Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə47/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   43   44   45   46   47   48   49   50   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Saatdarların dəyişilməsi 
218. Saatdarlar hər 2 saatdan bir, cüt yaxud tək saatların başlanğıcında dəyişilirlər. 
Havanın temperaturu -20oS və daha aşağı şaxtada, habelə külək vaxtı, bayır postlarda
eləcə də qızdırılmayan binalarda duran saatdarlar bir saatdan bir dəyişilirlər. Havanın 
temperaturu kölgədə +30oS və ondan yuxarı olduqda da saatdarlar bir saatdan bir dəyişilirlər. 
Bu hallarda saatdarların bir saatdan bir dəyişilməsi haqqında göstərişi qarovullar (hərbi hissə) 
növbətçisi verir. 
Saatdarlar bir saatdan bir dəyişildikdə qarovul rəisi postlar cədvəlində qeyd edir ki, 
saatdarlar fil
an saatdan sonra bir saatdan bir və filan saatdan filan növbəyə qədər isə iki saatdan 
bir dəyişilmişlər. 
Qarovul otağının girəcəyində saatdarlar hər 30 dəqiqədən bir qarovul rəisi tərəfindən 
dəyişilirlər. 
219. Növbə saatdara 10-15 addımlığa qədər yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi 
«Növbə — DAYAN» komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş yerlərinə 
nəzarət etmək (növbə maşınla gəldikdə isə silahı doldurmaq və nəzarət etmək) əmri verir. 
Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə tərəf durur və müstəqil surətdə avtomatı 
«qayışa» (karabini «ayağa») vəziyyətinə alır. Köhnə qarovulun dəyişdiricisi saatdara 
yaxınlaşaraq ona 
«FARAĞAT» komandası verir. Sonra yeni qarovulun dəyişdiricisi «Əsgər 
Vəliyev, posta addımla — MARŞ» komandası verdikdə saatdar bir addım sağa çəkilir və 
qarovul nəfəri saatdara yaxınlaşır, karabin ayağının yanında olmaqla üzü saatdara tərəf onun 
yerində dayanır. 
Köhnə və yeni qarovulların dəyişdiriciləri saatdarın və qarovul nəfərinin hər iki tərəfində bir-
iki addımlıqda üz-üzə dayanırlar. 
Köhnə qarovul dəyişdiricisinin 
«Saatdar, postu təhvil ver» komandası ilə saatdar postu 
təhvil verir. Bu zaman saatdar və qarovul nəfəri başlarını bir-birinə tərəf çevirirlər. Saatdar 
postunun nömrəsini deyib, postu qəbul edən qarovul nəfərinə postlar tabelinə əsasən bütün 
mühafizə edilən şeyləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlığında 
gördüklərini söyləyir. 
Post təhvil verildikdən sonra qarovul nəfəri öz dəyişdiricisinin 

Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin