Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə12/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   8   9   10   11   12   13   14   15   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

iii
[3]
qarnizonda ehtiyat tibbi heyətin hazırlanmasına nəzarət etmək;


hərbi qulluqçuların xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya həlak olmasına 
(ölməsinə)səbəb olan hadisələr, qarnizon hərbi hissələrində və yerli əhali arasında yoluxucu 
xəstəliklərə tutulma halları və bu xəstəliklərin qarşısını almaq üçün görülən tədbirlər haqqında 
dərhal qarnizon rəisinə məlumat vermək. 
iv
[4]
  
Qarnizonun baytar həkimi  
40. Qarnizonun baytar həkimi şəxsi heyətin insan və heyvanlar üçün ümumi xəstəliklərdən 
qorunmasına kömək edən tədbirlərin, qoşunların heyvan və bitki mənşəli ərzaqla təminatı 
üzərində baytar nəzarətinin, qarnizon hərbi hissələrində (birləşmələrində, hərbi məktəblərində və 
idarələrində) və onlara təhkim edilmiş başqa hərbi hissələrdə baytarlıq-profilaktika, epizootiya 
əleyhinə və müalicə tədbirlərinin təşkilinə və həyata keçirilməsinə cavabdehdir. 
Hərbi baytar heyətinin olmadığı qarnizonlarda hərbi hissələrə baytarlıq xidməti Müdafiə 
Nazirliyi qoşunlarının baytarlıq təminatı planına əsasən həyata keçirilir. 
Qarnizon baytar həkiminin vəzifəsidir: 
qoşunların şəxsi heyətinin insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən
həmçinin kütləvi qırğın silahının təsirinə məruz qalmış ərzaqdan istifadə edilərkən, baş verə bilən 
xəstəliklərdən və zədələrdən qorunması tədbirlərini tibb xidməti ilə birlikdə təşkil etmək;
qoşunları ət, süd və balıq məhsulları ilə təchiz edən sənaye müəssisələrinin baytar-
sanitariya vəziyyətinə nəzarət etmək, anbarlarda (bazalarda) saxlandıqda və nəql edildikdə 
ərzaq məhsullarının ekspertizasını keçirmək;
zərurət olduqda, hərbi hissələrdə baytarlıq-sağlamlaşdırma tədbirləri keçirilməsini təşkil 
etmək;
hərbi hissələrin, həmçinin yardımçı (mətbəxyanı) təsərrüfatların heyvanlarına və ətlik-
südlük mal-
qaraya baytarlıq xidmətini həyata keçirmək;
hərbi hissələrdə heyvanların çıxdaş edilməsinə və kəsilməsinə rəy vermək;
baytarlıq-profilaktika, epizootiya əleyhinə və müalicə tədbirlərini hazırlayıb həyata keçirmək, 
hərbi hissələrin və yerli müdafiə obyektlərinin epizootik vəziyyətini yoxlamaq, bu məqsədlə 
qarnizon rəisinin icazəsi ilə hərbi hissələrin baytar heyətini cəlb etmək;
qarnizonun hərbi baytarlıq müəssisələrinin işinə nəzarət etmək;
hərbi hissələrin yerləşdiyi rayonda baytarlıq-sanitariya və epizootik vəziyyətin 
yaxşılaşdırılması üçün yerli mülki baytarlıq orqanları ilə birlikdə tədbirlərin hazırlanmasında 
iştirak etmək;
qarnizonda səfərbərlik və həyəcan elan olunması halları üçün baytarlıq təminatı planını, 
həmçinin düşmən tərəfindən kütləvi qırğın silahının tətbiqinin nəticələrini aradan qaldırmaq üçün 
baytarlıq xidməti tədbirlərini işləyib hazırlamaq;
kütləvi qırğın silahından heyvanları mühafizə etmək üçün tədbirlər görməkdə mülki müdafiə 
qərargahına zəruri yardım göstərmək;
ötüb keçən hərbi eşelonların baytarlıq-sanitariya vəziyyətini qarnizon rəisinin göstərişi ilə 
yoxlamaq;


qarnizon rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi hissələri və müəssisələrinin 
baytar heyətləri ilə iş təcrübəsi mübadiləsi və əlavə təhsil sahəsində tədbirlər həyata keçirmək; 

Yüklə

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin