Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə45/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   41   42   43   44   45   46   47   48   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Sağdan, bir-bir BOŞALT» komandası verir. 
Bu komanda ilə qarovul nəfərləri növbə ilə qabağa bir addım ataraq, dəyişdiricinin nəzarəti 
altında öz silahlarını boşaldırlar. Maqazinləri çantaya qoyaraq 
«Silah boşaldılıb» deyə məlumat 
verirlər; çaxmaq çərçivəsini (çaxmağı) dala çəkərək silahı yoxlamağa təqdim edirlər. Dəyişdirici 
qarovul nəfərlərinin silahlarını yoxlayır, bundan sonra qarovul nəfərləri çaxmaq çərçivəsini 
(çaxmağı) qabaq vəziyyətə verib, çaxmaq dabanını buraxır, silahı qoruyucuya qoyur, süngünü 
çıxardır (qatlayır), silahı «qayışa» vəziyyətinə götürür və geriyə bir addım ataraq öz yerlərində 
dayanırlar. Sonra qarovul nəfərləri böyüyün komandası altında köhnə qarovul olan yerə, 
dəyişdiricilər isə qarovul otağına gedirlər. 
214. Köhnə və yeni qarovulların dəyişdiriciləri dəyişilmə haqqında növbə ilə öz qarovul 
rəislərinə məlumat verirlər, məsələn: 
«Yoldaş leytenant. Dəyişmə (dəyişilmə) yerinə yetirilib. 
Postlar saz vəziyyətdə təhvil verilib (qəbul edilib). Birinci dəyişdirici çavuş İsmayılov». 
Qarovul rəisləri məlumatları qəbul edərək, köhnə qarovul rəisindən başlayıb, köhnə qarovulun 
postlar cədvəlini imzalayırlar və bu zaman yeni qarovul rəisi dəyişilmə zamanı aşkar edilmiş 
bütün çatışmazlıqlar haqqında ora əlavələr edir. 
Qarovulun dəyişilməsi zamanı onu yoxlamaq üçün gəlmiş şəxs iştirak edirsə, dəyişdiricilər 
ondan icazə alaraq, qarovul rəislərinə növbənin dəyişilməsi haqqında məlumat verirlər. Yeni 
qarovul rəisi dəyişdiricidən məlumatı qəbul etdikdən sonra «FARAĞAT» komandası verir və 
qarovul rəisləri yoxlamağa gəlmiş şəxsə dəyişilmə haqqında növbə ilə məlumat verirlər. 
Bütün hallarda qarovul rəisləri dəyişilmə haqqında öz qarovullar (hərbi hissə) növbətçisinə 
telefon vasitəsilə, şəxsən raportla, yaxud yazılı surətdə qarovul nəfərləri vasitəsilə məlumat 
verirlər. 
215. Qarovul dəyişildikdən sonra köhnə qarovul rəisi qarovulu öz hərbi hissəsinə 
(bölməsinə) aparır. 
Qarovul rəisi qarovul dəyişildikdən sonra bölməyə gəlib, qarovulun şəxsi heyətini sıraya 
düzərək bölmə komandirinə tapşırığın yerinə yetirilməsi haqqında məlumat verir, məsələn: 

Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin