Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


«Yoldaş çavuş. Əsgər Piriyev filan nömrəli postu təhvil verdi»


səhifə49/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   45   46   47   48   49   50   51   52   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Yoldaş çavuş. Əsgər Piriyev filan nömrəli postu təhvil verdi»; 
«Yoldaş başçavuş. Əsgər Vəliyev filan nömrəli postu qəbul etdi». Məlumat verib 
dəyişdiricidən göstəriş aldıqdan sonra saatdar silahını 171-ci maddədə göstərildiyi kimi götürür 
və postda vəzifəsini yerinə yetirməyə başlayır. 
223. Qarovul nəfərinin saatdar (saatdarın qarovul nəfəri) vəziyyətinə keçməsi onun postun 
qəbulu (təhvili) haqqında məlumatı ilə müəyyən edilir. 
224. Köhnə qarovul dəyişdiricisinin komandası ilə məsələn: 
«Əsgər Piriyev, postdan 
addımla — MARŞ» dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır və sərbəst olaraq 
karabini «qayışa» vəziyyətinə götürür. Bundan sonra yeni qarovulun dəyişdiricisi 
«Növbə, 
ardımca addımla — MARŞ» komandası verir və növbəni o biri posta aparır. 
225. Daxili postlarda saatdarlar dəyişildikdə, dəyişdirici növbəni binanın girişinə gətirir və 
«Növbə — DAYAN» komandası verir, qarovul nəfərlərindən birini böyük qoyur və komanda 
verir, məsələn: 
«Əsgər Səmədov və Mikayılov, ardımca — MARŞ». 
Dəyişdirici qarovul nəfərləri ilə binaya daxil olduqdan sonra 219-224-cü maddələrdə 
göstərilənlərə əsasən saatdarları dəyişdirir. 
226. Postlar qarovul otağının hər iki tərəfində yerləşdikdə, dəyişdirici əvvəl qarovul otağının 
bir tərəfindəki postların saatdarlarını dəyişdirir və sonra dəyişilənləri qarovul otağında saxlayır, 
bu növbənin qalan qarovul nəfərlərini sıraya düzür və postlara aparır. 
Növbə postlardan qayıtdıqdan sonra dəyişdirici onlara silahları piramidaya qoymağı əmr 
edir. 
227. Yeni qarovulu
n ikinci və sonrakı növbələrinin sıraya düzülüb postlara göndərilməsi və 
saatdarların dəyişilməsi, həmçinin silahların doldurulması və boşaldılması birinci növbə üçün 
göstərilən qaydada yerinə yetirilir. 
228. Saatdarların yeni postlara qoyulması, həmçinin ləğv edilmiş postlardan saatdarların 
çıxarılması qarnizon rəisinin (hərbi hissə komandirinin) möhürlə təsdiq edilmiş yazılı 
sərəncamına əsasən, qarovul rəisi tərəfindən qarovullar (hərbi hissə) növbətçisinin və mühafizə 
olunan obyekt rəisinin iştirakı ilə həyata keçirilir; saatdarların qoyulması (çıxarılması) haqqında 
postlar cədvəlində müvafiq qeydlər edilir. 



Yüklə

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin