırlayıb qarnizon 
rəisinə təqdim etmək və Dövlət yol polisinin yerli orqanları ilə sıx əlaqə saxlayaraq onun yerinə 
yetirilməsinə nail olmaq;
sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl edilməsinə, hərəkət təhlükəsizliyinin 
təmin olunmasına dair əmrlərin tələblərinə, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat 
vasitələrinin texniki vəziyyətinin yoxlanmasına, onlardan öz təyinatı üzrə istifadə edilməsinə, yol 
sənədlərinin olmasına və düzgün tərtib edilməsinə, sürücülərin vəziyyətinə və xarici görkəminə 
müntəzəm nəzarəti təşkil etmək;
tabeliyindən asılı olmayaraq, qarnizon rəisi tərəfindən təsdiq edilmiş plan üzrə qarnizon 
hərbi hissələrinin texniki nəzarət məntəqələrinin işini yoxlamaq;


hər ay HAM-nin müfəttişi kimi növbətçiliyə cəlb edilən zabitlərin və gizirlərin (miçmanların), 
qarnizon hərbi hissələrindən patrulların və nəqliyyatın ayrılması qrafiklərini tərtib etmək və onu 
qarnizon rəisinin təsdiqinə vermək;
HAM-
nin növbətçi müfəttişlərinə təlimat vermək, onları nəzarət postlarına paylaşdırmaq, 
xidmət aparmalarını yoxlamaq, onlardan yazılı raportlar qəbul etmək, tutulub saxlanmış 
avtonəqliyyat vasitələrinin və alınmış sənədlərin uçotunu aparmaq, onlar barəsində müvafiq 
hərbi hissə komandirlərinə xəbər vermək;
texniki cəhətdən nasaz və ya qulluq olunmamış avtonəqliyyat vasitələrini istismardan 
çıxarıb hərbi hissələrə, zərurət olduqda isə tutulub saxlanmış avtonəqliyyat vasitələrini toplanış 
məntəqəsinə göndərmək;
hərbi hissələrin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin uçotunu aparmaq, lazımi 
tədbirlər görmək üçün tutulub saxlanmış avtonəqliyyat vasitələri, sürücülər və baş verən 
hadisələr haqqında vaxtında qərar qəbul olunması üçün qarnizon rəisinə məlumat və qarnizon 
hərbi komendantına xəbər vermək;
yol hərəkəti qaydalarının pozulması və ya hərbi hissələrdə avtonəqliyyat vasitələrinin 
istismarı zamanı adamların həlak və ya şikəst olmaları ilə nəticələnmiş, yaxud digər ağır 
nəticələrə gətirib çıxaran hallarda dərhal qarnizon rəisinə məlumat və qarnizon hərbi 
komendantına, həmçinin hərbi prokurora xəbər vermək, hadisə yerlərində onların törədilmə 
səbəblərini və şəraitini şəxsən müəyyən etmək;
hərbi hissələrin avtonəqliyyat vasitələrinin sürücülərini sürücülük vəsiqəsindən məhrum 
etmək üçün Dövlət yol polisinin yerli orqanlarına material təqdim etmək;
qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üzrə 
işi təşkil etmək və onların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
qaydada Dövlət yol polisinin yerli orqanları nəzdində ixtisas komissiyası imtahanlarında iştirak 
etməsi üçün zəruri şərait yaratmaq;
hərbi hissələrin avtonəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış yollara nəzarət qoymaq, 
hərəkət sürətinin məhdudlaşdırılması üçün zonaları müəyyən etmək və Dövlət yol polisinin yerli 
orqanlarının icazəsi ilə müvafiq nişanlarla işarə etmək;
öz texniki nəzarət məntəqələri olmayan hərbi hissələrin avtonəqliyyat vasitələrini 
yoxlamaqdan ötrü qarnizon texniki nəzarət məntəqələrinin təşkili barədə qarnizon rəisinə təkliflər 
vermək və onların işinə nəzarət etmək;
başqa qarnizonların hərbi hissələrinin avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən 
törədilmiş pozuntular haqqında sənədləri müvafiq qarnizonun HAM rəisinə göndərməklə bu 
barədə həmin hərbi hissələrin komandirlərinə xəbər vermək.
36. HAM-
nin müfəttişləri və patrulları növbədə olduqları zaman qarnizon HAM rəisinə 
tabedirlər və öz xidmətlərini onun göstərişlərinə uyğun olaraq yerinə yetirirlər. 
HAM-
nin növbətçi müfəttişlərinin müəyyən edilmiş sənədləri, geyim forması və fərdi nömrəli 
tanınma döş nişanları, əlində jezl (gecə qırmızı siqnalı disk və ya işıq əksetdirən) olmalıdır. 
HAM-
nin patrullarının müəyyən edilmiş geyim forması və qol sarğısı olmalıdır.  

Yüklə

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin